Mələklər hansı insanlar üçün istiğfar edirlər? Onlar belə insanları necə tanıyırlar?


Mələklərin dünyası - sirli bir dünyadır. Onlar Allahın məsum, şakir, itaətkar məxluqlarıdırlar. Allah dərgahının bu nurani varlıqlarının özünəməxsus vəzifələri vardır. Bəziləri bizim əməllərimizi qeyd edər, bəziləri insanları qoruyar, bəziləri Allah bəndələri üçün istiğfar edərlər. (Tebyan)

Mələklər insanlara kəramət dərsi verərlər. Allahı təsbih və həmd edərlər. Onların bu təsbihi bitkilərə bənzədir. “Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını)tərifləyərək, Onu pak sifətlərlə mədh etməsin”. (“İsra” 44).

Mələklər özləri üçün istiğfar etməzlər, çünki günah əhli deyildirlər, onlar məsumdurlar. Lakin onlar özləri üçün istiğfar etməsə də, insanlar üçün istiğfar edərlər. “(Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükür etməklə birlikdə, həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər”. (“Şura” 5).

Bəs belə bir sual meydana gəlir ki, məgər mələklər bütün insanlar üçün istiğfar edirlər, yoxsa ancaq mömnilər üçün? Bu sualın cavabını başqa bir ayədə oxuyuruq: “Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər”. (“Ğafir” 7).

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Allahın elə mələkləri vardır ki, bizim davamçılarımızın (ə) çiyinlərindən günahı tökərlər. Necə ki, külək tökülməkdə olan ağac yarpaqlarını yerə tökər. Bu, Allah Təalanın kəlamıdır ki, buyurur: “Onlanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər”. Allaha and olsun ki, (möminlər dedikdə) məqsəd sizlərdən başqası deyildir”.

Mələklər möminlərin nurunu görərlər, ona görə onlar üçün istiğfar edərlər. Kafir napak olduğu üçün mələklər tərəfindən görünməzdir, çünki zülmətli ürək, qaranlıqda görünməzdir.

Mələklərin nəzərinə görə, möminlərin dərəcələri fərqlidir. Hər nə qədər möminin əməli və imanı güclü olarsa, mələklərin nəzərinə görə daha çox parlayırlar. Mələklər də onlar üçün daha çox bağışlanma diləyirlər.

Ona görə də əgər bu pak məxluqların bizim üçün istiğfar etməsini istəyiriksə, gərək səy göstərək. İlk dərəcədə özümüzü sübut edək. Günahın zülmətindən çıxaq və tövbə edərək, aydın və nurani aləmə daxil olaq. Allahdan istəyək ki, bizləri möminlərin sırasına qoşsun. O mömilnər ki, mələklər onlar üçün istiğfar edərlər. O möminlər ki, günahın zülmətindən çıxıblar. Yer üzündə ulduz kimi səma əhli üçün parlayırlar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter