Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı?


Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı? Cavab: Əgər ata ilə oğul eyni zamanda dəfn edilirsə, bu vəsiyyətə əməl etmək olar. İslam tarixində eyni qəbirdə iki və daha çox cənazənin dəfn olunması halları olub (məsələn, Ühüd şəhidlərinin dəfni zamanı). Amma əgər oğul dəfn ediləndən sonra ata vəfat edir və oğlu ilə eyni məzarda dəfn olunmağı vəsiyyət edirsə, bu halda oğulun məzarını açmaq lazım gəlir. Bu isə şəriətimizlə qadağandır. İslam qanunlarına görə, yalnız bəzi zəruri hallarda qəbri açmağa icazə verilir. Məsələn, cənazə qəsbi torpaqda basdırılmışsa, qəbrin içinə başqasının şəxsi əşyası düşmüşsə və həmin şəxs öz əşyasını tələb edirsə, dəfndən sonra bədənin bir parçası tapılırsa, cənazənin sel suları və ya heyvanlar tərəfindən tələf ediləcəyinə güman yaranırsa, qətl hadisəsi və sairə bu kimi hallar zamanı araşdırmaya ehtiyac yaranırsa, hamilə ananın bətnində diri uşaq dəfn olunursa və sairə. Bu kimi hallardan əlavə, yalnız o zaman qəbri açmağa icazə verilir ki, cənazənin tamamilə çürüyüb torpağa qarışmasına əminlik olsun....


Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı?


Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı? Cavab: Dinimizə görə, spirtli içki içilən məclislərə qatılmaq – o məclisin bir üzvü olmaq şərti ilə - günahdır. Məsələn, toy və qonaqlıq kimi məclislərdə, hətta stollardan birinə araq verilməsə də, amma eyni məclisin üzvü sayılırlar, çünki eyni məqsəd üçün bir araya gəliblər və eyni məsələni qeyd edirlər. Toy və ad günü məclislərinin evdə ya restoranda keçirilməsi də fərq etməz.
Lakin adi vaxtlarda restoran, yeməkxana kimi yerlərdə hər stol müstəqil sayılır. Hər masa arxasında əyləşənlər bir-birini tanımır, öz menyuları əsasında yemək seçir və öz hesablarını verirlər. Ona görə də, bir stolda oturanla başqa stolda oturan eyni məclis əhli sayılmır. Bu cür kütləvi yemək yerlərinə getməyin günahı yoxdur. Amma daha yaxşı olar ki, möminlər ümumilikdə spirtli içki verilməyən halal məkanlarda yemək yesinlər.


Sulu qəlyan çəkmək olarmı?


Sulu qəlyan çəkmək olarmı?Cavab: Müctəhidlərin əksəriyyətinin fikrincə, nə tütünlə çəkilən qəlyan, nə də sulu qəlyan haram deyil. Amma bunlar insan sağlamlığına ziyan olduğuna görə, istifadəsi bəyənilən sayılmır və imkan dairəsində bu vərdişdən qurtulmaq məsləhətdir. Sulu qəlyana gəlincə, bəzi elmi araşdırmalar onun hətta adi qəlyandan daha ziyanlı olduğunu göstərir. Doğrudur, sulu qəlyanda nikotinin miqdarı az olur, amma əvəzində dəm qazının miqdarının daha çox və daha yüksək temperaturda olması onun zərərini artırır. Eləcə də, ictimai yerlərdə sulu qəlyanın növbə ilə çəkilməsi, bu zaman gigiyena qaydalarına riayət edilməməsi ağız boşluğu vasitəsilə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Gənclərdə alışqanlıq yaratması və onları faydalı fəaliyyətdən yayındırması da sulu qəlyanın mənfi cəhətlərindən biridir./ixlas


Məscidlərin səsucaldanları ilə dini proqramları həyata keçirməyin hökmü nədir?


Məscidlərin səsucaldanları ilə dini proqramları həyata keçirməyin hökmü nədir? Ayətullah Lutfullah Safi buyurur: Bismillahir-rəhmanir-rəhim. Ələykum salam və rəhmətullah.
Məscidlərdə, hüseyniyyələrdə və digər dini məkanlarda mərasim təşkil edənlərə tövsiyə edirəm ki, şüar və təzahür məqsədi dayışan azan kimi səsləndirmələr səsucaldan vasitəsilə səsləndirilsin. Bundan qeyri surətdə ehtiyatlı olun ki, xalqı incitmək olmasın və bəhanə axtaranların əlinə bəhanə verilməsin. Çünki belə olarsa, bütün proqramlar sual altına düşə bilər. Xüsusilə də xəstələrin və yaşlı insanların halına riayət etsinlər. Məscidin səsucaldanı vasitəsilə səsləndirilən dini proqramlardan şikayət və gileylənən şəxslərə tövsiyə və nəsihət edirəm, o kəslərdən olmayın ki, Mütəal Allah onların barəsində buyurur:
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
“Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər”. (“Zümər” surəsi, ayə 45)


Şəriət vəzifələrində Cahili-qasir və cahili-müqəssir nə deməkdir?


Şəriət vəzifələrində Cahili-qasir və cahili-müqəssir nə deməkdir? Bunlar müəyyən səbəblər üzündən öz dini vəzifəsinə (təklifə) əməl etməyən şəxslərə aid olunan terminlərdir. Səbəbin üzürlü ya üzürsüz olmasından asılı olaraq, öz dini vəzifəsinə əməl etməyən adam cahil, yəni xəbərsiz sayılır. Amma əgər bunu üzürlü səbəbdən edirsə, ona cahili-qasir deyirlər. Məsələn, adam hər hansı yeməyin haram olduğunu bilmədən yeyir, bu barədə ona heç kim məlumat vermir, amma xəbər tutandan sonra bu işdən əl çəkir. Və ya 15 yaşından namaz qılmağın vacib olmasını bilmir, ona görə də namaz qılmır, amma bunu öyrənən kimi qılmadığı namazları qəza edir. Cahili-qasirin Allah yanında günahı yoxdur, bilməməzlik üzündən etdiyi günahlar da sayılmır. Amma cahili-müqəssir o adama deyilir ki, öyrənib-bilməyə imkanı ola-ola öz dini vəzifəsini öyrənmir. Məsələn, bir əməlin günah olması barədə başqasından eşidir, amma özü araşdırmır və həmin günahı təkrar edir. Yaxud namazın düzgün qılınma qaydasıını kitablardan oxuyub öyrənmək imkanı ola-ola bunu etmir və səhv şəkildə namaz qılır. Bu cür adam Allah qarşısında məsuliyyət daşıyır, amma tövbə etməklə və səhv əməlini düzəltməklə öz günahını bağışlada bilər.


Ayətullah Sistaninin internetdə Kişi-Qadın Münasibətlərinə nəzərini yazın?


Ayətullah Sistaninin internetdə Kişi-Qadın Münasibətlərinə nəzərini yazın? Ayətullah Seyid Əli Sistani qadının naməhrəmlə internetdə əlaqə saxlaması barədə suala öz fikirini bildirib. Sual-cavab:
1- Qızın və ya qadının vəlisinin icazəsi olmadan naməhrəm oğlanla danışması necədir?
2- Qızın və qadının naməhrəmlə danışmasına yaxınları müdaxilə edə bilərmi?
3- Qız və qadın əgər naməhrəmlə gizli danışsa ər, ata və qardaşın vəzifəsi nədir?
CAVAB-lar: Ayətullah Sistaninin cavabı və tövsiyələri: \"Qadın və kişinin bir-birinə yazılı və ya danışıqla mesaj göndərməsi realda bu əlaqələrin icazə verildiyi miqdarı istisna olmaqla, caiz deyildir. -Qadının ərində şübhə yaradacaq hərəkətləri etməsi düzgün deyil, həmçinin bu hökm uşaqların ata və anasına qarşı da keçərlidir. Bu iş bəzi hallarda haramdır...


Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər?


Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər? Cavab: Zəkat və fitrə zəkatı səkkiz yerdə xərclənir:
1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir.
2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir.
3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq üçün məmur edilmiş şəxs.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;...


Hansı 11 şəxsə oruc tutmaq vacib deyil?


Hansı 11 şəxsə oruc tutmaq vacib deyil? Bütün müctəhidlərin rəyi: İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:
1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;...


Ramazan ayında cinsi əlaqə haqqında 2 şəri suala cavab.


Ramazan ayında cinsi əlaqə haqqında 2 şəri suala cavab. Oruc tutan şəxsin cinsi əlaqədə olması haqda 2 şəri suala cavab:
1-Əgər oruc tutan şəxs ramazan ayının gün ərzində zina, istimna (özünü haramla cünub etmək) və haram olan şeyi yeməklə orucu batil edərsə orucunun hökmü nədir? Cavab: Qeyd olunan 3 haram yolla ramazan ayının orucunu batil edən şəxs Gərək batil etdiyi orucun qəzasını tutmaqdan əlavə 60 gün kəffarə orucu tutsun. 31 gün davamlı kəffarə və qalan 29 günü fasilə verməyə icazəli olaraq. və ya 60 nəfər kasıba yemək versin. Bunu qeyd etmək lazımdır ki, əksər müctəhidlər haramla batil olunan orucun kəffarəsinə hər iki kəffarənin vacib olduğunu deyirlər.
2-Əgər ramazan ayında oruclu vəziyyətdə kişi öz xanımını cinsi əlaqəyə məcbur edərsə xanımın öhdəsinə hansı şəri vəzifə gələr? Cavab: Əgər ramazan orucunu tutan xanım həyat yoldaşı tərəfindən zorla cinsi əlaqə qurmağa məcbur edilsə, Gərək kişi həm özünün həm də xanımının orucuna düşən kəffarəni ödəsin. və Qadın üçün yalnız həmin günün qəzasını tutmaq düşər.


Orucu pulla digərinə tutdurmaq olarmı ?


Orucu pulla digərinə tutdurmaq olarmı ? Ünvanlanan suallardan biri budur ki insan öz orucunu pulla və ya digər bir vəsait və ya xidmətin qarşılığında başqalarına tutdura bilərmi?
İlk növbədə onu demək lazımdır ki, insan həyatda olduğu dövrdə öz oruclarını digərinə tutdura bilməz. İnsan xəstə və üzrlü olsa belə onun sağalması ehtimalı az da olsa vardır. Məhz bu səbəbdən insan yaşadığı dövrdə orucunu digərinə tutdura bilməz. Amma orucunu tuta bilməyən şəxs qəzaya gedən hər gün üçün yoxsul və aclara gündəlik olaraq 750 qramlıq qida verməlidir. Bu qida növü adi buğda, un və ya düyü də ola bilər. Bu qidanı vermək də qəzaya getmiş orucların yerinə yetirilməsi anlamında deyil.
Amma insan vəfat etdikdən sonra onun qəzaya getmiş oruclarını digərinə tutdurmaq olar. Məsələn mərhumun övladları, onun qazanıb qoyub getdiyi əmlakdan xərcləyərək, mərhumun vacib namaz və oruclarını yerinə yetirmək üçün müəyyən bir şəxsi əcir tuta bilərlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter