Şeytanın vəsvəsələrinə qalib gəlmək üçün nələr tövsiyələr olunur?


Hədislərdən və Quran ayələrindən belə nəticə çıxartmaq olar ki, şeytanın ən böyük vəsvəsəsi - insanı öz əmmarə nəfsinin ardınca getməyə dəvət etməkdir. (Tebyan)
Düşmən güclüdür və çirkin işlərə vadar edər. Məgər o halda ki, Allah Öz xüsusi lütfü ilə bəzi bəndələrini qoruyar. “(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir”. (“Yusif” 53).
Bu ayə və Məsumlardan (ə) gələn hədislərdən belə başa düşmək olur ki, əmmarə nəfs - insanın ən böyük düşmənidir. Ona görə də şeytanın ən böyük vəsvəsəsi – insanı havayi-nəfsin ardınca aparmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Dinin bəlası – havayi-nəfsdir”. Həzrət (s) yenə buyurur: “Ən üstün cihad budur ki, insan Allah Təalaya xatir nəfsi və havayi-nəfsi ilə cihad edər”.
İmam Əli (ə) buyurur: “Öz nəfsinlə mübarizə apar, öz səy və gücünü axirətin üçün işə sal”. İmam (ə) başqa yerdə buyurur: “Nəfs ilə cihad etmək onu günaha batmaqdan cilovlayar”.
Nəql edilən hədisdə havayi-nəfslə mübarizə edənin aqibəti barədə danışılır. İmam Sadiq (ə) buyurur: “Xoş olsun o bəndənin halına ki, Allaha görə nəfsi və həvəsi ilə cihad edər. Hər kim hava və həvəs ordusunu məğlub etdirər, Allahın razılığını əldə edər. Hər kim səyi və təvazökarlığı ilə Allaha xidmət yolunda əmmarə nəfsinə hakim olarsa, böyük qələbəni əldə etmiş olar. Allah ilə bəndəsi arasında nəfsdən və havayi nəfsdən də zülmətli və dəhşətli hicab yoxdur”.
İmam Museyi-Kazım (ə) buyurur: “Nəfsini saxlamaq üçün xahişlərinlə mübarizə apar ki, nəfslə mübarizə aparmaq düşmənlə mübarizə kimi sənə vacibdir”.
Hər bir halda bütün günahlar əmmarə nəfsə qayıdır. Hər kim əmmarə nəfsinin yüyənini boş buraxarsa, Allaha şirk qoşmağa qədər kəbirə günahlarına düçar ola bilər. Quranda oxuyuruq: “Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. (“Nisa” 48).
Hədislərdə şeytanın vəsəvəsi ilə mübarizə yolları bəyan edilmişdir.
1. İstiğasə - Allaha pənah aparmaq.
Yəni Allaha pənah aparmaq və demək: “Əuzubilləhi minəş-şəytanir-racim”.
\" أعوذ بالله من الشّیطان الرّجیم\".
İnsan o zaman ki, Allahın qüdrətini dərk edər, nə qədər mehriban olduğunu bilər, şeytanın şərindən Allaha pənah aparar. Allah da ona nicat verər və şeytanın burnunu torpağa vurar. Quran buyurur: “Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir”. (“Əraf” 200).
2. “Bismillah” demək.
Hər bir işin əvvəlində “Bismillah” demək həmin işi şeytanın şərindən qoruyar. Təbiidir ki, o zaman ki, belə edər, lənətlik şeytanın vəsəvəsəsi üçün yer qalmaz. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, yemək süfrəsi açarlar, onun ətrafında 4 min mələk toplaşar. Əgər bəndə
بسم الله الرحمن الرحیم\" (“Bismilləhir-Rahmənir-Rahim”) desə, mələklər deyər: “Allah sizə və yeməyinizə bərəkət versin”. Şeytana xitab edərlər ki, bayıra çıx, ey fasiq! Sənin onların üzərində sultanlığın yoxdur. Əgər “Bismillah” deməsə, mələklər şeytana deyərlər: “Gəl, ey fasiq! Bunlarla yemək ye!””.
3. Namaz.
Şeytanın vəsvəsəsini dəf edən ən mühüm amillərdən biri də namazdır. Namaz əgər öz ədəb və şəraiti ilə yerinə yetirilərsə, şeytanın tələlərini darmadağın edər. Quran buyurur: “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin”. (“Bəqərə” 45).
4. Oruc.
Həqiqi oruc bais olar ki, şeytanın vəsvəsəsi qəlbdən çıxsın. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc şeytanın üzünü qara edər”.
5. İstiğfar və tövbə.
Əgər insan öz çirkin işlərinə görə tövbə edər və Allahdan bağışlanmağını istəyərsə, şeytana böyük bir zərbə vurmuş olar. Həzrət Peyğəmbər (s) buyurur: “Allahdan bağışlanma istəmək - şeytanın ürək damarını kəsər və ürək bağlarını parçalayar”.
Allah Təala bizləri lənətlik iblisin şərindən amanda saxlasın və dinində sabitqədəm olanlardan qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter