Oruclu halda damaq və ağızdan qanın gəlməsi orucu batil edərmi?


Oruclu halda damaq və ağızdan qanın gəlməsi orucu batil edərmi? İstər vacib ramazan, istər qeyri ramazan ayında tutulan vacib oruc zamanı ağız və damaqdan qan gələrsə, oruc tutanın şəri vəzifələri: 1-Əgər oruc tutan şəxs şəkk edə ki, ağız və damağından oruclu halda qan gəlibdir yoxsa yox belə halda - oruc düzdür.
2-Oruc tutan şəxs damaq və ağzından qanın çıxmasını bilir bu isə bir neçə cürə təsəvvür oluna bilər:
2-1-Ağızda həll olunmayıb: Onu səhvən və ya yatmış halda udmaq orucu batil etməz. Amma Ağız və damaq qanını bilərəkdən udmaq orucu batil edər, qəzadan əlavə kəffarəsi də vardır.
2-2- Əgər oruc tutan şəxsin ağız və damağından qan gələrsə və o qan ağız suyu ilə həll olub aradan gedərsə Onu ağız suyu ilə udmaq haqda iki baxış var: a) Onu udmağın haramlığı yoxdur və orucu da batil etməz. b) Amma bəzi müctəhidlər isə deyirlər bu suyun nəcis olması deyilmir, amma oruc halda onu udmaq ehtiyat vacibə görə icazəli deyildir. Bu haqda oruc tutanlar öz təqlid etdiləri müctəhidin rəyinə müraciət etməlidirlər.


Üzürsüz oruc tutmayan şəxsə yemək hazırlamaq olarmı?


Üzürsüz oruc tutmayan şəxsə yemək hazırlamaq olarmı? Oruc tutmayan şəxs üçün yemək hazırlamağın hökmünün izahı:
Orucu qəsdən pozan şəxs üçün yemək hazırlamağın icazəli olub olmaması haqda hökm iki cürə təsəvvür olunur. Əgər oruc tutmayan şəxsin şəriət baxımından üzrü olsa, misal üçün xəstə ola, onun üçün yemək hazırlamağa icazə var və hətta xəstə şəxsə xidmət etmək böyük savaba səbəb olar.
Amma Ramazan ayında şəri üzrü olmadan oruc tutmayan şəxsə yemək hazırlamağın günahı var. Necə ki Allah-Taala Qurani-Kərimin Maidə surəsinin 2 ci ayəsində buyurur: \"... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın...\" Bu ayəyə əsasən qəsdən və heç bir şəri üzrü olmayan və orucunu ramazan ayında yeyən şəxsə yemək hazırlamaq onların günahına kömək etmək mənasında təbir oluna bilər. Və bu iş İslam dininin füruiddinini danmaq və əhəmiyyətsiz yanaşmaq mənasında qəbul olunur. Müctəhidlərin baxışı: 1-Ayətullah Xamenei: \"Əgər oruc tutmaq onlar üçün vacib ola və şəri üzrü olmadan orucünü yeyərsə belə şəxsə yemək hazırlamaq icazəli deyil\"...


Estetik əməliyyatlara İslam dinində icazə verilirmi?


Estetik əməliyyatlara İslam dinində icazə verilirmi? Sual: Anadangəlmə və ya sonradan yaranmış fiziki qüsurları aradan qaldırmaq, hətta sadəcə daha da gözəl görünmək üçün icra edilən estetik əməliyyatların şəriətdə hansı hökmü vardır?
Oxucumuzun ünvanladığı sualı, İslam dünyasının müctehidləri olan Ayətullahil-üzma Xamenei, Sistani və Məkarim şirazinin fətvalarına əsasən cavablandırırıq.
Cavab: Bu tip cərrahiyyə əməliyyatlarının öz-özlüyündə heç bir eybi yoxdur. Lakin əməliyyat zamanı naməhrəm baxışı və toxunuşundan çəkinmək lazımdır...


\"Oruc olan halda, çimmək olarmı? Məsələn, gedib dənizdə yaxud hamamda.


"Oruc olan halda, çimmək olarmı? Məsələn, gedib dənizdə yaxud hamamda. Oruc tutan şәxs başının hәr yerini qәsdәn suya batırsa, hәtta bәdәni sudan çöldә olsa da, ehtiyat-vacibә görә o orucun qәzasını tutmalıdır. Amma әgәr bәdәninin hamısı suyun altında, başının bir qәdәri isә çöldә olsa, oruc batil olmaz. Əgәr әvvәlcә başın bir yarısını, sonra isә o biri yarısını suya batırsa, orucu batil olmaz.
Başının hamısının suyun altına girib-girmәmәsindә şәkk etsә, orucu sәhihdir. Başın hamısı suyun altına batsa, amma tüklәrin bir miqdarı çöldә qalsa, oruc batildir.
Oruc tutan şәxs ixtiyarsız olaraq suya düşsә vә başının hamısı suya batsa, yaxud oruc olduğunu unudub başını suya batırsa orucu batil olmaz. Әgәr bir kәs suya düşәndә adәtәn başı suyun altına gedirsә, bu halda bu mәsәlәni nәzәrә alaraq özünü suya atsa vә başı suyun altına getsә orucu batil olur.
Oruc olduğunu unudub başını suya batırsa, yaxud bir kәs zorla onun başını suya batırsa, bu halda suyun altında oruc olması yadına düşsә vә ya mәcbur edәn kәs әl çәksә dәrhal başını sudan çıxartmalıdır. Әgәr sudan çıxartmasa orucu batildir. Oruc olduğunu unudub qusul niyyәti ilә başını suya batırsa, orucu vә quslu sәhihdir...


Ramazana aid iki sualın cavabı necədir?


Ramazana aid iki sualın cavabı necədir? Höccətülislam vəlmüslimin Fəllahzadə cavab verir:
1-Sual: Xəstəlik səbəbindən ömrünün sonuna qədər oruc tuta bilməyən şəxsə kəffarə vacibdir?
Cavab: Əgər həqiqətən xəstəlik səbəbindən oruc tuta bilməsə, hər günə 1 mud – 750 q un (ya çörək, düyü, buğda, arpa, xurma) yoxsula verməlidir və bu halda qəza orucu öhdəsindən götürülür.
2-Sual: Bir şəxs bilərəkdən, yemək-içməkdən başqa yolla orucunu pozsa (batil etsə) vəzifəsi nədir?
Cavab: Həm qəza, həm kəffarə vacibdir. Kəffarəsi 60 gün ardıcıl oruc ya 60 fəqiri doyurmaqdır.


Haram olan 10 dəstə oruclar hansılardır?


Haram olan 10 dəstə oruclar hansılardır? Haram oruclar aşağıdakılardan ibarətdir:
1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;...


Xəstə şəxsin oruc tutması haqda 4 şəri suala cavab.


Xəstə şəxsin oruc tutması haqda 4 şəri suala cavab. Xəstə şəxsin orucunün 4 hökmü:
1-Sual: Əgər oruc tutmaq xəstəliyin gec sağalmasına səbəb olarsa, bu halda vəzifə nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Gərək oruc tutmasın.
2-Sual: Əgər xəstə olan şəxs orucun zərərli olmasına inamla oruc tutarsa, hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər oruc tutarsa, orucu düz deyil və gərək ramazan ayından sonra qəza etsin.
3-Sual: Bir şəxs bilsə və ya ehtimal versə ki, tutduğu oruc mədə xəstəliyinə və ya sidiklikdə daş yaranmasına səbəb olacaq, oruc tutması vacibdirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər dərin ağıl və düşüncə ilə ehtimal versə, oruc vacib deyil...


Oruc tutmaq barədə 7 yanlış stereotip hansılardır?


Oruc tutmaq barədə 7 yanlış stereotip hansılardır? Orucluq ayında 7 işi görmək qadağandır düşüncəsi yalandır:
1)-Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.
2)-Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.
3)-Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.
4)-Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır...


Dovşan əti halaldır?


Dovşan əti halaldır? Cəfəri məktəbində dovşanın ətinin haram olması hökmü qətidir.
Dovşan ovu və dovşanın çoxaldılması başqa heyvanlara nisbətən asan olduğundan şəritəin dovşan əti barədə hökmü çox vaxt nəfs istəklərinin kölgəsində qalıb. Əslində necədir?
-Mərhum Ayətullah Behcət: Dovşan əti mütləq şəkildə haramdır...
-Ayətullah Vəhid Xorasani: Dovşan əti haramdır...
-Ayətullah Sistani: Bütün növdən olan dovşanların əti haramdır...
-Ayətullah Məkarim Şirazi: Dovşan əti haramdır...
-Ayətullah Xamenei: Dovşan əti haram ətlərdəndir...


Oruc olan şəxsin təhsil üçün səfər çıxdığı vəziyyətdə vəzifəsi nədir?


Oruc olan şəxsin təhsil üçün səfər çıxdığı vəziyyətdə vəzifəsi nədir? Təhsil yeri, birinci səfər haqda 2 şəri hökm:
1-Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?
Cavab: Bütün müctəhidlərin rəyi (Sistani, Məkarim və Vəhiddən başqa): Təhsil yeri vətən hökmündə deyil.
Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir.

2-Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir?
Cavab: İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir.
Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter