Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər?


Cavab: Zəkat səkkiz yerdə xərclənir:

1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Sənəti, mülkü və ya sərmayəsi olub, onlarla bir illik xərcini ödəyə biləcək şəxs fəqir deyildir.

2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir.

3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq, qorumaq, toplananların hesabını aparmaq və onları İmama (ə), naibinə və ya fəqirlərə yetişdirməy məmur edilmiş şəxs.

4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (s.ə.v.v) gətirdiyi şəriətin bə`zisinə imanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud Həzrət Əmirəlminin Əli (ə)-ın vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.

5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).

6. Borcunu verə bilməyən borcluya;

7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək.

8. İbni-səbil; yəni səfərdə çətinliyə düşmüş müsafir./fetva.313news

Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ə) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Lazım ehtiyata əsasən 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət məsələləri\",məs.1889


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter