Hansı dəlillərə əsasən İslam dini kamil və ən gözəl dindir?


Bəşər o zaman bir yolla gedər ki, inamı olsun o yol onu istəyinə və hədəfinə çatdıran olandır. Bu müqəddiməyə əsasən deyirik ki, hər bir müsəlman şəxs və müsəlman olmaq istəyən şəxslərin haqqıdır ki, bilsin hansı din kamildir və ən gözəl qanunları var. O qanunlara əsasən onun ehtiyaclarına cavab verə bilər. Nəticədə bu sual çıxır ki, İslam dini hansı dəlillər əsasən müsəlmanların iddiasına əsasən ən kamil dindir və insanın ehtiyaclarını ödəməkdə ən xeyirlisidir? Cavabda deyilir İslam kamil dindir aşağıdakı dəlillərə əsasən:

1-İslam dinin kamil olması, Onun ehtiyacları təmin etməkdə heç bir sual-şübhəni cavabsız qoymamasıdır. Yəni İslam seçilmş bəşər üçün hədəfə çatdırandır,- necə İslamın kamilliyi haqda Quranda gəlmişdir: “Bu gün sizin dininizi kamil etdim və nemətimi sizin üçün tamamladım” (Maidə/3). Hidayətiniz üçün maneələrin qarşısını alan qanunlar gəldi.

2-İslamın hamı üçün olması,

a) Yəni fitrətlə uyğun gəlməsi ki, bütün bəşərdə fitri istəklər irqindən, dilindən və məkanından asılı olmayaraq var, “Sonucda üzünü Allahına tərəf çevir, bu fitri dindir ki, Allah insanları onun tapılması əsasında daxili uyğunluqları ilə yaratmışdır. Allahın yaradılışında heç bir dəyişiklik olmayacaq, buna əsasən din hamı üçündür.
b) Din Quranın nişanələri ilə kamilləşir, ki, onun naqis olmaması heç bir Qurana alim olan şəxsə qaranlıq deyildir. (Quranın sifətləri: Quran nurdur “Maidə/15” ki, həmişə nurun olması zəruri bir məsələdir, din də nurdan təşkil olunmuşdur deməli həmişə olandır,

Quranın aydınlıq gətirən xüsusiyyəti “Hicr/1” hər bir zamanda ehtiyaclar var və bunu açıqlamaq Qurana düşər,

Quranın dəlil və börhan olması “Nisa/174” Etiqadlar dəlili olmalı, quranın dəlilliyinə heç bir şübhə yoxdur, Dinin olması İslam düşmənlərinin hücumları müqabilində
müqavimət üçündür.
Quranın və dinin nur olması Allah tərəfindən zikr olmasıdır. Çünki insan cahil ola bilər və eləcə də nisyan məqamında ola bilər. Nur insana qaranlıqda olan maneləri göstərməklə xətərlədən uzaqaşdırır. “Muddəsir/31”. “Qələm/52” və “Səbə/28”.

3-Peyğəmbərin (s) təbliğatlarının hamıya aid olması: “Aradan gedən deyildir və çox bərəkətlərə sahibdir o varlıq ki, Quranı bəndəsinə nazil etdi bu məqsədlə ki, dünyalılara qorxudan və çatdıran olsun”. “Müddəsir/36”.
4-Dinin bütün insanları düşünməyə dəvət etməsi, onun bütün zamanlara və insanlara aid olmasının başqa bir dəlili: “Hansı səbəbdən Quranda təfəkkür etmirlər, (yəni Quranın hamı üçün səadətə çatdıran qanunları var). “Məhəmməd/24.
5-Quranın bütün məxluqatları onun kimisini tapmaqda aciz elan etməsi, dinin bütün zaman və məkanlara aid olmasının başqa dəlilidir.
6-Dinin hədəfləri (paklıq yaratmaq, məlumatlandırmaq və tərbiyə etmək) hamının hidayət olunması üçündür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter