Tərbiyədə işlənəcək yollar hansılardır?
İslam tərbiyəsi keçmiş suallara cavablarımızda bəyan etdik ki, çox üstünlüklərə malikdir, o cümlədən İslami tərbiyə hər cəhətli inkişafı həm maddi və həm də mənəvi tərbiyə önəm vermişdir. Amma bəzən insanlar məqsədlərini müqəddəs tuturlar yollarını bilmədiklərinə görə istənilən hədəflər çatmırlar ya da naqis çatışlarına görə narahat olurlar. İslami maarifə diqqət edəndə görürük ki, İslam təlimləri bizim müqəddəs hədəflərə çatmamız üçün yolların düzgün olmasını belə açıqlayır ki, gərək tərbiyən edən şəxs öncə tərbiyə alan şəxsi nəzərə alaraq ona uyğun yolları işlətsin. Sonra hədəfi arxasınca olsun. Amma gələk sualımızın cavabına ki, tərbiyədə işlənəcək yollar bunlardan ibarətdir:
1-Alimləri İslama hidayət etmək üçün gərək İslamın möhkəm hikmət və dəlillərini onun üçün aydınladağ, ki, öz məlumatları ilə müqayisə edib düzgün məqsədi tapa bilsin. (Bu haqda Ənbiya/22 ayəni oxumaq faydalı olar)
2-Uşaqlar üçün, Dastan, nağıl və nəsihət etmək yolu ilə, ki, onların anladığı nağıllar aləmidir çünki elmləri yoxdur ki, müqayisə edə bilsinlər, saf aynadırlar ki, nə versən görüb qəbul etməyə hazırdırlar, (Əraf/176),
3-Yolunu azmışların tərbiyəsi üçün onun vəziyyətinin nə ziyan verəcəyindən bəyanat vermək, çünki mümkündür ki, düzgün olduğunu düşünsün və ziyanlarına elmi olmasın, elmləndirmək və irəli görənliklə onun xeyrini istədiyimizi göstərsək o tərbiyə olmağa yaxınlaşar,
(ƏNfal/46).
4-Möminləri daha da uca məqamlara çatdırmaq məqsədi ilə tərbiyə edəndə olduqları saleh əməllərin içində nələr qazanadıqlarını xatırladıb daha da böyük işlər görmək üçün inkişaf etdirmək, (Tövbə/111)
5-Misal və oxşatma ki, bütün insanları üçün işləkdir və tərbiyədə öz qarşı tərəfin düşüncəsi həddə olsa çox faydalı metod olur. (Həşr/21).
Allah bütün möminləri ilahi sifətlərlə tərbiyələnməkdə köməklərini əsirfəməsin.