Gecə namazı haqqında bir neçə hədis gətirin?


Gecə namazı haqqında bir neçə hədis gətirin?Gecə namazı Peyğəmbərdən (s) üçün vacib və möminlərə isə savab qazandıran əməl hesab olunur. Gecə namazı haqda bir neçə hədis gətirsək bu gözəl 3 hədisi deməyimiz yerinə düşər. Peyğəmbərdən (s) belə hədislər gəlmişdir: 1-\"Gecə namazı qılın çünki bu Peyğəmbərinizin bəyənilmiş sünnətindəndir, və sizdən öncəki saleh insanların adətlərindəndir, eləcə də bədəninizin dərd və ağrlarını uzaqlaşdıran əməldir\". 2-Eləcə də o həzrətdən başqa bir hədisdə gəlmişdir: \"Hər zaman bir bəndə Allahı ilə gecənin qaranlığında və gecənin yarısında (hamı yuxuda olan halda) Allahı ilə xəlvət edə və danışa (namaz qılmaq və Quran oxumaqla) Allah bir nur (onu səadətə çatdıran) qəlbində yerləşdirər ... sonra isə mələklərinə deyər: Ey Mənim Mələklərim! Bəndə nəzər salın ki, gecənin yarsında boş və hədəfsiz yaşıyanlar ləğv işlərlə məşğuldurlar və qafillikdə olanlar isə yatıblar, mənimlə künclənmişdir, siz şahid olun ki, mən onu bağşladım\".


Arif və ayətullan Noxudəki imam Xomeyniyə namazdan sonra hansı əməlləri etməyi tövsiyə edir?


Arif və ayətullan Noxudəki imam Xomeyniyə namazdan sonra hansı əməlləri etməyi tövsiyə edir?İmam Xomeyni böyük əxlaq və irfani əməllərə sahib şəxsiyyətdir 30 yaşında Məşhəddə olanda Arif və müctəhid olan Noxudəki adlı bir şəxsiyyətlə görüşür ona deyir ki, mənim üçün faydalı bir tövsiyə əta ellə o deyir ki, namazdan sonra bu əməlləri gör ruhunun inkişafına səbəb olar, çünki hər bir ibadətlər inkişafdır amma hər birinin öz ölçüsündə təsirləri var. O əxlaq müəlliminin namazdan sonra əməllər tövsiyələri bunlardır: 1-Bir dəfə “Ayətül-kürsünü” oxu. 2- Həzrət Fatimənin (s.ə) təsbihini et. 3-Üç dəfə “Tövhid” surəsini oxu. 4-Üç dəfə salavat deyirsən. 5-Üç dəfə “Təlaq” 2-3 ayəsini oxuyursan. (diqqət edək ki, böyük əxlaq müəllimi Xomeyni həzrətləri bu şəxsdən əməllər tösviyələri alır).


Əxlaqi geriliyin səbəbləri nələrdir?


Əxlaqi geriliyin səbəbləri nələrdir?İnsanların əxlaqı üstünlük əldə etməsi daxili kəmal tələbliyindən irəli gəlir. Əgər əməlləri inkişaf üçün olmasa dayan halı olsa zamanə və cəmiyyətin inkişaf olduğu halda və ehtiyacların artması ilə insanların əxalqı və yeniliklərlə uyğunlaşa bilmədiyi üçün səhv yollara yönələ bilər. Əxlaqı pozan əsaslar Quran və rəvayətlərdə baxımından bunlardır: 1-Allahdan uzaqlaşmaq, 2-Şeytanın hiylələri, 3-Daxili istəklər, 4-Gunahlar, 5-Uzun uzadı istəklər, 6-Tamahkarlıq, 7-Dünya pərəstlik, 8-Qəflət və özünü yaddan çıxarmalar, 9-İsrafkarlıqlar, 10-hədsiz kasıbçılıq və sərvətə başın qarışması,


Malik Əştərin nə belə xüsusiyyətləri var idi?


Malik Əştərin nə belə xüsusiyyətləri var idi?Malik Əştər Əli (ə)-ın ən yaxın dostlarından idi. o həddə böyük dərəcəyə çatmışdı ki, Əli (ə)-dan belə söz gəldiyi söylənilir: Malik mənim ucun mənim Peyğəmbər (s) ucun olduğum həddədir. O böyük səhabənin hansı xüsusiyyətləri var idi ki, Əhli-Beyt (ə) baxışında belə üstünlüyü əldə etmişdir. Malik Əştərin yaşayışından istifadə olunan xüsusiyyətləri bunlardır: 1. Vilayəti qəbul etmişdi. 2. Siyasi işlərə rəhbərlik etməkdə əsl siyasətçi idi. 3. Fəsahət və bəlağət. 4. Cihad və hicrət əhli idi. 5. Düşməni tanıyırdı. 6. İslami dəyərləri müdafiə edərdi. 7. Xeyirxah və səbirli idi.


Hansı amillər ruzini azaldır?


Hansı amillər ruzini azaldır?Musalmanlardan bir dəstəsi deyir ki, ruzini artiran əməlləri yerinə yetirirəm amma yenə də yaşayışım çətinlikdədir. Bəs bu sözlər və əməllər necə olur ki, nəticə vermir. Cavabında deyilir ki, ruzini artıran amillər olduğu kimi onu azaldan səbəblər də mütləq olmalıdır. İslam maarifində ruzini azaldan amillər ibarətdirlər: 1. Tənbəllik. 2. Proqramsızlıq. 3. Allahdan qeyrisinə təvəkkül etmək. 4. Günah və itaətsizlik. 5. Zinakarlıq. 6. Pis əxlaq. 7. İsrafçılıq. 8. Əmanətdə xəyanət.


Allahin məhəbbətini cəlb edən əməllər hansilardir?


Allahin məhəbbətini cəlb edən əməllər hansilardir?Islam təlimlərində coxlu əməllər vardir ki Allah məhəbbətinin cəlb edən əməllər kimi qeyd olunmusdur. əsaslarindan sadalayiriq: 1- Iman və saleh əməl. 2-Gunahlardan pesman olmaq, 3-Həsənə əməllər,
4-Mustəhəb əməllər gecə namazi əsas qeyd olunmusdur, 5-Davamli duallar, 6-Cətinlikdə səbirli olmaq,
7-Qohumlarla əlaqədə olmaq, 8-əxlaqli olmaq, 9-Duzgunluq, 10-Dini qardasla get-gəl edib kasiblara yardim etmək, 11-Salavati təkrarlamaq, 12-Quran oxumaq, 13-Oruclulara iftar vermək, və sair. Bunu da qeyd etmak lazimdir ki, Ilahi məhəbbəti cəlb edan əməllər eyni zamanda gunahlari da məhv edən əməllərdir.


Hansı insanlara cəhənnəm odu yaxın düşməyəcək?


Hansı insanlara cəhənnəm odu yaxın düşməyəcək?O kəslər ki, hesab vermədən behiştə daxil olarlar, cəhənnəm atəşi onlara haram olar. Ancaq hədislər bəzi insanların adını çəkmişdir ki, onlar cəhənnəm atəşindən xilas olmuşlardır. Onlardan bir neçəsinə işarə edək:
1. Allah qorxusundan ağlayan gözlər. 2. O kəslər ki, öz qəzəblərinə nəzarət edərlər. 3. O kəslər ki, Əhli-beyti (ə) yada salan zaman ağlayarlar. 4. Rüku və səcdə edənlər. 5. O kəs ki, Rəcəb ayının 7 gününü oruc tutar. 6. Əmmar Yasir. Hədisdə gəlir ki, Peyğəmbərimizin (s) və İmam Əlinin (ə) sadiq silahdaşı olan Əmmar Yasirə cəhənnəm odu yaxın düşməyəcək: “Əmmarın əti və qanı atəşə haramdır”. Musalmanlar da bu insanlarin hayatina baxmaqal onlar kimi mujdalanmayi bacara bilarlar.


İrfan nədir və arif kimdir?


İrfan nədir və arif kimdir?İrfan və arif istilahı İslam maarifində dərin məqam və dərəcə və arif şəxsiyyətin o dərin məqama çatması haqqında işlədilən temrindir. Amma tərifini dəqiq demək istəsək İrfan yəni: Yaradanı tanımaq, dərk etmək və onun qaydalarını ayırmaq qüvvəsinə və elminə malik olmağa irfan halı deyilir. və Arif o şəxsdir ki, birincisi: Varlıq aləminin yaradıcısını o cür ki, var tanıya, İkincisi: Onun qaydalarını dəqiqliyi ilə yerinə yetirə, və haramlardan uzaq dura və vacibləri yerinə yetirməkdə çalışqan ola. Zahirdə rahat görünsə də çox dərin və çətin məqam sahibi olmaq hamı üçün ələ gəlmir çünki möhkəm iradə ilə qazanmaq lazımdır.


İmam Hüseynə (ə) ağlamağın insan tərbiyəsində hansı rolları var?


İmam Hüseynə (ə) ağlamağın  insan tərbiyəsində hansı rolları var?İmam Huseynə (ə) ağlamaq və ona mərasim tutmağı neçə cəhətdən ölçmək olar. BIz bu sualımızda İmam Hüseynə (ə) ağlamağın təribyədə nə rolları olduğunu qeyd edəcəyik. İmam Hüseynə (ə) ağlamağın iki tərbiyə təsirlərini deyilmişdir: 1-Hər bir dünya nemətlərindən keçən o həzrət bizə bu dərsi verir ki, Allah yolunda dünya istəklərindən keçmək lazımdır və hətta yaxınlarımızın çətinliyinə də göz yumaq gərəkir, dünya nemıətləri həyat yoldaşı və uşaqlar əgər Allah yolundan azdırıcı olsalar insan üçün zəlalət olarlar. Amma əgər onlar hidyatə çatdıran amil olsalar Allahın nemətidirlər. 2-İmamın əzadarlıq və nalə mərasmində iştirak etməkin ikinci tərbiyə təsiri budur ki, insanın bu mərasimlərdə həqiqətlərlə tanış olmasına kömək edər. Necə ki, o mərasimlər nəsihət və mövizəsiz keçmək, mömin və müsəlman şəxs bu mərasimlərdə iştirak etməklə bilmədiklərinə alim olmaqla tərbiyəsini və əxlaqını yüksək edə bilər.


Çətinlikləri asan etməyin düşüncə və əməli yolları hansılardır?


Çətinlikləri asan etməyin düşüncə və əməli yolları hansılardır?Məşəqqət və əziyyətlərin asan olması üçün xüsusi yol və vasitələrə ehtiyac vardır. Onların köməyi ilə çətinlikləri aradan qaldırmaq olar. Çətinliklərin insan üçün bu baxışlarla yüngül və asan olur: A) Düşüncə baxışları: 1-. Hədəfə iman bəsləmək. başlanğıc çətin olur amma sonucu xeyir 2. Təqva. Allah üçün bütün çətinliklər xoşdur 3. Dünyanı tanımaq. Dünyanı həqiqi xilqət hədəfi bilməmək 4. Allahın bu olanlardan agah olması. Bütün hər şeyin Allah nəzarətində olmağı düşünməklə Allahın ədalətinə inanmaqla xeyrini düşünmək. B) Çətinlikləri əməli olaraq aradan qaldırmağın yolları bunlardır: 1. İstiğfar. Çoxlu bağışlanmaq diləmək çətinliklərin açarıdır rəhmətin nazil olması ilə. 2. Sədəqə və infaq. Sədəqə rəvayətlərdə gəldiyi kimi 70 növ bəlanı dəf edər. 3. Sileyi-rəhm. Qohumlarla və yaxınlarla get-gəl etmək insanın təcrübəsinin artmasına və Allahın rəhmət və bərəkətinin artmasına gəitirib çıxarar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter