Estetik əməliyyatlara İslam dinində icazə verilirmi?


“İslam dininin estetik əməliyyatlara necə yanaşdığı haqda bilgi almaq istədiyim üçün sizə müraciət etmişəm”
Artıq bir neçə müddətdir ki, “İslaminSesi” İnformasiya Portalı “Sual-Cavab” rubrikasına start verib. Rubrikanın əsas mahiyyəti bundan ibarətdir ki, oxucularımız onları maraqlandıran dini, eyni zamanda dinin müxtəlif sahələri, ictimai, siyasi sosial, tibbi və.s. bölmələri əhatə edən suallarla müraciət edərək suallarına cavab tapırlar.

Biz də İslaminSesi olaraq sualların növündən və əhatə etdiyi sahəsindən asılı olaraq ruhani alimlərdən, ekspertlərdən və rəsmi qurumlardan münasibət öyrənərək oxucularımızı maraqlandıran suallara və problemlərə aydınlıq gətiririk.

Redaksiyamıza növbəti sualı xanım oxucumuz ünvanlayıb. Oxucu İslam dininin estetik əməliyyatlara necə yanaşdığı haqda bilgi almaq istədiyi üçün bizə müraciət edib.

Sual: Anadangəlmə və ya sonradan yaranmış fiziki qüsurları aradan qaldırmaq, hətta sadəcə daha da gözəl görünmək üçün icra edilən estetik əməliyyatların şəriətdə hansı hökmü vardır?

Oxucumuzun ünvanladığı sualı, İslam dünyasının müctehidləri olan Ayətullahil-üzma Xamenei, Sistani və Məkarim şirazinin fətvalarına əsasən cavablandırırıq.

Cavab: Bu tip cərrahiyyə əməliyyatlarının öz-özlüyündə heç bir eybi yoxdur. Lakin əməliyyat zamanı naməhrəm baxışı və toxunuşundan çəkinmək lazımdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter