Şeytanın vəsvəsələrinə qalib gəlmək üçün nələr tövsiyələr olunur?


Şeytanın vəsvəsələrinə qalib gəlmək üçün nələr tövsiyələr olunur?Hədislərdən və Quran ayələrindən belə nəticə çıxartmaq olar ki, şeytanın ən böyük vəsvəsəsi - insanı öz əmmarə nəfsinin ardınca getməyə dəvət etməkdir. Hədislərdə şeytanın vəsəvəsi ilə mübarizə yolları bəyan edilmişdir: 1. İstiğasə - Allaha pənah aparmaq. \" أعوذ بالله من الشّیطان الرّجیم\". 2. “Bismillah” demək. (“Bismilləhir-Rahmənir-Rahim”) 3. Namaz. “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin”. (“Bəqərə” 45). 4. Oruc. Peyğəmbər (s) buyurur: “Oruc şeytanın üzünü qara edər”. 5. İstiğfar və tövbə. Peyğəmbər (s) buyurur: “Allahdan bağışlanma istəmək - şeytanın ürək damarını kəsər və ürək bağlarını parçalayar”.


Hansı dəlillərə əsasən İslam dini kamil və ən gözəl dindir?


Hansı dəlillərə əsasən İslam dini kamil və ən gözəl dindir?İslam kamil dindir aşağıdakı dəlillərə əsasən: 1-İslam dinin kamil olması, Onun ehtiyacları təmin etməkdə heç bir sual-şübhəni cavabsız qoymamasıdır. 2-İslamın hamı üçün olması, (yol göstərmələri fövqəl-adədir, hamı üçün qəbul olunur) 3-Peyğəmbərin (s) təbliğatlarının hamıya aid olması, 4-Dinin bütün insanları düşünməyə dəvət etməsi, 5-Quranın bütün məxluqatları onun kimisini tapmaqda aciz elan etməsi, 6-Dinin hədəfləri (paklıq yaratmaq, məlumatlandırmaq və tərbiyə etmək)


Yaxşı həyat yoldaşın Peyğəmbərin (s) dili ilə xüsusiyyətləri nələrdir?


Yaxşı həyat yoldaşın Peyğəmbərin (s) dili ilə xüsusiyyətləri nələrdir?Həzrət Peyğəmbər (s) yaxşı həyat yoldaşı olmaq üçün bizlərə 10 tövsiyə vermişdir: 1. Həyat yoldaşınız üçün yaxşı paltar (təmiz və səliqəliyinizə diqqət) geyinin. 2. Həyat yoldaşınızı gözəl adlarla çağırın. təhqir edici xitablar mehribanlığı məhv edər, 3. Müsbət tərəfləri tanımaq. müsbətləri rəftarları demək onu daha da təşviq edər, 4. Səhvləri qarşısında susun. fəsad yaradan səhvlərdən keçmək ailənin xeyrinə olmaz onları islah etmək üçün düzgün yollardan istifadə edin, 5. Həyat yoldaşınıza sevgi ilə gülümsəyin. onunla xoşbəxt olduğunuzu bildirmək əlamətidir, 6. Ona təşəkkür edin. yəni onun işlərini bəyənirsiniz və onu dəyərli bir şəxsiyyət kimi tanıyırsınız. 7. Həyat yoldaşınızı sevindirin. gözləmədiyi zaman və məkanda ona hədiyyə verin, 8. Onunla dərdləşin. Ona etimad elədiyiniz sübut edirsiniz. (kişilər hər bir şeyi xanımal bölüşməsi İslam baxışında bəyənilmir), 9. Zarafatcıl olmağı unutmayın. onunla xoş olduğunuzu göstəricisidir, 10. Çalışın ki, ən yaxşısı olasınız. Özünüzü can yandıran şəxs tanıtdırırsınız.


Çox yatmağın səbəbləri nədir?


Çox yatmağın səbəbləri nədir?Hədislərdə oxuyuruq ki, bu dörd şeyin azı yaxşıdır: atəşin azı yaxşıdır, yuxunun azı yaxşıdır, xəstəliyin azı yaxşıdır, düşmənii azı yaxşıdır. İmam Sadiq (ə) buyurur: “Çox yatmaq din və dünyanı aradan aparar”. Çox yatmağın səbəbləri: 1. Mühit. 2. Məyus və ümidsiz olmaq. 3. Səhlənkarlıq. 4. İşsizlik. 5. Psixoloji problemlər. 6. Çox yemək. 7. Adət. 8. Hədəfsiz olmaq. 9. Məsuliyyətsizlik.


Az yeməyin bədənə və ruha gətirdiyi 10 faydalar nələrdir?


Az yeməyin bədənə və ruha gətirdiyi 10 faydalar nələrdir?Az yemək və ac qalmağın həm ruha və həm də bədənə çox faydası vardır. Ancaq əksinə, çox yemək insan bədəninə və ruhuna mənfi təsir göstərər və çox sayda xəstəliklərə şərait yaradar. Az yeməyin gətirdiyi faydalar: 1. Ruh və cismin sağlam olması. 2. Pak düşüncə. 3. Yeməkdən ləzzət almaq. 4. Allahın yanında ən sevimli əməl. 5. Hesabın asan olması. 6. İlahi Övliyaların sırasına daxil olmaq. 7. Mələklərin yanında sevimlidirlər. 8. Hikmət əta olunar. 9. İbadət. 10. Qəlblə Allahı görmək.


Dinin insan həyatına verdiyi üstünlüklər nələrdir?


Dinin insan həyatına verdiyi üstünlüklər nələrdir?Din o zaman insan həyatında təsirlidir ki, insanların dinə qarşı etiadları olmuş olsun və belə halda dindən faydalanmaq mümkün olar. Bir məsələ hamı üçün maraqlı mövzulardandır ki, din insan həyatında hansı üstünlükləri yarada bili? İslam maarifindən 6 faydanı dinin insan həyatına veridi əldə etdik: 1-Əqlin inkişafı, 2-Qanun təşriində önəmli rola malik olan qüvvə. 3-Əxlaq və tərbiyə 4-Yaşayışda rahat yaşamağ yol göstərmək. 5-İnsan yaşayışına məna bəxş etməsi, 6-Ədalətin yaradılması,


Qəlbin (düşüncənin) hicabını nələrlə məhv edək?


Qəlbin (düşüncənin) hicabını nələrlə məhv edək?Qəlb və düşüncə o zaman fayda yetirici olar ki, ona heç bir şey mane olmasın. Amma qəlbə pis əməllərlə örtük vururuq. O insanlar k bu dərdə mübtə olmuşlar bunu qəlbin maneəsini məhv etmək üçün hansı əməlləri etməlidirlər? İslam maarifində 6 yolla hicabın maneçiliyini silmək mümkündür: 1-Tövbə etmək, 2-Allahın zikri, 3-Alimlərlə oturmaq ki, bəsirət verici yığıncaqlar ola, 4-Ağıllı düşünməklə əməl etmək, 5-Zahidlik, hər bir şeyi arzu edib onu etməkdə çalışmaqdan çəkinmək, 6-Allahla rabitədə olmaq,


Kimlər nicat tapanlardır?


Kimlər nicat tapanlardır?Hidayət və nicat tapmaq hər bir möminin hədəfi və əməlinin nəticəsidir. Amma gərək bilək ki, hansı əməlləri edək və hansı fikirləri özümüzdə cəmləşdirək ki, nicat tapaq. Bu haqda 4 əsas amili nicat səbəbi kimi tanıtdırmaq mümkündür: 1. Allaha, Peyğəmbərə (s) iman bəsləmək, Allah yolunda hicrət və cihad etmək. 2. Allah və Peyğəmbərinə (s) itaət etmək və İlahi təqvaya riayət etmək. 3. Həqiqəti istəmək. 4. Nəfsin islahı.


Qadın nə edəndə, ailəyə ziyan vurur?


Qadın nə edəndə, ailəyə ziyan vurur?İslam maarifi qadına belə dəyər verir! Ki, əgər ailə və həyat yoldaşına xidmət etsə Mücahid fi səbilillahdır. Amma qadın bilməlidir ki, ailə həyatında əgər bəzi əməlləri və xüsusiyyətiləri özündən uzaq etməsə Allah eləməmiş ailə və həyat yoldaşını incitmiş olar. O xüsusiyyətlər ki, ailə mühitinə mənfi təsir edir İbarətdirlər: 1. Ərinə əziyyət vermək. 2. Ərinə təşəkkür etməmək. 3. Həyat yoldaşından yersiz şeylər istəmək. 4. Ərinə minnət qoymaq. 5. Ərlə mehriban olmamaq. 6. Ərindən başqası üçün bəzənmək.


Sehr və cadı haqda qısa məlumat verin?


Sehr və cadı haqda qısa məlumat verin?Sehr və cadı etmək İslam baxışında icazəli deyildir. Amma mümkündür ki, imansız və Allahın nəhylərindən xəbərsiz olanlar tərəfindən edilsin. Mənası budur ki, sehr və cadılar insan həyatında dəyişdirici qüdrətə malik ola bilirlər. Necə ki, virus insanın canına keçə bilir. Amma bunların qarşısında çarə tapmaq mümkündürmü sualını xoşbəxtlikdən müsbət cavablandırırıq. İmam Sadiqdən (ə) nəql olunur ki, Fələq və Nas surələrini gecə-gündüz 3 dəfə oxumaq və ya dua kitablarında məxsus duaları deyilən xüsusi qaydaları ilə etmək insanın başqalarının etdiyi şərlərdən amanda qalmağına kömək edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter