Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?


Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?Fiqh alimlərinin hamısı deyirlər: Pisliklərdən çəkindirmək üçün əgər şərait əldə olunması təsəvvür olunsa ki, təsir edə bilərsiniz qalmağınızın heç bir eybi yoxdur, qalmaq təsirsiz olsa onda məclisi tərk etmək zəruridir, bir halda zərurət miqdarında qala bilərsiniz ki, fitnə və fəsad yaranmasına mane olasınız. Bu qalmaq müddət mömin şəxsin təyininə bağlıdır.


Təzə müsəlman olmuş xanımla evlənməyin hökmü necədir?


Təzə müsəlman olmuş xanımla evlənməyin hökmü necədir?Bütün alimlərin baxışında raşidə xanımla icazə verilmişdir. Atası qeyri-müsəlman olan raşidə xanımın atasından icazə də gərək deyldir.


KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏSİ HARAMDIR, BƏS AĞ QIZIL NECƏ?


KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏSİ HARAMDIR, BƏS AĞ QIZIL NECƏ?Əgər qızıl cinsindən hesab olunsa \"deyilən ağ qızılın kişilərin geyinməsi\" - icazəli deyildir, baxmayaraq ki, rəngi ağ belə olsa. (bu barədə Xamenei həzrətlərinin 2 dildə cavabını geniş məlumatımızda oxuya bilərsiniz).


NƏRDİN HÖKMÜ HAQDA ALİMLƏRİN FİKİRLƏRİNİ QEYD EDİN?


NƏRDİN HÖKMÜ HAQDA ALİMLƏRİN FİKİRLƏRİNİ QEYD EDİN?İmam, Təbrizi, Xamenei, Fazil və Məkraim Şirazi həzrətləri buyururlar: Nərd əgər qumar aləti hesab olunmasa və şərt ortada olmasa onu idman kimi oynamağin heç bir eybi yoxdur, başqa alimlər isə hər halda çəkinməyi lazim biliblər.


XANIMLARIN XORLA DİNİ ŞEİRLƏR (DİNİ MAHNILAR) NAMƏHRƏMLƏR QARŞISINDA OXUMALARININ HÖKMÜ NECƏDİR? ONA QULAQ ASMAQ İCAZƏLİDİRMI?  


XANIMLARIN XORLA DİNİ ŞEİRLƏR (DİNİ MAHNILAR) NAMƏHRƏMLƏR QARŞISINDA OXUMALARININ HÖKMÜ NECƏDİR?  ONA QULAQ ASMAQ İCAZƏLİDİRMI?  Xanimlarin surud oxumasi (dini mahnilar ifa etmələri) fəsadsiz olsa (Behcət, Safi və Məkarim Şirazi həzrətlərdən başqa) hami onu caiz bilir. 


KOMPYUTERDƏ QUMAR ALƏTİ ILƏ OYNAMAĞIN HÖKMÜ NƏDİR?


KOMPYUTERDƏ QUMAR ALƏTİ ILƏ OYNAMAĞIN HÖKMÜ NƏDİR?Alimlər bu əməli haram bilmişlər və ya əzaba duçar olmaq ehtimal verilməsi səbəbəbindən çəkinməyi vacib bilmişlər.


NƏ SƏBƏBDƏN ƏHLİ-BEYTƏ (Ə) SƏDƏQƏ HARAMDIR?


NƏ SƏBƏBDƏN ƏHLİ-BEYTƏ (Ə) SƏDƏQƏ HARAMDIR?“Quran və hədis təlimlərində sədəqənin xüsusi əhəmiyyəti vardır. İslam dini sədəqə verməyə çox dəyər vermiş və müxtəlif münasibətlərdə onu verməyi tövsiyə etmişdir.


Paltarın çox olması İsrafdırmı?


İshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: “Möminin 10 köynəyinin olması rəvadırmı? Buyurur: “Bəli”. Deyir: “Bəs 20 köynək necə?”. Buyurur: “Bunlar israf deyildir, bəlkə israf odur ki, rəsmi görüş üçün olan paltarı iş paltarın qərar verəsən”.


Ğİna nədİr? Nİyə haramdır?


Ğina o misiqilərə deyilir ki, mənasız və fəsad məclislərində səsləndirilir və insanları şəhvətə təhrik edir. Bəzən musiqinin ancaq özü ğina olur və bəzən də mahnının sözləri. Əgər Quran ayələrini və ya mənalı şeirləri də belə, ğina musiqisi ilə səsləndirsələr, ona qulaq asmaq haramdır. Ğinanın gətirdiyi fəsadlara işarə edək:
1. Fəsad əxlaqına tərəf təşviq edər, həvəsləndirər. Ğina məclisləri adətən fəsad məclisləri olur. Bu fəsada şərait yaradan da həmin ğinadır.


HANSI MURDAR ŞEYLƏRİ BİR DƏFƏ SUYA ÇƏKMƏK KİFAYƏT EDƏR?


Murdar şeydən murdarın eyni, əsli təmizləndikdən sonra onu kürr və ya axar suda bir dəfə suya çəkmək kifayətdir. Başqa yemək yeməyən südəmər körpənin sidiyi də bir dəfə suya çəkilməklə pak olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter