İnsanın dilinə hakim olmasının metodları hansılardır?


İnsan gərək hər gün özünə desin: dilinə hakim ol. Çünki bu bədən üzvü sənin taleyinin həll olmasına çox təsir qoyar. Səni səadətə də çatdıra bilər, bədbəxt də edə bilər. Ona görə də dilinə hakim ol və dilin bəlalarını ciddi qəbul et. Bəs dilin bəlalarından necə amanda qalmaq olar? (Tebyan)

1. Dilin təhlükələrinə kamil diqqət etmək.
Dil - qudurmuş it kimidir və daima vəhşilik ardıncadır. Ancaq cismi və bədəni deyil, taleyi parçalayıb didikləyər. İnsanın abırı və heysiyyəti ilə oynayar. Ona görə də hər an dilə nəzarət etmək lazımdır ki, onun ipi ilə cəhənnəm atəşinə düşməyək.

2. Sükut etmək.
İnsan hər nə qədər az danışarsa, daha az xata və günah edər. Sükut etmək təmrini insana elə bir qüdrət verir ki, dilinin ixtiyarını əlinə ala bilsin. Belə ki, boş və nahaq yerə söz deməz. Loğman övladına belə tövsiyə edir: “Ey övladım, əgər güman edirsənsə ki, danışmaq gümüşdür, həqiqətdə susmaq qızıldır”.
Həzrət Davud (ə) oğlu Süleymana (ə) belə tövsiyə verir: “Oğlum, sükutu uzun et, çünki sükutun uzunluğundan peşman olmaq dəfələrlə çox danışıb peşman olmaqdan daha yaxşıdır”.
Bu İlahi insanlar bizə sükut etməyi tövsiyə edir və onun faydalarından söz açırlar. Ancaq susmaq dedikdə onu nəzərdə tutmuruq ki, əbədi olaraq dilimizə qıfıl vuraq. Belə ki, gündəlik həyatımızın bir çox işləri: maddi və mənəvi, fərdi və ictimai, ibadət və qeyrisi danışmaq vasitəsilə həyata keçər. Bəlkə susmaq dedikdə o nəzərdə tutulur ki, zəruri olan zaman danışaq və düşünüb danışaq. Yersiz və dəyərsiz sözlərdən uzaq olaq.
Əmirəl-möminin (ə) bu hadqa buyurur: “Danışmaq dərman kimidir ki, azı faydalı, çoxu öldürücüdür”.

3. Danışmazdan əvvəl düşünmək.
İnsan əgər dilin bəlasından uzaq qalmaq istəyirsə, gərək dediyi sözü fikirləşib, düşünüb sonra desin. Yəni, düşünsün ki, bu söz onun faydasınadır, yoxsa yox? Allah bəyənəndir, yoxsa yox? Əgər bundan əmin olarsa, o zaman dilinə gətirsin. İmam Həsən Əsgəri (ə) buyurur: “Axmaq insanın ağılı dilindədir. Bilikli və müdrik insanın dili isə ağlındadır”. Axmaq insan söz deməmişdən əvvəl düşünməz. Lakin aqil insan düşünüb sonra danışar.
Dua əllərimizi Allaha tərəf açır və Uca Rəbbdən diləyirik ki, dilimizə nəzarət etməkdə bizə yardım etsin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter