Başqasının bağına icazə almadan girmək olarmı?


Başqasının bağına icazə almadan girmək olarmı? Başqasının bağına ziyan vurmamaq şərti ilə girməyin hökmü:
Əgər bir şəxsin bağ və ya torpağından istifadə etmək istəsək almaq lazımdır. Amma əgər istifadə etmək üçün əminlik ola ki, sahibinin heç bir narazılığı yoxdur o torpaqdan keçmək və bağın məhsulundan istifadə etmək icazəlidir.
Bu barədə müctəhidlərin cavabları:
1-Ayətullah Xamenei: Başqasının torpağından keçmək və ya bağının məhsulundan istifadə etmək üçün icazə almaq vacibdir.
2-Həzrət Ayətullah Sistani: Əgər bağ və topağın hasarı olmasa və narazılıq əlaməti olmasa istifadə etmək olar. misal üçün qohumların bağ və torpağından istifadə etmək barədə razılığı olduğuna əmin olsa icazə almaq lazım deyil.
3-Ayətullah Safi: Bu əməl qəsb etmək hesab olunur və icazəli deyil.
4-5: Ayətullah Məkarim Şirazi və Nuri Həmədani: Fərz olunan sualın cavabı budur ki, sahibinin icazəsi olmadan istifadə etmək qadağandır.


İslam dinində vacib əməllərdir bunlar.


İslam dinində vacib əməllərdir bunlar. İslam dinində bir sıra işlər vacib buyurulub və Mütəal Allah onları yerinə yetirənləri mükafatlandıracaqdır. Bu əməllərdən bəziləri aşağıdakılardır;
1-Şəriət məsələlərini öyrənmək.
2-Gündəlik namazları və digər vacib namazları qılmaq.
3-Ramazan ayının orucunu eləcə də digər vacib orucları tutmaq.
4-Ramazan ayının orucunun qəzasını tutmaq.
5-Zəkat, xüms və digər şəri vergiləri ödəmək.
6-Vacib Həcci yerinə yetirmək.
7-Övrətyerni (ayıb yerləri) örtmək; istər kişi olsun, istərsə də qadın. Hətta yaxşı və pisi ayırd edən uşağın qarşısında da övrətyerni örtmək lazımdır.
8-Qadınların naməhrəm kişilərin qarşısında örtünməsi (yəni başı və bədənin bütünlüklə örtmək)...


İmam Camaatın şərtləri 8-dir.


İmam Camaatın şərtləri 8-dir. Camaat namazında İmam camaat duran şəxs gərək 8 xüsusiyyətə malik olsun, əkstəqdirdə günahkar və qılınan namazın bütün günahları onun öhdəsinə yazılır. İmam camaatın 8 şərtləri ibarətdir:
1-On iki İmam şiəsi olsun, Əhli-Beyt (ə) davamçıları üçün İmamlıq edən şəxs gərək Peyğəmbərin (s) təyin etdiyi 12 ilahi canişinini ilahi rəhbər olaraq qəbul etsin.
2-Aqil olsun, yəni İmam camaat duran şəxs hər növ dəlilikdən uzaq olsun. İstər bu dəlilik həmişə olsun istərsə də keçəri olmuş olsun. 3-Halalzadə olsun, yəni ata-anası kəbin kəsilməmiş ailədə dünyaya gələn uşağın həddi büluğa çatan zaman İmam camaatlılığına icazə yoxdur. 4-Baliğ olsun, Uşaq camaat namazında İmam camaat dayana bilməz. 5-Adil olsun, Yəni əgər bir şəxs aşkarda böyük günahlar edir və kiçik günahlardan qəsdən uzaq durmursa onun İmam camaat durmasına icazə yoxdur. 6-İmam camaat qiraəti düzgün oxusun. Camaat namazında İmamlıq edən şəxs gərək ərəb dilində namazın vacib zikrlərini düzgün oxusun. 7-İmam camaatın kişi olması. Əgər camaat namazında iqtida edən şəxslər kişilərdirlərsə lazımdır ki İmam camaat da kişi olsun. Kişi uşaq və qadına iqtida edə bilməz. 8-İmam camaatın üzərinə hədd təyin olunmamış olsun. Məsələn: Əgər bir şəxs başqasına töhmət vurubsa və ona şəri hökmlə cəza verilibsə o bu hadisədən sonra camaat namazında İmamlıq edə və ona iqtida etmək olmaz.


Üstündən bir neçə il keçən və əməl olunmayan nəzirin hökmü nədir?


Üstündən bir neçə il keçən və əməl olunmayan nəzirin hökmü nədir? Üstündən neçə illər keçmiş əməl olunmamış nəzrin hökmü:
Əgər qeyd etdiyniz nəzir mütləq olubsa yəni, heç bir gün və zaman müəyyən olunmayıbsa, öz nəzirinizə niyyət etdiyniz kimi əməl edin. Amma, nəzirə müəyyən zaman və gün təyin olunubsa, qəsdən nəzirə əməl olunmayıbsa, nəzrin kəffarəsini verməlisiniz. O da qəsdən orucun tərk edilməsinin kəffarəsi kimidir. Yəni, ya bir nəfər qul azad etməli ya altımış fəqiri doyurmalı və ya da iki ay dalbadal oruc tutmalıdır. Hərhalda, nəzirin deyilən şəraitlə müxalif olması sübut olduqdan və kəffarə isbat olduqdan sonra artıq o nəzirə əməl etmək vacib deyil. Əlbəttə, diqqət etmək lazımdır ki:
1.Nəzirin yerinə yetirilməsində nəzirin deyilməsi şəkilini dilə gətirimək lazımdır. (ərəb dilində olmasa da) Bəs, əgər nəzirin xüsusi formada deyiliş qaydasında deyilməsə , nəzir baş tutumur və o nəzirə əməl etmək vacib deiyl.
2. Nəzirdə \"Allaha xatir\" sözü dildə zikr edilməlidir. Əgər deyilməsə və təkcə niyyətdə nəzərdə tutulsa, nəzir vacib olmur.


İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət qoyulurmu?


İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət qoyulurmu? Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və övladı olmayan uşaqların başqa uşağın məsuliyyətini öhdəsinə götürməsini nəzərdə tutmaqla bəzi qanunlar qoymuşlar.
İslam dini insanın öz övladı ilə övladlğa götürdüyü övladın hüquq və vəzifələrindən müəyyən fərqlər nəzərə alır. Hətta, Qurani-Kərimdə bu mövzuya işarə edərək buyurur: “Allah-Taala sizin övladlığa götürdüyünüz övladları sizin həqiqi evladlarınız hesab etmir.” Ona görə də övladlığa götürülmüş şəxsin ətrafındakı ailə üzvləri arasında əlaqələrin necə qurulması bəhsi ən mühüm məsələlərdən biridir. Onlardan məsələn, övladlığa götürülən şəxsin onu saxlayan qadın və kişi ilə necə məhrəm olması və sair məsələ onlardan biridir. Bu mövzunün həlli üçün müxtəlif yollar təklif olunmuşdur.


Ayat namazinı camaatla qılmaq olarmı, iqtida edənlər həmd və ixlas surəsini oxumalıdırlarmı?


Ayat namazinı camaatla qılmaq olarmı, iqtida edənlər həmd və ixlas surəsini oxumalıdırlarmı? Ayat namazının hökmlərindən:
Gündəlik 17 rəkət vacib namazlarda vacib və müstəhəb olan şərtlər ayat namazı üçün də gərəkdir. Yalnız ayat namazında azan-iqamə yoxdur. Əgər ayat namazı camaatla qılınsa İmam camaat üçün müstəhəbdir ki, azan-iqamə əvəzinə 3 dəfə əs-səlah desin. Əgər ayat namazı tək qılınsa bu sözə demək lazım deyil. sistani.org
Camaatla qılınan ayat namazında iqtida edənlər həmd və ixlas surəsini deməməlidirlər. khamenei.ir


Domino oynamaq haramdırmı?


Domino oynamaq haramdırmı? Domino oynamağın hökmü:
Hər bir oyun vasitəsi əgər cəmiyyətin baxışında qumar vasitəsi hesab olunursa haramdır, istər udub-uduzmaq (iki tərəfli şərtlənmək) olmasa belə. Əgər bir oyun vasitəsi kemişdə qumar aləti olaraq tanınırdısa və hal-hazırda qumar halətindən çıxmasına şübhəli baxılırsa o oyundan uzaq durmaq lazımdır.
Ümumiyyətlə hər bir oyun vasitəsinin qumar olub olmamasını təklifə (həddi büluğa) çatmış şəxs özü təyin etməlidir. Həddi büluğa çatmış şəxs cəmiyyətin baxışını belə məsələdə nəzərə almalıdır.
Nəticə olaraq deyə bilərik ki, əgər domino oynamaq qumar alətindən istifadə etməklə həyata keçirsə hətta dincəlmək və gün keçirmək məqsədi ilə belə olsa icazəli deyil. Amma domino cəmiyyətin baxışında qumar hesab olunmursa onunla qarşılıqlı şərtlənmədən oynamağın eybi yoxdur.
Şəri suallar cavab kitabı, Ayətullah Xamenei, səh: 1122-1127.


Camaat namazında cərgələr arasında hansı şərtlərə əməl olunmalıdır?


Camaat namazında cərgələr arasında hansı şərtlərə əməl olunmalıdır? Camaat namazının cərgələrində riayət olunası şərtlər:
1-Arada bir maneə olmamalıdır. İmamla məmun (iqtida edən) şəxs arasında bir-birilərini görməsinə maneə olmamalıdır. İqtida edənlər qadınlar olsa pərdənin çəkilməsinin eybi yoxdur.
2-İmam camaatın dayandığı yerin hündürlüyü ona iqtida edənlərin dayandığı yerdən yuxarıda olmamalıdır.
3-İmam və məmun (iqtida edən) arasında birinci cərgədə fasilə olmamalıdır.
4-Məmun şəxslər İmamdan öndə durmamalıdırlar. Hətta bərabər cərgədə durmaq camaat namazının batil olmasına səbəbdir.


İslam şəriətində məkruh olan 20 əməllər


İslam şəriətində məkruh olan 20 əməllər İslam şəriətinə görə məkruh (bəyənilməyən) 20 əməllər:
1- Yeyməyi isti-isti yemək. (Məkruh)
2-Günaha sövq edən məsələlər haqqında danışmaq. (Məkruh)
3-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək. (Məkruh)
4-Təkəbbürlə yol getmək. (Məkruh)
5-Şəhadəti gizləmək. (Məkruh)
6-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə. (Məkruh)
7-Heyvanın ayaqlarını (çubuqla) vurmaq.(Məkruh)
8-Ev əşyalarını qonşudan əsirgəmək. (Məkruh)
9-Meyvəni yetişməmişdən qabaq satmaq. (Məkruh)
10-Cənabət halında yemək. (Məkruh) 11-...


Camaat namazında məkruh olan əməllər nələrdir?


Camaat namazında məkruh olan əməllər nələrdir? Camaat namazında məkruh olan əməllər:
1-Camaat namazında əgər bir sırada yer varsa təkcə durmaq məkruhdur,
2-İmamın \"Qəd Qamətis-salat\" deməsindən sonra məmumla İmamın danışması məkruhdur,
3-Səfərdə olaraq namazını (zöhr, əsr və işa) qəsr qılan şəxs üçün səfərdə olmayan şəxsə iqtida etməsi məkruhdur,
4-Səfərdə olmayan şəxsin zöhr, əsr və işa namazlarında səfərdə olaraq namazını qəsr qılan şəxsə iqtida etməsi məkruhdur,
5-Cüzam xəstəliyi olan şəxsin sağlam namazqılanlara pişnamazlıq etməsi məkruhdur,
6-Böyük günah edərək İslam dövlətində cəzalanmış şəxsin tövbə edəndən sonra İmam olması məkruhdur,
7-Küfr dövlətində yaşayan şəxsin, islam hökumətində yaşayan insanlara İmamət etməsi məkruhdur,
8-Təyəmmüm alaraq namaza duran şəxsin dəstəmaz və ya qüslla təharət alan insanlara İmamət etməsi məkruhdur,
9-Əgər namazın ortasında İmam üçün namazı davam etmək mümkün olmasa birinci səfdə duran iqtida edən şəxs İmamı əvəz edərək camaat namazını davam etdirə bilər, amma namazın əvvəlindən namaza qoşulan şəxsin İmamı əvəz etməsi məkruhdur, 10...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter