Din elmlərinin insan həyatında təsiri nələrdir?


Elm insan üçün çox dəyərli xəzinədir. Odur ki, insanı hər cürə ziyan verici əməllərdən uzaq saxlayır. Bu xüsusiyyət Dini elmlərdə daha gözə çarpır. Çünki baxırıq ki, İslam tərbiyəsi bəşərin inkişafı üçün hərcəhətli cavab verici qüvvəsini nümayiş etdirir. Bu müqəddimə ilə deyirik hər kəs İslam maarifini əldə edərsə 3 faydanı əldə edər: 1-Dini elmi olanın dözümü və işində davamlı çalışqanlığı artar. Necə ki, Quran Kərim buyurur: \"(Ey möminlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına görədir\" Həşr/13.
Yəni ey möminlər elminiz olsa ki, sizin işləriniz nəticəsiz deyildir onda işinizdə istiqamət göstərib davamlı olaraq çalışmaqda olardiniz, və düşmənlərin şərrini Allahın dini və onun itaətkar bəndələrindən uzaq saxlamaqda əlinizdən gələni əsirgəməzdiniz.

2-Çətinliklərə qələbə çalmaq, Qurani kərimdə bu haqda deyilir: \"Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?\", Allah bu ayədə mömin olan və dini elmi əldə edən şəxsə müjdə verir ki, dini elm insanın dar düşüncə və təkcə bu dünya haqqında düşünməkdən çəkinməsinə vasitə olduğunu bəyan edir. Başqa ibarətlə desək: Hər kəs dini elmləri əldə etsə onun üçün bu müjdə var ki, dar düşüncəli naqis dünya elmindən çıxıb çox çətinliklərə qələbə çala bilər çünki olan hadisələr hamısı dünyəvi məsələlər deyildir, bəlkə görünməyən qüdrət bu dünyaya bəzi işləri görür ki, bizim xoşumuza da gəlməyə bilər.

3-Əməlin gözəlləşməsi, Dini elmi olan şəxs bilər ki, necə əməl etsəm həm dünya və həm də axirət ehtiyaclarım təmin olunsun. Dini elmin yayılması cəmiyyətin oyaqlığına gətirib çıxan və eləcə də bəşəriyyətin çirkin əxlaq və əməllərdən amanda qalmasına yardım edən amildir. Qurani Kərim də bu haqda buyurur: \"Aya eynidirlərmi bilənlərlə bilməyənlər!?!\" Zumər/9.
Nəticədə: Dini elmləri öyrənmək insanın ehtacı olan məsələləri doldurmaqda böyük təsirə malikdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter