Qəlbin (düşüncənin) hicabını nələrlə məhv edək?
Qəlb və düşüncə o zaman fayda yetirici olar ki, ona heç bir şey mane olmasın. Amma qəlbə pis əməllərlə örtük vururuq. O insanlar k bu dərdə mübtə olmuşlar bunu qəlbin maneəsini məhv etmək üçün hansı əməlləri etməlidirlər? İslam maarifində 6 yolla hicabın maneçiliyini silmək mümkündür:
1-Tövbə etmək, pisliklərdə 6 şərti ilə birlikdə tövbə edib düzgün yolda addımlamaq.
2-Allahın zikri, Zikr nur gətirəndir ki, hicabın qaranlığından nicat verir,
3-Alimlərlə oturmaq ki, bəsirət verici yığıncaqlar ola, Alimlər bəsirət işığıdırlar, onların keçmiş təcrübə və geniş bağışları möminə kömək edər ki, dardüşüncəli günah işlərdən çəkinək,
4-Ağıllı düşünməklə əməl etmək, hər bir şeyi eşidən kimi əməl etmək insanın günaha salar. Axtarmaq və düşünmək hər addımda mömin şəxsi ziyan verici əməllərin nəticələrindən amanda saxlayar.
5-Zahidlik, hər bir şeyi arzu edib onu etməkdə çalışmaqdan çəkinmək. Dünyaya məhəbbət insanın bütün günahlarının açarıdır. Zahidlik insanın qənaətə hidayət edər ki, qənaət də tamahkarlığın qarşısını alar ki, tamahda hicab lazımdır ki, nəfsani istəklərə çata bilinsin.
6-Allahla rabitədə olmaq, hansı əməllə və kimə görə əməl olsa onun kimi olmaq mümkündür. YAradanla həmişə rabitə onun gözəl sifətlərinin insandan təcəlli tapmasına şərait yaradar.