İmam Səccad (ə) Kərbəla hadisəsindən sonra hansı işləri gördü?
İmam Səccad (ə) İmam Hüseynin (ə) oğlu və dördüncü İmamdır. Kərbəla hadisəsindən sonra Kufə və Şama tərəf Yezidin istəyi ilə əsir aparıldı və dəfələrlə Yezid və onun xəbis tərəfdarları onu öldürmək üçün cəhd göstərdilər. Amma İlahi təqdir başqa bir hədəf yolunda hərəkətdə idi ki, o cümlədən Zeynəb (ə) Allahın onun üçün qoruyucusu təyin olunmuşdur. O həzrət çoxlu əziyyətlərdən sonra (tarix onun haqqında geniş sözlər və müzakirlər etmişdir) Mədinəyə gəldi və Babasının şəhərində İlahi vəzifəsi tələb edirdi ki, İlahi maarifləri düzgün şəkildə insanların biliyinə keçirsin və ilahi himayələrlə çoxlu işlər də gördü. İmam çətinliklərdən nisbətən azadlığa çıxanda bu işləri gördü:
1-İmam Hüseynin (ə) hərəkətinin yadlardan silinməməsi üçün söhbətlər və statlar gətirərdi,
2-Müsəlmanları və xüsusən də haqq məktəbi arxasınca olanlara yol göstərir və İslamın dərin maariflərini əməli və ibadi taktikarları ilə onlara keçirirdi
3-Zəmanənin böyük alimləri ki, hakimiyyət saraylarında din aleyhinə fəaliyyət göstərir və avamları aldadırdılar, İmam onların qarşısında dayanıb batil niyyətlərini üzə çıxarırdı,
4-Gələcək düzgün hərətlərin yaranması üçün saleh və baxışları geniş olan tələbələr yetişdirirdi, O cümlədən: Əbu Həmzə Sumali, Səid ibn Müsəyyib, Səid ibn Cübeyir və Yəhya ibn Ümmü Təvil o həzrətin ən kamil öyrəncilərindən olmuşlar.