Hacətini üç nəfərdən qeyrisinə söyləmək olmaz?!


Ənsarlardan olan bir nəfər İmam Hüseynin (ə) yanına gəlr ki, ondan maddi yardım istəsin. İmam Hüseyn (ə) buyurur: “Ey ənsar qardaş! Abır və şəxsiyyətini qoru. İstəyini bir məktubda yaz ki, mən də Allahın istəyi ilə sənin sevincinə səbəb olan şeyi yerinə yetirim”. Ənsar məktubda yazır: “Ey Hüseyn! Filankəsə 500 dinar borcluyam. Məndən borcumu verməsini istəyir. Onunla söhbət et ki, pulum olana qədər səbir etsin”.
İmam Hüseyn (ə) bu məktubu oxuyan kimi evinə gedir və içərisində min dinar olan pul kisəsini götürür və onu həmin kişiyə verir və buyurur: “500 dinar ilə borcunu qaytar və qalan 500 dinar ilə həyatını sahmana sal. Hacətini üç nəfərdən qeyrisinə demə: 1. Dindar. 2. Səxavətli. 3. Ailə nəcibliyinə malik olan.


Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı məsələdə xəsislik vacibdir?!


Peyğəmbərimiz (s) buyurub: “Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol” “Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu Allah üçün çox asandır.” [1] İmam Əli (ə) buyurub: “Sənin ömrün çəkdiyin nəfəslərin sayıdır və bu nəfəsləri bir gözətçi sayır.” [2]
Məhəmməd peyğəmbər (s) buyurub: “Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan, ömrünüzün növbəti gününün pişvazına çıxmır.” [3]
“Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol.” [4] “Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin.” [5]


İnsanda neçə sifət cəm olsa, kifayətdir? Loqman (ə)-ın cavabı


Loğman Həkimin oğlu ondan soruşur: “Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?”.
Loğman deyir: “Din”. Oğlu deyir: “Əgər iki dənə olsa, necə?”. Deyir: “Din və mal”.
Soruşur: “Əgər üç dənə olsa, necə?”. Deyir: “Din, mal, həya”. Soruşur: “Əgər dörd dənə olsa, necə?”.
Deyir: “Din, mal, həya və gözəl xasiyyət”. Soruşur: “Əgər beş dənə olsa, necə?”. Deyir: “Din, mal, həya, gözəl xasiyyət, səxavət”.


Gözəl və pis əxlaqı ölçmək üçün sadə meyar hansıdır?!


Əxlaqın bəzi sifətləri fəzilətli, bəziləri isə rəzildir. Əxlaqın gözəl və ya pis olmasını müəyyən etmək üçün müxtəlif yollar təklif olunmuşdur.
Dinimiz buyurur ki, o sifət ki, sənin təkamül etməyinə yardım edər, o, fəzilətli sifətdir. O sifətlər ki, səni insanlıqdan süqut etdirir, o, rəzil sifətdir.
İmam Hüseynə (ə) sual verirlər ki, insanın kəramət və fəziləti nədədir? Həzrət (ə) buyurur: “Dilinə nəzarət etməsində və səxavətli olmasındadır”.
Sual verirlər ki, bəs insanın nöqsanı nədədir? Buyurur: “Özünü faydalı olmayan şeylərə məcbur etməsindədir”.


İslam maarifinə əsasən həqiqi ehtiyacsızlıq nədir?


İnsanların əksər hissəsinin nəzərinə görə, ehtiyacsız olmağın əsil yolu – mal və sərvət toplamaqdadır. Halbuki, zənginlərin bir çoxu yoxsul insanlar kimi yaşayırlar. Davamlı olaraq mallarının az olmasından danışarlar. Buradan məlum olur ki, sərvətin çoxluğu insanın ehtiyacsız olmasının meyarı ola bilməz. Əslində insanı ehtiyacsız edən meyar – insanın nəfsinin zəngin və razı durumda olmasıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Ehtiyacsızlıq malın çoxluğu ilə deyildir. Həqiqi ehtiyacsızlıq – nəfsin ehtiyacsızlığıdır”.
İmam Rza (ə) buyurur: “Hər kim ruzisinin az olmasına görə Allahdan razı olarsa, Allah da onun az əməlindən razı olar”.


İnsanda hansı mənfi əxlaqdır hətta qardaşı öldürməyə gətirib çıxara bilər?!


“Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu” (Maidə-30)
Təfsirçilər bu qətlin səbəbinin həsəd və paxıllığ olduğunu qeyd edirlər. Qurani kərim bu mətləbə işarə edərək Qabilin paxıllığ etdiyini və qardaşına həsəd etdiyi üçün öldürdüyünü bildirir: “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcə-yəm!” demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!” (Maidə-27)
... Lakin İmam Sadiqdən (ə) nəql olunan hədisdə Adəmin (ə) oğlanlarından birini özündən sonra “vəsi” (varis, başçı) təyin etmək üçün qurban gətirsinlər. Kimin qurbanını od yandıracaqdısa, onun qurbanı qəbul olacaqdı. Habilin qurbanı qəbul olur və bu da qabilin həsəd və paxıllığına səbəb olur. Daxili kin və həsədi onu qardaşını qətl etməyə vadar edir. (Təfsiri Əyyaşi):


Din nədir sualına Allahın peyğəmbərindən (s) gözəl cavab nə oldu?!


... Qurani Kərim, yalnız imanını, etiqadını, səbrini birləşdirib özünü əxlaq və davranış mərhələsində təsdiq edən kəsləri Allahın rizasını qazanan və ziyandan xilas olmuşlardan hesab edir. Çünki imanın göstəricisi əməl və gözəl əxlaqdır. Saleh əməl və gözəl əxlaq iman əsasında olarsa, o zaman insan iman gətirən və dini yaşayan insan hesab olunur. Səhabələrdən biri, Peyğəmbərin (s) qarşısında dayanıb “din nədir?” deyə sual verir. Peyğəmbar (s) buyurur: \"Husnul-xulq! Həmin səhabə o Həzrətin sağ tərəfinə keçib həmin sualı bir daha verir: Din nədir ey Allahın rəsulu (s)? \"Husnul-xulq! Səhabə bir daha Həzrətin (s) sol tərəfinə keçib soruşur: Din nədir, ey Allahın peyğəmbəri (s)? -Husnul-xulq! Deyə peyğəmbər bir daha cavab verir. (Biharul-ənvar)


(Bağışlamağın) Əfv etməyin ən yaxşı forması hansıdır?


Quranın nəzərinə görə əfv etməyin üç dərəcəsi vardır ki, onlarla tanış olaq:
1. Birinci dərəcə odur ki, insan başqalarının pisliyini görər, ancaq Allaha xatir onu bağışlayar. (“Əraf” 198-199).
2. İkinci dərəcə odur ki, insan başqalarının pisliyini görməməzliyə vurar. Quran başqalarının zülm və pislini görməməyi “səf” adlandırmışdır. “Nur” 22
3. Üçüncü dərəcə odur ki, insan başqalarının pisliyi qarşısında, onlara yaxşılıq etsin. Bu dərəcə əvvəlki iki dərəcədən daha çətindir. (“Qəsəs” 54).


Zəmanəsinin böyük din xadimi olan Ayətullah Şahabadidən çox dəyərli nəsihət!


... Məclisdən sonra Şeyxin yanına yaxınlaşıb, dediyi ali insani məqama yetişmək üçün nəsihət istədik. Şeyx buyurdu: Sizə 3 mühüm nəsihətim vardır. Bunlara əməl etsəniz təsirini görərsiniz:
1.Öncə namazlarınızı vaxtında icra edin. Azanı eşidən kimi əlinizdə olan işlərinizi saxlayıb namaza tələsin. İmakan daxilində namazınızı camaatla qılın.
2. Camaatla insafla davranın. Alış-verişlərinizdə insaflı olun. Az qazancla qane olun. Yaxınlarınızla digərləri arasında, yanınızda olanla olmayan arasında fərq qoymayın.
3. Allahın haqqını əda edin. İl ərzində vaxtınız geniş olsa belə, Allahın buyurduğlarını əvvəl vaxta əda edin (yerinə yetirin).


İmam Hüseynin (ə) əxlaqından bir neçə nöqtə (Namaz və mömini sevindirmək).


Namazdan sonra ən üstün iş möminin qəlbini şad etməkdir! İmam Hüseyndən (ə) belə nəql olunur: “Həzrət Peyğəmbər (s) buyurdu: “Namazdan sonra ən üstün iş möminin qəlbini şad etməkdir. Əlbəttə günah işlə yox!”
Bir gün İmam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: “Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: “Qulam sənə fəda olsun, bu bağı da ona bağışladım.” Sonra pulları həzrətə qaytarmaq istədi. İmam da buyurdu ki, mən də bu malı sənə bağışladım.” Ağa dedi: “Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter