Kimlər nicat tapanlardır?


Hidayət və nicat tapmaq hər bir möminin hədəfi və əməlinin nəticəsidir. Amma gərək bilək ki, hansı əməlləri edək və hansı fikirləri özümüzdə cəmləşdirək ki, nicat tapaq. Bu haqda 4 əsas amili nicat amili tanıtdırmaq mümkündür:
1. Allaha, Peyğəmbərə (s) iman bəsləmək, Allah yolunda hicrət və cihad etmək.
“Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir”. (“Səff” 10-11).
Başqa bir ayədə isə iman və cihada işarə edir və Allah yolunda hicrət etməkdən söhbət açır. “İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır”. (“Tövbə” 20).
2. Allah və Peyğəmbərinə (s) itaət etmək və İlahi təqvaya riayət etmək.
Allah Təala başqa bir ayədə Allaha və Peyğəmbərinə (s) itaətdən söhbət açır və İlahi təqvaya işarə edir. “Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə, belələri həqiqətən uğur qazananlardır”. (“Nur” 52).
3. Həqiqəti istəmək.
Quran hidayət əhli haqqında belə buyurur: “Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!”. (“Zumər” 18). Həqiqətən o kəslər hidayət əhlidirlər ki, hər cür cahilcəsinə təəssübkeşlikdən uzaqdırlar. Daima haqq və həqiqəti axtararlar. Başqalarının nəzərlərinə qulaq asar və sonra da insafla nəticə çıxardarlar.
4. Nəfsin islahı.
Səadətə çatmağın yollarından biri nəfsi islah etməkdir. Bunun üçün çox sayda tövsiyələr edilmişdir. İnsanın ruh və canını pak etməsi üçün nəfsini islah etməyə ehtiyacı vardır. Ona görə də Allah 9 şeyə and içir ki, bu da həmin mövzunun əhəmiyyətindən xəbər verir. “Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. (“Şəms” 9).
Allah Təala bizləri nicat tapanlardan qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter