Yüksək əhvali-ruhiyyə əldə etmək üçün əməli tövsiyələr nələrdir?


Həyat bəzən bizim üçün çox yorucu olur, iqtisadi çətinliklər, ailə problemləri, tıxaclar... həyatımızı acılaşdırır. Belə olan halda necə şad olmaq olar ki?
Elə bir əsrdə yaşayırıq ki, stress həyatımızın bir parçasına çevrilmişdir. Stress bütün xəstəliklərin anasıdır. İnsan əgər sağlam olmaq isrəyirsə? bu stressin miqdarını azaltmalı və şad olmağa çalışmalıdır. Ona görə də həyatımıza yaxşı rəhbərlik etməliyik. Bu çağırılmamış qonağın təsirini azaltmalı, onun meydana gəlməsi üçün şərait yaratmamalıyıq.
Şad olmaq və şad yaşamağın çox faydaları vardır. İnsanlarla olan rabitəyə müsbət təsir qoyar. Ömrü uzadar, insanın yaşını olduğundan az göstərər. Bəs bunun üçün nə etməli?

Allahla rabitə qurmaq.
Çünki ürəklər ancaq Onu yada salaraq rahatlıq tapar. Uzun ömürlü olmağın sirlərindən biri budur.
Razı olmağı bacarın. Mömin insan həmişə Allaha təslim olar. Hər kəs ki, özünü bəndə hesab edər, işlərini Allaha tapşırar. Ona gələn hər şeydən razı olar.

Vəzifəyə əməl etmək.
Şəxsi əməl: dərs oxuyuruq və elə bir yerə gəlib çatırıq ki, ona görə sevinirik.
İctimai əməl: Misal üçün, zəlzələ olan zaman başqalarının yardım etdiyini görüb, sevinirsiniz.
Dini əməl: dini göstərişlər zahirdə çətin görünsə də, əməldə çox sevinc gətirər. İmam Əli (ə) buyurur: “Hər kim vəzifəsində səhlənkarlıq edər, qəmə düçar olar”.

Nemətləri xatırlamaq.
Bir qədər fikirləşməyimiz kifayətdir ki, nə qədər nemətə qərq olduğumuzu görək. Bu nemətləri xatırlamaq insana şükür hissini verər və daxili sevinc gətirər.

Səhər yuxudan tez durmaq.
Səhər tezdən durmaq ruha müsbət təsir qoyar. Cisim gün ərzində gümrah olar.

Həyat yoldaşı seçimi.
Yaxşı həyat yoldaşı sizin üçün rahatlıq mənbəyi ola bilər. İmam Əli (ə) buyurur ki, nə zaman Həzrət Zəhranın (s.ə) üzünə baxsaydım, qəmim aradan gedərdi.

Mühiti yaxşılaşdırmaq.
Gözəl gül və ağac əkmək və həyəti yaşıllaşdırmaq insan ruhunu fərəhləndirər və qəmi unutdurar.

İdman.
O zaman ki, insan hərəkətsiz olar, laqeyd və incilmiş olar. İnsan idman edən zaman bədəndə olan zəhərlər dəf olunar və ona görə də insan sevinər. Ata minmək, üzmək, atıcılıq elə idmanlardır ki, insanı şad edər.
Nəzmli olmaq.
Nəzmli olmaq stressin əksidir. İşini proqramlaşdırmaq insana xüsusi sevinc gətirər. Çünki bu zaman bütün işlər öz yerində qərar tutar.

Rəng.
Bəzi rənglər vardır ki, insanı qəmgin edər. Lakin bəzi rənglər əksinə, insana sevinc gətirər. Belə ki, əziz İmam Rza (ə) nə zaman süfrədə göyərti olmazdı, orada əyləşməzdi və buyurardı: “Göyərti - süfrənin zinətidir”.

Səyahət.
Tarixi məkanları, gözəl mənzərəli yerləri görmək stressi azaldar.
Su.
Suya tamaşa etmək və onunla təmas etmək insana sevinc gətirər.

Xoş ətir vurmaq: İnsan xoş ətir vasitəsilə sevinər və ruhu şad olar.
Dünyaya bel bağlamamaq: İmam Əli (ə) buyurur: “Dünya qəmini başından çıxart”. Əziz İmam (ə) yenə buyurur: “Qəm yemək qocalığın yarısıdır”.
Allah Təala bizləri həqiqi şad olanlardan qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter