Fitr bayramı namazında iştirak etmək vacibdirmİ?


Fitr bayramı namazında iştirak etmək vacibdirmİ? Fitr bayramı namazında iştirak etməyin hökmü haqda:
Məsum İmamın yaşadığı (yən cəmiyyətin hüzurunda “qaib olmadığı”) halda fitr bayramı namazında iştirak etmək vacibdir. Amma hazırkı vəziyyətdə ki İmam Zaman (əc) qaibdir fitr bayramı namazını qılmaq müstəhəbdir. İştirak etməyən və iştirak edə bilməyən möminlər üçün günah hesab olmur.
Tösviyə olunur ki, belə əzəmətli ictimai ibadət imkan həddində tərk olunmasın.
Fitr bayramı namazını camaatla və tək qılmaq olar. Fitr bayramı namazının qılınma vaxtı bayram gününün gün çıxan vaxtından zöhr azanına qədərdir.


Fitr bayramı namazında müstəhəb əməllər hansılardır?


Fitr  bayramı namazında müstəhəb əməllər hansılardır? Fitr bayramı namaznda savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1. Bayram namazında qiraəti ucadan oxumaq. 2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir). 3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli, ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun. 4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, 5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun. 6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın. 7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: «Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana», 8. Bayram namazı açıq fəzada qılınsın. 9-Bayram namazı üçün gözəl paltar geyinilsin və ətir vurulsun.


Fitrə zəkatını qohumlara vermək olarmı?


Fitrə zəkatını qohumlara vermək olarmı? Fitrə zəkatını qohumlara vermək
243. Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı?
Cavab: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır.
244. Fitrə zəkatını qardaşa vermək olarmı?
Cavab: Əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən.


Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır?


Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır? Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi:
242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(1) (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(2) (yaxud yarımdan az və ya çox) verə bilərikmi? Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(3) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.
(1) Çəkisi üç kiloqram olan bir ölçü, (2) Yəni 20.5 “sa”, (3) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq hesablanır.


Fitrə zəkatını vermək yaddan çıxarılsa hökm nədir?


Fitrə zəkatını vermək yaddan çıxarılsa hökm nədir? Fitrə zəkatını verməyi unutmaq:
239. Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir?
Cavab: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən


Fitrə zəkatını başqa şəhərə göndərmək olarmı?


Fitrə zəkatını başqa şəhərə göndərmək olarmı? Fitrə zəkatını başqa şəhərə göndərmək
237. Fitrə zəkatını başqa şəhərə göndərə bilərikmi?
Cavab: Əgər mükəlləfin (fitrə vacib olan şəxs) yaşadığı yerdə və şəhərdə müstəhəq (fitrəni alacaq kasıb) tapılmasa, fitrəni başqa şəhərə apara bilər.


Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda 2 məsələ


Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda 2 məsələ Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda iki məsələ:
A) Fitrə zəkatının verildiyi qida məhsulu
232. Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir?
Cavab: Əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır.
B) Fitrə zəkatının miqdarı
233. Fitrənin miqdarı nə qədərdir? Cavab: Mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir. (Cənab Rəhbər Həzrət Ayətullah Xamenei həzrətlərinin fitvası əsasında)


Fitrə zəkatının vacib olma şərtləri haqda bir neçə məsələ


Fitrə zəkatının vacib olma şərtləri haqda bir neçə məsələ Fitrə zəkatının vacib olma şərtləri:
1-Qonağın fitrə zəkatı: Məsələ- 225: Onun fitrəsi ev sahibinin öhdəsinə deyildir. Məsələ-227: Qonaq (ev sahibinin çörək yeyəni) öz fitrəsini versə, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür. 2-Fəqirin fitrə zəkatı: Məsələ-228: Əgər fəqir olsa, fitrə zəkatı vermək ona vacib deyildir. …
3-Dolanışıq xərclərini təmin edən qadının fitrə zəkatı: Məsələ- 229: Əgər qadın ərinin və başqasının çörək yeyəni olmasa, qadının özü fitrə zəkatını verməlidir. 4-Naşizə qadının (Ərin haqlarına riayət etməyən qadın) fitrə zəkatı: Məsələ-230: Ər onun fitrə zəkatını verməlidir. Ancaq əgər qadın başqasının çörək yeyəni olarsa, onun fitrə zəkatı ərin öhdəsindən götürülər. 5-Ərin fitrə zəkatı verməməsi, zövcənin və övladın vəzifəsi: Məsələ-231: Onların bir vəzifəsi yoxdur və fitrə zəkatı vermələri lazım deyildir. (Cənab Rəhbər Həzrət Ayətullah Xameneinin fitvaları əsasında)


Oruc tutmayana (və ya batil edənə) kəffarə ödəmək düşər!


Oruc tutmayana (və ya batil edənə) kəffarə ödəmək düşər! Kəffarə nədir?
Kəffarə günahın təsirini aradan qaldırıb, onu insandan uzaqlaşdırdığı üçün ona «kəffarə» deyilir. Kafir insan da Allah, qiyamət, nübüvvət və bu kimi həqiqətləri inkar etdiyi və özündən uzaqlaşdırdığı üçün «kafir» adlanır. Kəffarə bütün şəriətlər və dinlərdə ilahi üsullara zidd hərəkətlərin qarşısını almaq üçün həyata keçirilir. Onun mühüm təsirlərindən biri də Allah-təalanın razılığını qazanmaq və Onun qəzəbini soyutmaqdır.
Oruc kəffarəsi 4 növdür: 1. Ramazan ayında qəsdən orucu yemək kəffarəsi; qul azad etmək; ya iki ay oruc tutmaq və ya altmış yoxsulu yedirtmək. 2. Zöhrdən (günortadan) sonra ramazan ayının qəza orucunu qəsdən pozmağın kəffarəsi; on yoxsulu yedirtmək və imkan olmadıqda 3 gün oruc tutmaq. 3. Müəyyən nəzir orucunun kəffarəsi: ramazan ayında qəsdən oruc yemək kəffarəsi kimi. Bəziləri (Təbrizi və Vəhid) onun kəffarəsini and kəffarəsi bilirlər və bu kəffarə qul azad etmək, on yoxsulu yedirtmək və ya on yoxsulu geyindirməkdir. İmkan olmadıqda isə üç gün oruc tutmaqdan ibarətdir. 4. Etikaf gününün oruc kəffarəsi: ramazan ayında qəsdən oruc yeməyin kəffarəsi kimi. Qeyd: Ramazan orucunu haram bir şeylə batil edən (misal üçün zina edə və ya haram bir içki ilə orucunu batl edə) şəxsə hər üç kəffarə yəni həm 60 nəfəri yedizdirməli, həm 60 gün oruc tutmalı həm də 1 qul azad etməlidir.


Səfərə çıxmış şəxsin orucunun hökmlərindən iki məsələ


Səfərə çıxmış şəxsin orucunun hökmlərindən iki məsələ Səfər çıxmış şəxsin orucuna aid iki şəri məsələ:
1-Oruc tutan şəxsin səfər çıxması ilə orucu batil olar. Necə ki səfərə çıxmış şəxsin namazı qəsr olur. Oruc tutmaq namazı qəsrli olan şəxs üçün icazəli deyildir. Və hər bir yerdə ki, səfərə çıxmış şəxs belə olsa namazı bütöv olsa oruc tutmasına da icazə vardır. misal üçün vətənindən şəri məsafəni (yəni 45 kilometri) uzaqlaşmış şəxs üçün oruc tutmaq olmaz. Amma getdiyi yerdə əgər 10 gün qalmağı niyyət etsə, belə bir vəziyyətdə həm namazı bütöv qılınacaq - dörd rəkətli namaz qəsr olmayacaq həm də oruc tutması məqsədə çatdığı zamandan ona vacib olur. və ya səfər etmək oruc tutan şəxs üçün iş hesab olunsa sürücülər kimi - belə səfərdə oruc tutulacaq və 4 rəkətəli namaz bütöv qılınacaq. 2-Oruc tutan şəxs əgər zöhr namazından öncə şəri məsafəni keçən həddə səfərə getsə əgər zöhr azanından sonra öz vətəninə qayıdarsa səfərdə orucunu pozmalı və sonradan tutmadığı orucun qəzasını tutacaqdır. Cənab Rəhbər XAMENEİ ağanın fitvaları əsasən: 206-məsələ.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter