Oruc tutan şəxsin cənabətli olması haqda şəriətdə nə belə hökmlər gəlmişdir?


Oruc tutan şəxsin cənabətli olması haqda şəriətdə nə belə hökmlər gəlmişdir? Oruc tutan şəxsin cənabətli olması haqda 4 şəri suala cavab:
1-Sual: Gündüz yatarkən, adətən, möhtəlim olan bir cavan ramazan ayında gündüz yata bilərmi?
Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, gündüz yata bilər. Yuxuda möhtəlim olacağını bilsə də, orucu səhihdir.
2-Sual: Sübh namazından sonra möhtəlim olan və gün batana qədər qüsl etməyən şəxsin orucunun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rəyi: Tələsik qüsl etməyi lazım deyil və orucu səhihdir. Amma namaz üçün gərək qüsl etsin.
3-Sual: Bir şəxs bir müddət oruc tutub, namaz qılmışsa, sonradan cənabətli olduğunu bildikdə vəzifəsi nədir?
Cavab: Bütün müctəhidlərin rəyi: Əgər cənabət məsələsindən xəbərsiz olubsa, orucları düzdür. Amma namazları gərək qəza etsin...


Şəban ayının axırıncı gününün niyyəti necə olur?


Şəban ayının axırıncı gününün niyyəti necə olur? Cavab: Bütün müctəhidlərin rəyi:
Xeyr, o gün oruc tutmaq vacib deyil. Amma oruc tutmaq istəsəniz ramazan ayının niyyətini edə bilməzsiniz. Şəban və ya boynunuzdakı qəza orucu üçün niyyət etməlisiniz. Sonradan bilinsə ki, ramazan ayı imiş, tutduğunuz oruc ramazan ayından sayılacaq. Əgər günün yarısında bilsəniz, gərək təxirə salmadan öz niyyətinizi ramazan ayının orucuna çevirəsiniz.


Yövmüş-şəkk nədir?


Yövmüş-şəkk nədir? Yövmüş-şəkk “şəkk günü” deməkdir, əsasən ramazan orucu ilə bağlı işlədilir. İnsan şəbanın son günü yoxsa ramazanın əvvəli olmasını dəqiq bilməsə, həmin gün yövmüş-şəkk sayılar. Eləcə də, əgər orucluğun sonunda ramazanın son günü yoxsa şəvvalın ilk günü olmasında şəkk etsə, bu da yövmüş-şəkk hesab edilir. Yövmüş-şəkkin hökmü budur ki, əgər ramazanın başlayıb-başlamadığına şəkk etsə (yəni bilməsə ki, bu gün şəbanın sonudur ya ramazanın əvvəlidir), bu halda oruc tutmaya da bilər. Əgər həmin günün ramazandan olduğunu sonralar bilsə, orucu qəza etməlidir. Əgər oruc tutsa, bunu qəza və ya müstəhəb oruc niyyəti ilə tutsa daha yaxşıdır. Əgər gün ərzində ramazan ayının girdiyini öyrənsə, orucun niyyətini vacib ramazan orucu niyyətinə çevirər. Ramazanın son günü yoxsa bayram günü olmasında şəkk edən adam həmin gün oruc tutmağa davam etməlidir. Amma gün ərzində öyrənib bilsə ki, ramazan bitib – o halda gərək orucunu pozsun və bayram eləsin.


Oruc tatan şəxs səfərə çıxarkən hansı 4 hökmə daha çox diqqət yetirməlidir?


Oruc tatan şəxs səfərə çıxarkən hansı 4 hökmə daha çox diqqət yetirməlidir? Ramazanda səfər çıxmaq haqda 4 ümumi qayda:
1) Əgər Ramazan ayında səfərə çıxan şəxs həmin səfərdə namazını tam qılmalıdırsa, oruc da tuta bilər.
2) Əgər oruc tutan şəxs zöhr namazının vaxtı daxil olduqdan sonra sə-fərə çıxsa, orucunu tutmalıdır.
3) Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyə-tində olduğu məkana çatsa, orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, oruc tutmalıdır.
4) Ramazan ayında səfərə çıxmaq, hətta orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə də olsa, olar. Əlbəttə yaxşı olar ki, əgər səfərə çıxmaq zəruri deyilsə, oruc tutan şəxs səfərə çıxmasın.


Bədəndən qopan dəri hissələri pakdırmı?


Bədəndən qopan dəri hissələri pakdırmı? Cavab: İslam dininə görə insanın canı və sağlamlığı möhtərəmdir. İnsana əziyyət verməklə bədənindən bir hissə (istər ət olsun, istərsə dəri) qoparmaq günahdır və həmin hissə murdar sayılır, ona toxunan şəxs də özünü pak etməlidir. Amma əgər bədəndən kiçik dəri hissəsi rahatlıqla və ağrısız qopursa, həmin dəri hissəsi murdar sayılmır. Məsələn, bəzən insanın ayağında və ya barmaqlarında dəri quruyub qabıq şəklinə düşür, onu ağrısız qopardıqda pak sayılır. Həmçinin, bəzən insanın dodağının üzərində də xırda dəri parçaları quruyur. Bu dəri parçalarını da ağrısız qoparmaq olar və onlar murdar sayılmır.


Qəza namazı haqqında şəriətdə hansı hökmlər gəlmişdir?


Qəza namazı haqqında şəriətdə hansı hökmlər gəlmişdir? Qəza namazı: 1) Hər kim vacib namazı müəyyən bir səbəbə görə - istər yatıb qalsın, istər məst halda olsun, istərsə də müəyyən bir xəstəliyə görə - öz vaxtında qılmasa, qəzasını qılmalıdır. Lakin əgər bir şəxs namaz vaxtı boyu huşunu itirmiş olsa, namazın qəzası ona vacib olmur. Həmçinin müsəlman olan kafirin kafir olduğu müddətdə və qadının heyz və nifas halında qılmadığı namazların qəzası yoxdur.
2) Hər kim namaz vaxtı keçdikdən sonra qıldığı namazın düz olmadığını bilsə, onun qəzasını qılmalıdır. Məsələn, bir şəxs qüslün əhkamını bilmədıyınə görə şəriətdə göstərilən qaydada qüsl verməyibdirsə, batil və düz olmayan qüsl ilə qıldığı namazların qəzasını qılmalıdır.
3) O namazların qəzasını qılmaq vacibdir ki, insan onları tərk etdiyinə və ya düzgün qılmadığına əmin olsun. Lakin əgər insan ehtimal versə və ya şəkk etsə ki, keçmişdə namazlarının bəzisini tərk etmiş və ya düzgün qılmamışdır, onların qəzasını qılmaq vacib deyildir.
4) Yovmiyyə vacib namazların qəzasını qıldıqda namazların tərtibinə riayət etmək vacib deyildir. Əlbəttə bir günün zöhr və əsr, yaxud məğrib və işa namazlarının qəzasını eyni vaxtda qıldıqda tərtibə riayət olunmalıdır...


Namazda şəriətin hansı 11 göstərişinə diqqət etmək vacibdir?


Namazda şəriətin hansı 11 göstərişinə diqqət etmək vacibdir? Namazın vacib əməlləri 11-dir:
1-Niyyət, yəni namaz başlayarkən hansı namazı qıldığını müəyyən etmək zəruridir.
2-Təkbirətul-ehram, (yəni namazın əvvəlində “Allahu əkbər” demək),
3-Qiyam (Həmd və ixlas surələrini oxuyarkən ayaq üstə dayanmaq, xəstəlik maneə olmasa),
4-Qiraət, yəni həmd və ixlası (və ya ixlasın yerinə başqa surəni düzgün oxumaq).
5-Rüku, Yəni qiyam halından sonra əllərin dizə çatacaq qədər əyilmək.
6-Səcdə, rukudan durandan sonra bədənin 7 üzvünü yerə vurmaq, alını isə torpağa.
7-Zikr, yəni Namazın hər bir halətində şəriətdə müəyyən olan duaları və Allaha mədhləri demək.
8-Təşəhhüd, namazın ikinci, dördüncü və şam namazında 3 cü rəkətində xüsusi qiraəti oxumaq...


Namaz üçün alınan dəstmaz haqda şəriət hansı tapşırıqları verir?


Namaz üçün alınan dəstmaz haqda şəriət hansı tapşırıqları verir? Namaz üçün alınan dəstəmazın haqqında şəriətin 4 hökmü:
1-Namaz yalnız düzgün dəstəmazla qəbul olunur. Buna görə də düzgün dəstəmaz almalı və bilmədiklərimizi soruşub öyrənməliyik.
2-Istər namaz vaxtından qabaq, istərsə də sonra «qürbətən iləllah» niyyəti ilə dəstəmaz almaq olar.
3-Dəstəmazlı olan halda onun batil olub-olmaması haqda şəkk etsən, onun batil olmadığını qəbul etməlisən və bu halda dəstəmazlı sayılırsan.
4-Dəstəmazlı olmadıqda isə, dəstəmaz alıb-almamağın barədə şəkk etsən, dəstəmazsız olduğunu qəbul etməli və yenidən dəstəmaz almalısan.


Nəcasətlə müalicə olunmaq icazəlidirmi?


Nəcasətlə müalicə olunmaq icazəlidirmi? Cavab: Nəcasətlər bədənə, libasa və ya başqa nəyə isə dəyəndə, oranı pak etmək lazımdır. Nəcasətləri yemək və içmək qəti surətdə haramdır. Xüsusi hallar, yəni susuzluqdan ya acından ölmək halları istisna olunur. İmamlarımız buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Əgər həkim hər hansı nəcasəti, məsələn, araq və ya donuz piyini dərman kimi təyin edibsə, ondan alternativ müalicə tələb etmək lazımdır. Çünki hər xəstəliyi bir neçə yolla müalicə etmək olar.
Nəcasəti bədənə sürtməyə gəlincə, əgər zərurət tələb edirsə, bunu etmək olar. Amma sonra bulaşmış yeri yuyub pak etmək lazımdır.


Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi?


Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi? Cavab: Əhli-sünnə məzhəbində müsəlman kişinin əhli-kitabdan olan (yəhudi və xristian) qadınla evlənməsi icazəlidir.
-Şiə məzhəbində alimlərin məsələyə münasibəti fərqlidir. Keçmiş müctəhidlərin böyük əksəriyyəti müsəlman kişinin əhli-kitab qadınla daimi nikaha girməsini haram bilirdilər.
- Son dövr müctəhidlərindən bir qismi əhli-kitab qadınla daimi evlənməyi qəti olaraq haram bilir (məsələn, Ayətullah Sistani). Bəzi alimlər bunu məkruh sayırlar (məsələn, Ayətullah Şübeyri Zəncani). Bir qisim müctəhidlər bunu ehtiyati-vacibə görə haram bilirlər (məsələn, Ayətullah Məkarim Şirazi). Bəzi müctəhidlər isə bunu ehtiyata görə haram bilməklə yanaşı şərt qoyurlar ki, əgər kişinin bundan əvvəl müsəlman qadını varsa və əhli-kitabla evlənmək istəsə, öz müsəlman arvadından icazə almalıdır (məsələn, Ayətullah Vəhid Xorasani).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter