Tərəfdar yığmaq fikrində olanlara Ayətullah Cavadi amuli hansı tövsiyəni etdi?


Tərəfdar yığmaq fikrində olanlara Ayətullah Cavadi amuli hansı tövsiyəni etdi? Ayətullah Cavadi Amuli öz əxlaq dərsində belə buyurdu: \"Hər kim ömrünü özünə mürid yığmaq fikri ilə keçirsə həqiqətdə İslam düşüncəsinə görə o hələ mənəvi həddi büluğa çatmamışdır.\"
Ayətullah Cavad Amuli özünün əxlaq dəsrsində gözəl məqamlara toxunub. Dərs zamanı \"Məqam və mövqe insanın xidmət edə bilməsi üçün istifadə edəcəyi bir oyuncaqdır. Lakin əgər biri həmişə bütün ömürünü bu oyuncağa ayıracaq olsa, ortaya çıxacaq görünüş oynamaq və əylənmək olar. Oyuncaqlar oyun oynayanlar üçün yaradılıb ki, onunla məşğul olsunlar, yorğunluqlarını çıxarmaq üçün arada bu işlərə baş vursunlar. Lakin bütün ömrünü buna sərf etsə, 80 yaşında olsa da, o bir uşaqdır. Mürid yığmaq həvəsilə daim diqqət mərkəzində olmaq istəyənlər, əlini öpdürmək və bu kimi şeylərə vaxtını xərcləyən kəslər yaşları 70-80 olsa belə əqilləri həddi-büluğa çatmamış kiçik bir uşaq əqlidir\", - deyə bildirib...


Mərhum Ayətullah Brucerdinin təvazökarlığından bir nümunə yazın?


Mərhum Ayətullah Brucerdinin təvazökarlığından bir nümunə yazın? Ayətullah Burucerdi əsrimizin böyük dini alimlərdən biri idi. Ayətullah Burucerdinin gözəl əxlaqı var idi. O, çox təvazökar bir insan idi. Bir gün dərsə gedəndə tələbələrdən biri ona yaxınlaşır və deyir ki, iqtisadi çətinlikləri çox olduğundan dərslərdə çətinlik çəkir. Ağa da ona buyurur ki, dərsdən sonra mənə müraciət et. Bu mərcə müəlim masasının arxasına keçir və dərsi başladır. Dərsdə söz azadlığı olduğu üçün tələbələr dərsə irad tutmağa başladılar. Hər birinə münasib cavab verir və həmin tələbə də dərsə görə sual verir. Ayətullah Burucerdinin eşitmə qabiliyyəti zəif olur. Elə fikirləşir ki, həmin tələbə yenə də öz hacətini bildirmək istəyir. Bir qədər əsəbi halda deyir: “Dedim dərsdən sonra”. Tələbələr təəcüb edirlər. Onlardan biri ağaya deyir: “O, elmi sual verirdi və sualının cavabının yeri də elə buradır. Dərsdən sonra deyildir”. Ağa başa düşür ki, düz başa düşməmişdir, dərsi bitirir və dərsdən sonra tələbələrin cəmləşdiyi yerə gedir. Həmin tələbəyə çatanda əlini o tələbəyə uzadır və həmin tələbə də ağanın əlini sıxır. Qəflətən ağa əyilir və həmin tələbənin əlini öpür. Ondan üzr istəyir. Onu özü ilə evinə aparır və başqalarının gözündən uzaqda problemini həll edir. Hacətini yerinə yetirir.


Ayətullah Məhəmməd Baqir-Kəni ramazan ayı üçün hansı tövsiyələri buyurur?


Ayətullah Məhəmməd Baqir-Kəni ramazan ayı üçün hansı tövsiyələri buyurur? Ramazanda birinci növbədə insanın dünya və axirətinə faydası dəyməyən bihudə işlərdən çəkinmək lazımdır.
İslaminSesi xəbər verir ki bu tövsiyələr, tanınmış əxlaq ustadı ayətullah Məhəmməd Baqir Baqir-Kəninin ramazanla bağlı çıxışında gəlib.
Ayətullah Məhəmməd Baqir Baqir-Kəni deyib: “Ramazan ayında hansı əməlin daha yaxşı olduğunu biz bilə bilmərik. Çünki məsum deyilik. Amma bihudə işlərdən uzaq durmağın vacibliyini ki bilirik. Bəs bihudə və faydasız işlər hansılardır?. Bu işlər elə bir işdir ki nə dünya nə də axirət faydası var. Bu yersiz söz ola bilər. Ya da lazım olmayan yerə fayda verməyən yerə get-gəl etmək.” Ayətullah Məhəmməd Baqir Baqir-Kəni əlavə edib: “Ramazanda insan heç olmasa xöşrəftar olmalıdır. Evindən tutmuş ictimaiyyət və iş yerinə qədər. Bunu edə bilsə hünər edibdir. Xoş rəftar sahibi olmalıyıq, münasibətimiz olan şəxslərlə, gücdə və imkanda bizdən aşağıda olanlarla, şagirdlər və mağazaçılar, dükançılarla və həyat yoldaşımızla. Əsas budur”


Dilimizi hansı günahlardan qoruyaq?


Dilimizi hansı günahlardan qoruyaq? Dilini səkkiz şeydən qoru:
1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Bil ki, yalan kəbirə günahlardandır.
2. Verdiyin vədə xilaf çıxmaqdan. Məbada, yaxşılıq vədəsi verib, sonra ona xilaf çıxasan! Vədəyə xilaf çıxmaq münafiqlik əlamətidir.
3. Qeybətdən. Bir çox hədislər əsasında məlum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.
4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.
5. Özünü tərifləməkdən. Bir hikmət sahibindən soruşdular: \"Xoşa gələn düz, lakin pis söz nədir? \"Cavab verir: \"Özünü tə`rifləmək.”
6. Müsəlmana lənət etməkdən. Bu işdən var gücünlə çəkin!
7. Allahın yaratdıqlarına nifrin etməkdən. Çünki gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”
8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar.


Həyalı adamın nişanələri hansılardır?


Həyalı adamın nişanələri hansılardır? Həya ağılın nişanələrindədir. Əsl ağıllı adamlar həyalı insanlardırlar.!
Ayətullah Ruhullah Qərəhinin son əxlaq dərsində həyadan danşdı. Alim dedi: Həyanın nişanələri və həyalı insanın kimlər olduğun bilmək istəyiriksə bu barədə keçən qiymətli bir hədisə diqqət yetirməliyik. Hörmətli peyğəmbərimiz, Həzrət Məhəmməd (s) həyanın fayda və ölçüləri ilə bağlı buyurur:
“Həyanın meyarlarına gəldikdə isə ibarətdir: Yumuşaqlıq, mehribanlıq, aşkara və gizlində Allahı nəzərə almaq, sağlamlıq, pisliklərdən uzaqlaşmaq, xoşüzlülük, güzəşt, əfv, zəfər və xalqın arasında yaxşı ad. Bunlar ağıllı insanların həyadan əldə etdikləri fayda və bəhrələrdir. Xoş o şəxsin halına ki, Allahın nəsihətlərinə qulaq asar və özünü rüsvay etməkdən saxlayar”. Həyası olmayanın ağlı yoxdur! Həya ağılın nişanələrindədir. Əsl ağıllı həyalı insanlardırlar. Həya nədir? Həya bütün gözəlliklərin, yaxşılıqların açarıdır! İnsan həyasız olarsa bütün pisliklər ona tərəf gələr. Həzrtə Əli (ə) buyurur: \"Həya xeyrin açarıdır”.
Bütün yaxşılıqlar həyadan qaynaqlanır. İnsan yaxşılıqlar dalıycadırsa həyalı olmalıdır. Həyalı insan dilini qoruyar, pis danışmaz, qeybət eləməz, böhtan atmaz, yalan deməz. Gözünü də qoruyar, naməhrəmə baxmaz, beləliklə də pisliklərdən uzaq olar.


Evlənməklə əlaqədar altı səhv addım hansılardır?


Evlənməklə əlaqədar altı səhv addım hansılardır? Ailə qurmaqda səhv düşüncələr:
1- Yaşıdlarım hamısı evlənib!! Belə olan halda insan adətən kiminlə gəldi evlənir, bu da onun qurduğu ailənin davamlı olmasına mane olur, bir çox hallarda onlar boşanmalı olurlar. 2- Belə elçi ələ düməz!! Evlənməklə əlaqədar ikinci səhv addım gələn elçiləri məhəllələrindəki camaatdan və ya ümumiyyətlə tanıqdıqları insanların arasında daha yaxşı mövqedə olduğunu düşünərək gələn elçiləri qəbul etməkdır. 3- Onunla evlənim və camaatı yana-yana qoyum!! Evlənməklə əlaqədar üçüncü səhv addım başqalarının həsəd və paxıllıqlarını oyatmaqdır. 4- Evlənim və evimizdən canımı qurtarım!! Evlənməklə əlaqədar dördüncü səhv addım öz xəyalında evdən bezmiş insanların canını qurtaracağını düşünərək kiminlə gəldi evlənməsidir. 5- Onunla evlənim və varlı olum!! Evlənməklə əlaqədar beşinci səhv addım kiminləsə var-dövlətinə və sərvətinə görə evlənməkdir. 6- Evlənim və keçmiş həyat yoldaşıma kimliyimi sübut edim!! Evlənməklə əlaqədar altıncı səhv addım budur ki, əvvəllər evli olmuş və sonra boşanmış insan bəzi hallarda keçmiş həyat yoldaşına özlünün fərasət və bacarığını sübut etmək üçün tələsik kiminlə gəldi evlənir.


Nadan və ağılsız insanlarla necə rəftar edək?


Nadan və ağılsız insanlarla necə rəftar edək? Ünsiyyəti qadağan edilmiş şəxslərdən biri nadan və ağılsız adamdır.
Əlbəttə,dinin axmaq adamlq dostluğu qadağan etməsi tövsiyə xarakterlidir.Çünki ağlı olan hər bir kəs bilir ki,nadan və axmaqla dostluq etməkdə,əsla ,bir xeyir yoxdur və o,zərər ziyanla dolu bir dostluqdur..
-İmam Sadiq (ə)buyurur: \'\'Axmaq adamla yoldaşlıq etməkdən çəkin.\'\' Kafi c 4 səh 456
-\'\'Yalançı,axmaq adamla yoldaşlıq etmə.Çünki o,nə vaxt sənə xeyir vermək istəsə,ziyan vurar.O səndən çox uzaq şeyi sənə yaxınlaşdırar,yaxın şeyi sənə uzaq göstərər.Əgər ona etibar etsən,sənə xəyanət edər,əgər o sənə etibar etsə,sənə hörmətsizlik edər.Əgər səninlə söhbət etsə ,yalan danışar,əgər sən onunla söhbət etsən,səni yalançı sayar.\'\' Biharul ənvar c74 səh193
-İmam Əli(ə)buyurur: \'\'Əxlaqi pozğunluq ağılsızlarla ünsiyyət nəticəsində,əxlaqın sağlamlığı isə ağıllılarla ünsiyyətin bərəkətindən yaranır.\'\' Məarif və maarif c1 səh 2095
\'\'Axmaqla yoldaş olma.Çünki o öz əməlini sənə gözəl göstərəcək və sənin də onun kimi olmağını istəyəcək.\'\' Nəhcul bəlağə.Feyzülislam səh 1228 ,285 ci hikmət


Şəhid Mütəhhərinin ailəsi ilə rəftarda əxlaqı necə olmuşdu?


Şəhid Mütəhhərinin ailəsi ilə rəftarda əxlaqı necə olmuşdu? Şəhid Mütəhhəri və həyat yoldaşı.
Alimin həyat yoldaşı deyir: “26 il ki, onunla bir yerdə yaşamışdıq, həmişə xüsusi təvazökarlıqla, mətin səslə və gülər üzlə mənimlə rəftar edərdi. Onun mənə olan əlaqə və sevgisi ev işlərini rəğbətlə görməyimə səbəb olurdu. Mən onun evinə gələn zaman yaşım az idi. Ancaq bu az yaşımla heç bir zaman yadıma gəlmir ki, ondan incimiş və narahat olum. Çox mehriban və güzəştli idi. Mənim və uşaqlarımın rahatlığına əhəmiyyət verirdi”.


Əllamə Mizbah Yəzdinin təvazökarlıq haqqında buyurduqları.


Əllamə Mizbah Yəzdinin təvazökarlıq haqqında buyurduqları. TƏVAZÖKARLIQ HAQQINDA OXUNMALI SÖZLƏR:
\"Mərifət baxımından insan Allahı nə qədər yaxşı tanısa, öz nadanlığı, acizliyi və çarəsizliyini bir o qədər çox dərk edər. İnsan nöqsanlarını etiraf edərsə, təkəbbürdən uzaqlaşar. Başqa halda nəfs tuğyan edər və insan əxlaqi fəsadlara düçar olar... Layiqli bəndələr mərifətləri artdıqca, özlərini Allah qarşısında kiçik görürlər və onların həqiqi təvazösu yüksəlir. Həqiqi təvazö insanın qəlbində də özünü kiçik bilməsidir. Onlar özünü, yalnız zahirdə, xalqın gözü qarşısında təvazökar göstərmirlər. Əks hal nifaq və ikiüzlülükdür. Həqiqi təvazö, yalnız Allahın lütfü ilə müyəssər olur. Çünki, insan nəfsi azğındır və tez bir zamanda qürura düçar olur\". (Əllamə Misbah Yəzdi)


Kobud danışıq tərzindən qurtulmaq üçün 11 tövsiyə nələrdir?


Kobud danışıq tərzindən qurtulmaq üçün 11 tövsiyə nələrdir? Əgər diliniz pis sözlərə adət edibdirsə, gərək sizə müəyyən tövsiyələrə əməl edəsiniz ki, yavaş-yavaş bu pis adətdən çəkinəsiniz.
1. Əvvəl fikirləşmək və sonra danışmaq. İmam Əli (ə) buyurur: “Aqilin dili – qəlbinin arxasındadır, axmağın qəlbi – dilinin arxasındadır”. 2. Söhbət edəndən sonra dəyərləndirmək. Düşünün görün, sözləriniz necə olmuşdur və özünüz bu sözləri eşitməkdən şövq duyursunuzmu? Yoxsa sizi xəcalətli edir? 3. Sözlərin imtahanı. Dostunuzla üzbəüz əyləşin və növbə ilə danışın. Qarşı tərəfdən eşitdiyiniz sözlərə olan əks reaksiyalarınıza diqqət edin. 4. Təkrar etmək. Dilinizi yaxşı sözlər deməyə adət etdirin. Həmçinin gözəl sözlər deyən insanlara qulaq asmağa çalışın. 5. Araşdırmaq. Baxın görün sözləriniz başqaları tərəfindən qəbul olmuşdurmu, yoxsa onlar sizin sözlərinizdən incidimi? 6. İbrət götürün. Kobud sözləri ilə başqlarına əziyyət verən insanlara diqqət göstərin. Onların həyatından ibrət götürməyə çalışın. 7. Əxlaqlı insanlarla yoldaş olun. Çalışın xoş danışan və əxlaqli insanlarla yoldaş olasınız. Onlardan örnək götürəsiniz. 8. Kobud danışmağın pis nəticələrinə diqqət edin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter