Orucu pulla digərinə tutdurmaq olarmı ?


Insan müəyyən bir xəstəlik və üzrü səbəbindən tuta bilmədiyi orucu digərinə həvalə edə bilərmi?

İslaminSesi orucu digərləri vasitəsilə tutdurmaq barədə redaksiyaya daxil olan sualları, müctəhidlərin fətvalarına əsasən cavablandırır.

Ünvanlanan suallardan biri budur ki insan öz orucunu pulla və ya digər bir vəsait və ya xidmətin qarşılığında başqalarına tutdura bilərmi?

İlk növbədə onu demək lazımdır ki, insan həyatda olduğu dövrdə öz oruclarını digərinə tutdura bilməz. İnsan xəstə və üzrlü olsa belə onun sağalması ehtimalı az da olsa vardır. Məhz bu səbəbdən insan yaşadığı dövrdə orucunu digərinə tutdura bilməz. Amma orucunu tuta bilməyən şəxs qəzaya gedən hər gün üçün yoxsul və aclara gündəlik olaraq 750 qramlıq qida verməlidir. Bu qida növü adi buğda, un və ya düyü də ola bilər. Bu qidanı vermək də qəzaya getmiş orucların yerinə yetirilməsi anlamında deyil.

Amma insan vəfat etdikdən sonra onun qəzaya getmiş oruclarını digərinə tutdurmaq olar. Məsələn mərhumun övladları, onun qazanıb qoyub getdiyi əmlakdan xərcləyərək, mərhumun vacib namaz və oruclarını yerinə yetirmək üçün müəyyən bir şəxsi əcir tuta bilərlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter