Namazın ümumi vacib əməlləri hansılardır?


Namazın ümumi vacib əməlləri hansılardır? Namazın vacib əməlləri 11-dir:
1-Niyyət. Hansı namazı qıldığını fikrindən və ya dilində deməlidir.
2-Təkbirətül Ehram, yəni namaz qılan şəxs namazda dünya işlərini özünə haram edir.
3-Qiyam, yəni ayaq üstə iki müəyyən Qurandan surələri oxuyur.
4-Qiraət, ayaq üstə duranda surələrin oxunması,
5-Rüku, qiraətdən sonra əllərini dizinə çatdırmaq həddə əyilmək halətinə durmaq,
6-Səcdə. rükudan sonra iki səcdə bədənin 7 üzvünü yerə vurmaq şərti ilə, alını isə torpağa.
7-Zikr. namazın hər hansı durum tərzində xüsusi Allahı yada salan zikrlərdən demək.
8-Təşəhhüd. sübh namazında ikinci rəkətin səcdələrindən sonra, və 3 rəkətli namazın üçüncü rəkətinin səcdələrindən sonra və dörd təkətli namazın dördüncü rəkətinin iki səcdələrindən sonra xüsusi zikri \"təşəhhüdü bilərəkdən tərk etmək olmaz...


Kəbin barədə bilməli olduqlarınız.


Kəbin barədə bilməli olduqlarınız. Kişi ilə qadın bir-birlərinin həyatını birləşdirməyə qərar verdikdə, İslama görə, onların arasında mütləq kəbin kəsilməlidir. Yəni onlar arasında NİKAH bağlanması vacibdir. Bu zaman tərəflərin bu nikaha razı olmaları başlıca şərtlərdəndir. Əgər tərəflərdən biri, yaxud hər ikisi bu evliliyə razı deyilsə, onda onlar arasında bağlanan əqdin (kontraktın) heç bir qüvvəsi olmur. Belə kəbin batil sayılır. Əslində, kəbini kişi ilə qadın özləri kəsməlidir. Yəni tərəflər Allah qarşısında bir-birilə ailə qurduqlarını dilə gətirməklə əqd bağlamalıdırlar.
islam dinində ailə quran hər bir qadının mehriyyə almağa haqqı çatır, yəni bu, qadının vacib hüquqlarındandır: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!» («Nisa» surəsi, ayə 4). Mehriyyə kəbinin vacib hissələrindən biridir və mehriyyəsiz kəbin düzgün sayılmaz. Qeyd edək ki, mehriyyənin pul, qızıl, daşınan və daşınmayan əmlak və sair qismindən olması vacib deyil. Mehriyyə, məsələn, Quran öyrətmək, hər hansı bir iş görmək kimi də ola bilər və Peyğəmbər zamanında bəzi səhabələr mehriyyə kimi zövcələrinə Quran öyrədiblər. Quranda bildirilir ki, Musa Peyğəmbər Həzrət Şüeybin qızını alanda mehriyyə olaraq 8 il çobanlıq etmək öhdəliyini götürüb: «(Şüeyb) dedi: «Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm…». («Qəsəs» surəsi, ayə 27).


Ziyarətgahlarda şam yandırmaq düzgündürmü?


Ziyarətgahlarda şam yandırmaq düzgündürmü? Günümüzdə çox işlənən əməl haqda sual:
Ziyarətgahlarda şam yandırmaq ənənəsi İslamda yoxdur. Dini mətnlərdə bununla bağlı hər hansı məlumata rast gəlmirik. Buna görə bəzi alimlər bu ənənənin mövhumat nəticəsində xristianlıqdan İslama keçdiyini söyləyirlər. Bəzi hədislərdə məzarların üzərini işıqlı etmək və qaranlıq saxlamamaq tövsiyə edilir. Bu da yəqin ki, o zamanlar işıqlandırma sisteminin olmaması ilə əlaqədar idi. Hal-hazırda ən azından bütün iri ziyarətgahlarda müasir və güclü işıqlandırma sistemi fəaliyyət göstərir. Ona görə də ziyarətgahda şam yandırmağın heç bir mənası qalmır. Üstəlik, yuxarıda qeyd edildiyi kimi bu hərəkət xristianların dəbini xatırladır. Müsəlmana yaraşmaz ki, özünü qeyri-müsəlmanlara bənzətsin və öz müstəhəb dini ayinini onlar kimi yerinə yetirsin.


İbadətlərdə səfərdə necə riayət etmelıi - 5 məzhəbin hökmləri


İbadətlərdə səfərdə necə riayət etmelıi - 5 məzhəbin hökmləri Səfər – dini anlamda vətəni tərk edib, müəyyən məsafə qət etməyə deyilir. Səfər məsafəsi hənəfi məzhəbində üç günlük yol və ya təqribən 90 km, maliki, şafii və hənbəli məzhəblərində 16 fərsəx (80,64 km.) götürülür. Ən azı bu məsafə qədər yol gedən şəxs səfərdə sayılır və müsafir hökmünü daşıyır. Hənəfi və hənbəli məzhəblərində bu məsafənin 1,67–3,33 km., maliki məzhəbində isə hətta 13,36 km. qısa olmasına da icazə verilir. Cəfəri məzhəbində səfər məsafəsi getmək və gəlmək də daxil olmaqla üst-üstə 8 fərsəx qəbul edilib ki, bu da təqribən 43-44 km.-ə bərabərdir.
Cəfəri, şafii və hənbəli məzhəblərinə görə, insanın səfəri günah məqsədi daşıyırsa, bu səfər boyunca namazlarını bütöv qılmalı, orucunu tutmalıdır. Maliki və hənəfi məzhəblərində bu şərt qoyulmur
Həmçinin, cəfəri məzhəbinə görə, peşəsi səfərə çıxmaq olan şəxslər (məsələn, sürücülər, bələdçilər) səfər zamanı namazları bütöv qılmalı, orucu tutmalıdırlar. İnsan şəhərin uzaq qəsəbəsində yaşayrsa, amma iş yeri şəhərin mərkəzindədirsə, bu halda da onun işə getməsi peşə sayılır və həmin şəxs müsafir hökmünü daşımır.


Qəlyan çəkmək haramdırmı?


Qəlyan çəkmək haramdırmı? Qəlyan çəkmək , siqarə hökmünə daxildir.Siqarət çəkməkdə əlbəttə ki insana zərəri varsa haramdır.
Müsəlman çalışmalıdır ki, faydasız işlərdən çəkinsin.
Peyğəmbərimiz(s.a.a.v) buyurmuşdur:
\"Hər bir insan hansı əməl üzərində ölsə axirətdə o əməl üzərinə diriləcəkdir.
Bir anlığına düşün ki, qəlyan və ya siqrət çəkərkən bu dünyadan köçmüsən və qiyamət günü Allah dərgahına siqarət və qəlyanla gəlirsən.
O zaman nə edərsən!!!!!?


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır?


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır? Qurbanlar bir neçə növ olur: 1. Əqiqə qurbanı: bu, uşağın doğulması münasibəti ilə kəsilən qurbandır. Qız uşağı üçün bir qoyun, oğlan uşağı üçün iki qoyun olmaqla uşağın doğulduğu 7-ci, olmazsa 14-cü, olmazsa 21-ci günü və yaxud həddi-buluğa çatana qədər kəsilə bilər.
2. Kəffarə qurbanı: bu, həcc vaxtı hər hansı bir günahdan səbəbilə cərimə olaraq kəsilən qurban növüdür:-a) Həcc vaxtı ehram qaydalarının birini pozduqda, məsələn, tikili paltar geyinmək, saç, saqqal və ya dırnaqları kəsmək və s. günahlardan dolayı bir qoyun və ya bir keçi qurban edilir. -b) Vacib olan bəzi qaydaları pozduqda, məsələn, bayramın birinci gününün gecəsini Müzdəlifədə keçirmək, Minada şeytanı daşlamaq, təşriq günlərində Minada gecələmək, vida təvafı etmək kimi həccin vacib (rükn) olmayan bəzi qaydalarını tərk etməyin cəzası bir qoyun və ya bir keçi qurban kəsməklə ödənir.
3. Nəzir (ədəq) qurbanı: bu, bir işdən səbəbindən dolayı kəsməyə niyyət edilən qurban növüdür. Allahla əhd bağlandığı üçün kəsilməsi vacibdir. Niyyətdə hansı cins heyvanı və neçə dənə üşün tutulursa o sayda və o cins heyvanları kəsmək vacib olur. Münasib vaxtda kəsilə bilər.
4. Udhiyyə qurbanı: bu, qurbanların ən məhşur və ən kütləvi, ən möhtəşəm növüdür. Xalqımız arasında buna “İsmayıl qurbanı” da deyirlər. Bu qurbanın kəsilməsi alimlərin əksəriyyətinə görə vacib olmasa da, gərəklidir. Çünki bunu etməyənlər Peyğəmbər (s) tərəfindən qınanmışdır: “İmkanı olub qurban kəsməyənlər namaz qıldığımız yerə yaxınlaşmasınlar”


Müsəlman təhqir olunan kampyuter oyunlardan istifadə etməyin hökmü nədir?


Müsəlman təhqir olunan kampyuter oyunlardan istifadə etməyin hökmü nədir? Müsəlman və islam ümmətinin müqəddəslərini təhqir edən kampyuter oyunlardan istifadə etmək icazəli deyildir. İstər bu cür oyunların altı-satqısı belə olmuş olsun, müctehidlərin baxışında belə oyunlar qadağandır.
1-Ayətullah Safi Gülpayiqani: Kampyuter oyunları ki, onda camaatın baxışına görə İslam və müsəlmanlara təhqir gözü ilə oyanana belə oyunlardan istifadə haramdır.
2-ََAyətullah Məkarim Şirazi: Əgər kampyuter oyunlarında müsəlman və İslama qarşı təhqir və ya töhin olsa, eləcə də insanlar üçün pis örnək ifadə etsə belə oyunlardan istifadə etmək icazəli deyildir.
3-Nuri Həmədani: Kampyuter oyunlarında əgər müsəlmanların hörməti sındırılsa belə oyunlardan istifadə etmək icazəli deyildir.
4-Ayətullah Hadəvi Tehrani: İslam və müsəlmanları təhqir edən oyunların alqı-satqısı qadağandır və belə oyunlardan istifadə etməmək lazımdır.


Qadın kimlərin yanından hicab taxması vacib deyil?


Qadın kimlərin yanından hicab taxması vacib deyil? Qadına hicaba örtmək vacibdir. Qadın üçün bəzi şəxslər qarşısında hicab taxmamasına icazə verilir:
Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.


Qadınların qaşların alması günahdırmı?


Qadınların qaşların alması günahdırmı? Bismillahir-rəhmanır-rəhim:
Ayətullah Xameneinin fitvasına görə: Günah deyil və qadının öz əri üçün bəzənməsi bəyənilir. Lakin, zinət sayıldığı surətdə onu naməhrəmdən örtməlidir.


Sınıq istəkanda su içmək olarmı?


Sınıq istəkanda su içmək olarmı? Sual: Deyilənə görə dində belə bir qayda var: Sınıq stəkandan su içmək olmaz. Bu nə dərəcədə düzgündür?

Cavab: Peyğəmbərimiz həzrəti Muhəmməddən (s) nəql olunan bir hədisdə deyilir ki, qabın qırıq tərəfindən su içməyin və suya üfürməyin.
Buradakı qadağa qəti surətdə qadağandır, haramdır kimi başa düşülməməlidir. Hədisdə insanın sağlamlığı və təhlükəsizliyi nəzərdə tutulur. Yəni, stəkan və ya başqa bir qabın bir tərəfi qırıqdırsa, mikrob və bakteriyalar oraya cəmlənmiş ola bilər. Bundan isə qorunmaq lazımdır.
Əlavə olaraq, qabın qırıq tərəfi ondan su içən insanın dil və dodağına xəsarət yetirə bilər. Bu isə arzuolunmaz bir haldır.
İsti yemək və suya üfürüb onu soyutmağa çalışmaq da ağızdan çıxan zəhərli maddələrin onlara qarışmağına səbəb olur. Bundan da uzaq durmaq lazımdır. Bu, eyni zamanda insanlarda ikrah hissi yaradan xoşagəlməz bir haldır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter