Az yeməyin bədənə və ruha gətirdiyi 10 faydalar nələrdir?
Az yemək və ac qalmağın həm ruha və həm də bədənə çox faydası vardır. Ancaq əksinə, çox yemək insan bədəninə və ruhuna mənfi təsir göstərər və çox sayda xəstəliklərə şərait yaradar. (Tebyan)
Az yeməyin gətirdiyi faydalar:
1. Ruh və cismin sağlam olması.
İmam Sadiq (ə) buyurur: “Az yemək bütün dünya millətləri arasında bəyənilən xüssusiyyətdir, çünki zahir və batinin islah olmasına səbəb olar”.
Həzrət (ə) başqa yerdə buyurur: “İnsan qəlbi üçün çox yeməkdən təhlükəli bir şey yoxdur. Çünki çox yemək iki miras qoyar:
a). Qəlb qəsavəti.
b). Gizli şəhvətin həyəcanı”.
Ona görə də aclıq mömin üçün ruh və qəlbin ən yaxşı yeməyidir.
İmam Museyi-Kazım (ə) buyurur: “Əgər insanlar yeyəndə mötədil olsalar, bədənləri sağlam qalar”.
İmam Əli (ə) buyurur: “Aclıq və xəstəlik bir yerdə olmaz”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Çox yemək adətindən çəkinin ki, bu iş dərdlərin və xəstəliklərin başlanma mənbəyidir”.
2. Pak düşüncə.
İmam Əli (ə) buyurur: “Hər kəs yeyən zaman ölçünü qoruyarsa, sağlamlığı artar və düşüncəsi sağlam qalar”.
İmam Səccad (ə) buyurur: “O kəs ki, Allahı düşünər və Ondan qorxar və Onun üçün iş görər, gərək özünü aclıqla təmrin və adət etdirsin. Tox olmağa şövqü olmasın”.
3. Yeməkdən ləzzət almaq.
İmam Hadi (ə) buyurur: “Gecə oyaq qalmaq - yuxunu ürəyəyatan və aclıq - yeməyi daha ləzzətli edər”.
4. Allahın yanında ən sevimli əməl.
Həzrət Peyğəmbər (s) buyurur: “Öz nəfsinizlə aclıq və susuzluqla cihad edin ki, onun əcri Allah yolunda cihad edənin əcri kimidir. Allah yanında aclıq və susuzluqdan daha sevimli əməl yoxdur”.
5. Hesabın asan olması.
İmam Əli (ə) buyurur: “Hər kimin yeməyi az olar, daha az hesab verər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, yemək yeməz və aclıq çəkər. Çünki onlar Qiyamət günü tox olarlar”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Qiyamət günü Allaha ən yaxın insanlar o kəslərdir ki, çox aclıq və susuzluq çəkib və dünyada çoxlu qəm görmüşdür”.
6. İlahi Övliyaların sırasına daxil olmaq.
Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, xüsusi insanların əlaməti nədir? Buyurur: “Dünyada zindandadırlar. Dillərini çox danışmaqdan saxlayıblar, qarınlarını çox yeməkdən saxlayıblar”.
7. Mələklərin yanında sevimlidirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allaha çoxlu təsbih və həmd edərsə, az yeyər, az içərsə mələklər onun müştaqı olar”.
8. Hikmət əta olunar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hikmətin nuru aclıqdır və Allahdan uzaq düşmək toxluqladur. Ona görə də tox olmayın ki, mərifət nuru qəlbinizdə sönər”.
9. İbadət.
Həzrət Peyğəmbər (s) buyurur: “Az şey yemək - ibadətdir”.
10. Qəlblə Allahı görmək.
Həzrət İsa (ə) buyurur: “Ciyərlərinizə aclıq verin, bədənlərinizi soyundurun, bəlkə bu yolla qəlbləriniz Allahı görər”.Deyerler.org.