Paltarın çox olması İsrafdırmı?


İshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: “Möminin 10 köynəyinin olması rəvadırmı? Buyurur: “Bəli”. Deyir: “Bəs 20 köynək necə?”. Buyurur: “Bunlar israf deyildir, bəlkə israf odur ki, rəsmi görüş üçün olan paltarı iş paltarın qərar verəsən”.


Ğİna nədİr? Nİyə haramdır?


Ğina o misiqilərə deyilir ki, mənasız və fəsad məclislərində səsləndirilir və insanları şəhvətə təhrik edir. Bəzən musiqinin ancaq özü ğina olur və bəzən də mahnının sözləri. Əgər Quran ayələrini və ya mənalı şeirləri də belə, ğina musiqisi ilə səsləndirsələr, ona qulaq asmaq haramdır. Ğinanın gətirdiyi fəsadlara işarə edək:
1. Fəsad əxlaqına tərəf təşviq edər, həvəsləndirər. Ğina məclisləri adətən fəsad məclisləri olur. Bu fəsada şərait yaradan da həmin ğinadır.


HANSI MURDAR ŞEYLƏRİ BİR DƏFƏ SUYA ÇƏKMƏK KİFAYƏT EDƏR?


Murdar şeydən murdarın eyni, əsli təmizləndikdən sonra onu kürr və ya axar suda bir dəfə suya çəkmək kifayətdir. Başqa yemək yeməyən südəmər körpənin sidiyi də bir dəfə suya çəkilməklə pak olur.


SƏFƏRDƏ QILINAN NAMAZLAR ADİ VAXTDA QILINAN NAMAZDAN FƏRQLƏNİRMİ?


Cavab: Müsafir zöhr, əsr və işa namazlarını dörd rəkət yox, iki rəkət qılır. Amma namazın yarı qılınması (qəsr) üçün şərtlər mövcuddur:
1. Səfər qırx beş kilometrdən (səkkiz fərsəx) az olmamalıdır;


Namazda İqtida edən şəxsİn (məmumun) hansı vəzİfələri var?


Cavab: Mə’mum İmamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. Mə’mum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan mə’mum həmd və surəni də deyəsidir.


TAPILMIŞ MALLA NECƏ RƏFTAR ETMƏK LAZIMDIR?


Əgər tapılmış malın nişanəsi yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır.
Nişanəsi olan malın sahibi tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi tapılmadıqda malın qiyməti on ikidə altı noxud gümüş sikkəsindən ucuzdursa, onu götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə sahibi tərəfindən sədəqə vermək lazımdır.


HEYVAN HANSI QAYDADA KƏSİLMƏLİDİR?


Cavab: Heyvanın kəsilməsinin beş şərti var:
1. Heyvanı kəsən şəxs müsəlman olmalıdır və peyğəmbər əhli-beyti ilə düşmənçiliyini izhar etməməlidir;
2. Heyvanın başı dəmir alətlə kəsilməlidir;


İTİN OVLADIĞI HEYVANIN ƏTİ HALALDIRMI?


Yalnız ov itlərinin ovladığı heyvanın əti halaldır. Ov itinin dişləyib öldürdüyü heyvanı kəsməyə (zibh) ehtiyac yoxdur. Çünki itin vurduğu yara kəsilməyə bərabərdir. Ov itinin şərtlərindən biri budur ki, tutduğu ovu sahibi çatanadək yeməsin.


İslamda təqlİdə hansı yerlərdə İcazə verİlİr?


Hamı üçün çox maraqlıdır ki, görəsən İslam dinində hansı yerdə təqlidə icazə verilir və hansı yerdə icazə verilmir. Ümumiyyətlə, müqəddəs İslam dinini böyük bir ağaca bənzətsək, onu iki qismə bölmək olar: Gövdəsi və qol-budaqları. İslam dininin əsaslarını yə`ni, e`tiqadi hissəsini ağacın gövdəsinə, əməli hissələrini isə onun qol-budaqlarına bənzətmək olar. Başqa sözlə desək, İslam dini iki qismdən ibarətdir:


Müctəhİd kİmdİr?


Müctehid dedikdə kimlər və hansı elmi məqamda olanlar nəzərdə tutulur?
Hər şeydən əvvəl bu sözün kökü ilə tanış olaq. Sözün kökü “ictihad” kəlməsindəndir. “İctihad” sözünün özü isə “cəhd” sözündəndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter