Hansı dənİz məhsullarını yemək olar?


Müqəddəs İslam şəriətinə əsasən, dəniz məhsullarının bir qismini yemək icazəli, digər qismini yemək isə qadağandır. Pulcuqlu balıqları yemək caiz, digər dəniz canlıları isə haramdır.


Azan və İqamədə üçüncü şəhadətİn hökmü nədİr?


Azan və iqamə təkbirlə başlayır, daha sonra isə 3 şəhadətlə davam edir. Allahın təkliyinə, Həzrət Məhəmmədin (s) risalətinə və İmam Əlinin (ə) vilayətinə şəhadət edilir.
Verilən suallardan biri isə budur: Peyğəmbər (s) dövründə Həzrət Əlinin (ə) vilayətinə şəhadət verilmişdirmi? Bu şəhadət sünnədən gəlir yoxsa, sonradan əlavə edilib?


İslam dİnİ yemək qaydaları barədə nə buyurub?


Bir çoxları arıqlamaq üçün şam yeməyini yeməkdən imtina edirlər. Halbuki İslam dini şam yeməyini yemək üçün çox təkid edir. İmam Rza (ə) İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Şam yeməyini hətta əgər üç tikə çörəklə duz olsa belə, buraxma”.


Gündəlik namazların əvvəl (fəzilətli) vaxtları nə zamandır?


Bir çoxlarımız namazı əvvəl vaxtda qılmağı sevirik. Bəs bu vaxt nə vaxtdır?
Fəzilətli vaxt: namazın elə vaxtıdır ki, o zaman namaz qılmaq fəzilətə malikdir. Ondan xaric olmaq fəzilətli sayılmaz.


ORUCUN QƏZASI BARƏDƏ SUALLARA CAVAB


Sual: Ramazan ayının orucunun qəzasını, ardıcıl tutmalıyıq?
Cavab: Xeyir. Qəza oruclarını ardıcıl tutmaq lazım deyil.


Xüms ili nədir?


İnsanın əkinçilik, sənət, ticarət və ya müxtəlif müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü İmam (ə) və seyidlərə məxsusdur. Bu xüms qeyb dövründə camiuş-şərait fəqihə verilməlidir. Əlbəttə ona 1 il gözləmək fürsəti verilib.


Oruc tutmaq barədə yanlış fikİrlərin cavabı


Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.


“İsticari” namaz hansı namazdır?


Dünyasını dəyişmiş insanın qəza namazları və ibadətlərini yerinə yetirmək üçün muzd vermək iradsız deyil. Amma həcc istisnadır. Bir şəxs ibadət üçün muzd vermək, “əcir” tutmaq istədikdə savab qazanmaq ümidində olsun. Amma qəza namaz və oruclarını, eləcə də müstəhəb namaz və orucları savab üçün əcir almadan yerinə yetirməyin eybi yoxdur.


Namazın əməlİ şərtlərİ HANSILARDIR?


Namazın əməli şərtləri
Namazda vacib sayılan əməli şərtlər оn birdir:


Dövlət İşçİlərİnİn maaşına xüms düşürmü?


Sual: Dövlət işçilərinin maaşına xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.

Sual: Xüms ili çatdıqda dövlətdən aldıqları maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms düşmür?
Bütün müctəhidlərin rə`yi: Bir başa bankdakı hesaba köçürülən maaşa xüms düşür. Baxmayaraq ki, hesabındakı pulu bankdan almayıb.

Sual: Mən dövlət işçisiyəm və hər ay maaşımı bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdim. Mənim maaşıma xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xəbəriniz olmasa da, birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.
İzah: Əmlaka xümsün düşməsində elm və cahilliyin tə`siri yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter