Əliyən Nəqinin (ə) fəaəliyyətləri nələrdən ibarət idi?


İmam Əliyın Nəqi (ə) şiə məktəbinin onuncu İmamıdır. O həzrət İmamət dövründə öncəki İmamlar kimi İlahi hədəfləri çin etmək üçün bəzi zamana uyğun vasitələrdən istifadə etdi. İmam Əliyən Nəqi (ə) İmamət dövründə gördüyü işlər bunlardır:

1-İmamət məqamının həqiqətini aydınlaşdırmaq, o həzrət cəmiyyətin cahilliyi üzündən bəzi həqiqətlərdən uzaq düşdüyünü görüb ilahi kitab və Peyğəmbər (s) sünnəsindən İmamət məqamının cahillik məsələləri içində qalmasının qarşısını almaqda çox diqqət göstərirdi.

2-Məqamı dövründə baş verən hökumət qarşısında haqq qiyamlara müxtəlif yollarla kömək və əlindən gələni əsirgəmədi. Bu vasitə ilə Abbasi xilafətinin qəsbkar olduğunu sübut edirdi,

3-İmamın dövründə müxtəlif ölkələrdə şiə tərəfdarları üçün tərbiyə olunmuş tələbələri İslami məsələləri görmək üçün tam vəkil olaraq göndərdi,

4- İmam Zamanın (ə) qeybəti üçün şərait yaratmağa münasib söhbət və zərurətləri açıqlamağa başladı,

5-Dövrünün batil düşüncələri ilə mübarizə etdi, bəziləri deyirdilər ki, İmamlar zahidliyi düzgün bilirlər və sair düşüncələr yayırdılar onların qarşısında baxışlarının batil olduğunu aydınlaşdırırdı,

6-Etiqadi məsələlərdə yaranan şübhə və sualları cavablandırmaq, misal üçün İmam insanın məcbur olması və tam ixtiyar sahibi olduğunu baxışının batil olduğunu bəyan edirdi,

7-İstedadlı və ləyaqətli insanları təbriyə etmək, misal üçün Osman bi Səid kimi ki, suğra qeybətində İmam Zamanın (ə) xas naibi oldu,

8-Hökumətdə baş verən çətinliklərin həllində əlindən gələni əsirgəmədi, ki, qeyri müsəlmanlar qarşısında İslam cəmiyyəti uğursuz olmasın deyə bu işi özü üçün zəruri bilirdi,

9-Müxtəlif məzhəblərin nahaqlığını və onların şərrini İslam və müsəlmanlardan uzaq saxlamaq üçün onların batil olması üçün bəzi yığıncaqlarda onlarla mübahisə edərdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter