Təhqir və məsxərə Quranın qadağan etdiyi bir əməldir!


Dinimiz baxımından təhqir və məsxərə çox böyük cəzası olan əməldir. Uca Yaradan bu işi görənlər barədə “vay” kəlməsin istifadə edir: Huməzə surəsi, 1: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. Məsxərə etmək o qədər rəzil bir əməldir ki, Allah Qiyamət günü həmin əməl sahibləri ilə danışmaz və onları təhdid edər: Allah buyurar: “Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!” (“Muminun” surəsi, 108) Növbəti ayədə isə bu ağır cəzanın səbəbi açıqlanır: “Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi: “ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan” deyərdilər. (“Muminun” surəsi, 109) “Lakin siz onları ələ saldınız və nəhayət sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara güldünüz.” (“Muminun” surəsi, 110) Bu ayədən daha bir nəticə çıxır. Məsxərə etməyin axirət cəzasından əlavə dünyada da cəzası var. O da Allahı unutmaq, Allahdan uzaq düşməkdir....


Dualarımızda Allah-Taaladan (c.c) hansı pis xasiyyətlərdən xilas olmağı diləməliyik?


Allahım, bu iki şeyi məndən al... Allahım, bu iki şeyi məndən al: öyünməyi və təkəbbürü. Çünki birincisi malik olduqlarımı məndən alar. İkincisi isə paklığımı aradan aparar.
Allahım! Daxilimdə iki şeyi qüvvətləndir: imanı və səbri. Çünki birincisi malik olduqlarımı çoxaldar, ikincisi isə malik olmadıqlarımı mənə yaxınlaşdırar.
Allahım! Mənə yardım et ki, bu iki şeyə düçar olmayım: unutqanlığa və nüşükürlüyə. Çünki birincisi cismimin paklığını məndən alar. İkincisi isə daxili hüzurumu...


İmam Əlinin (ə) hədisinə əsasən Pis əməli necə tanıyaq?


İmam Əlinin (ə) hədisinə əsasən iki qanun ilə pis əməlin nişanələrini tanıyaq:
1. Pis iş odur ki, gizli şəkildə insanların gözündən uzaq halda yerinə yetirilsin. Və əgər aşkarda onu etsəydi, insanların məzəmmətinə səbəb olar və xəcalət çəkərdi.
2. Pis işin ikinci nişanəsi budur ki, onu yerinə yetirənə suallar verilər ki, axı bu işi niyə görmüsən? Ya inkar edərək deyər ki, mən belə bir iş görməmişəm. Ya da həmin işə görə üzr istəyər. Deyər ki, məni bağışlayın, nadanlığım üzündən etmişəm. Ona görə də bir işi görən zaman əgər bu iki nişanədən biri onda olarsa, deməli həmin iş pis iş sayılır. Onu yerinə yetirməkdən çəkinək.


İmam Sadiqin (ə) hədisinə əsasən İnsanların hansı 8 dəstəsindən uzaq olmaq tapşırılır?


Həzrət İmam Sadiqə (ə) sual verirlər: “Siz bütün bu xəlqi insan kimi görürsünüzmü?”. İmam (ə) buyurur: “İnsanların bu bir neçə dəstəsini kənara qoyun.
1. O kəs ki, misvak etməz.
2. O kəs ki, dar yerdə ayaqlarını açıb əyləşər.
3. O kəs ki, ona aid olmayan işə qarışar.
4. O kəs ki, elmi olmayan şeyə görə mübahisə edər.
5. O kəs ki, heç bir xəstəliyi olmadan özünü xəstə göstərər...


Bütün günahların kökündə bu 3 amil durur!


Əxlaq alimləri ayə və hədislərə əsasən bu qənaətə gəlib çatıblar ki, insanın günah etməsinə əsas 3 amil təsir qoyur ki, onları tanıyaq və onların şərindən uzaq olmağa çalışaq.
1. Havayi-nəfs. İnsanın nəfsində iki meyil qərar verilmişdir. Yaxşılıqlara meyil və pisliklərə meyil. O nəfs ki, insanı şəhvətə meyil etdirər, günaha səbəb olar. “(Yusuf yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir”. (“Yusif” 53).
2. Dünyaya bağlılıq. Dünya elə bir yerdir ki, öz-ölüyündə eybə malik deyildir, Qadir Allah onu sevgi ilə xəlq etmişdir. Əsil naqislik – insanın dünya ilə olan rabitəsindədir. O kəs ki, dünyaya maddi baxışlarla nəzər salar – güman edər ki, həmişəlik orada qalacaqdır. Ona görə də bu insan Allahdan və axirətdən qafil qalar.


Qurani-Kərim özünü kontrol etmək haqda hansı göstərişləri verir?


Təcrübə göstərir ki, insanın nəfsani istəklərinin ardınca getməsi, onun əlinə və ayaqlarına açılmayan zəncirlər vurar və onu əsir edər.
Qurani-Kərim Həzrət Yusifin (ə) dilindən buyurur: “Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır”. (“Yusif” 53). İmam Əli (ə) buyurur: “Nəfs, insanı pisliyə tərəf çəkər. Hər kim onu boş buraxar, nəfsi onu günahlara tərəf çəkər”. Qurani-Kərim Allahın Öz peyğəmbərlərinin (ə) özünə nəzarət etməsi barəsində buyurur: “O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: «Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?»”. (“Nuh” 106). “O zaman (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»”. (“Şüəra” 161)...


Əzəmətli Allah övliyasından xoşbəxt evlilik, bərəkətli ruzi və xoş aqibət üçün asan göstəriş


Oğlum, sənə bu şeyləri vəsiyyət edirəm: 1. Gündəlik vacib namazlarını vaxtında yerinə yetirəsən.
2. İnsanların hacətlərini yerinə yetirməkdə bacardığın qədər səy göstərəsən. Heç bir zaman düşünmə ki, filan iş böyükdür və mənim əlimdən gəlməz. Əgər Allah bəndəsi haqq yolunda addım atarsa, Allah da ona yardım edəcəkdir”. Alimin oğlu deyir: \"Atacan! Bəzən başqalarının hacətini yerinə yetirmək insanın rüsvay olmasına səbəb olur”.
Atası cavab verir: \"Necə də gözəldir ki, insanın abırı Allah yolunda tökülmüş olsun”.
\"3. Seyyidlərə xüsusi hörmət və ehtiram göstər. Hər nəyin varsa, onların yolunda xərclə və sərf et. Bu yolda yoxsul olmağı əsirgəmə. Əgər ehtiyaclı olsan, o zaman vəzifən olmaz. 4. Gecə namazını qılmaqdan qəflət etmə, təqvalı ol”...


Mömini hansı 5 əlamətlə tanımaq olar?


İmam Səccaddan (ə) belə bir hədis vardır ki, mömini tanıdır. Həzrət (ə) buyurur: “Möminin beş nişanəsi vardır:
1. “Xəlvətdə təqvaya riayət etmək”. Mömin hər bir zaman günahdan qaçır – istər aşkarda olsun, istərsə də xəlvətdə. Çünki yaxşı bilir ki, Allahın agah olmadığı məkan və zaman yoxdur. Allahdan savayı heç kəsi əməllərinə nazir bilmir. Özünü İlahi dərgahda görür.
2. “Ehtiyaclı olan zaman sədəqə vermək”. Möminin nişanələrindən biri də budur ki, özü ehtiyaclı və yoxsul ola bilər, amma buna baxmayaraq sədəqə verər və ehsan edər. Çünki daxildən Allaha bağlılığı güclüdür. O kəsin ki, sərvəti olar – onun sədəqə verməsi savabdır, amma böyük hünər sayılmaz. Hünər odur ki, özün ehtiyacı olan zaman başqalarına yardım edəsən.
3. “Müsibətdə səbir etmək”. Mömin müsibətə düçar olan zaman səbir edər, üsyan etməz. Dili şikayət üçün açılmaz.



Hansı üç amilə diqqət olunsa insanın izzəti ziyan görməz?!


-İmam Əli (ə) buyurur: “Hər kim tamah edər, özünü həqir etmiş olar”.
-İmam Əli (ə) insan izzətini alçaldan ikinci amil barəsində buyurur: “Hər kim pərişanlıq və giriftarlığını aşkar edər – zəlil və xar olar”.
-İmam Əlinin (ə) üçüncü xəbərdarlığı bu barədədir ki, buyurur: “Hər kim dilini özünə hakim edər – şəxsiyyəti təhqir olar”.


Səbr çox mühümdür, xüsusən bu yerlərdə - Həzrət peyğəmbər


Allah rəsulundan (s) nəql olunan hədisdə insana səbrli olmağ tövsiyə olunur. Xüsusən 3 yerdə:
-Müsibət zamanı -İtaət zamanı -Günah qarşısında
Bu 3 hal demək olar ki, həyatının bütün mərhələlərini ümumi şəkildə özündə əks etdirir. Müsibət dedikdə hər cür agır bəlalar, insanın xoşlamadığı hər cür həyati “sürprizlər” nəzərdə tutulur. İnsan gərək səbrli olsun ki, üzləşdiyi bu hadisənin təsirindən çıxa bilsin. Digəri isə itaət qarşısında səbrdir. İnsan bu istiqamətdə səbrli olmalıdır ki, Allahın ona vacib buyurduğu bütün əməlləri icra edə bilsin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter