Həzrət Məsihin qətlilə bağlı inancımız NƏDİR?


Biz müsəlmanlar bu inacdayıq ki, həzrət Məsih dara çəkilməyib, qətlə yetirilməyib. Onun ruhu və cəsədi səmaya çəkilib və hazırda sağdır. Allah-taala buyurur: “Deyirlər ki, biz Məryəm oğlu İsa Məsihi, Allahın peyğəmbərini öldürdük.


RƏCƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ NƏDİR?


On iki İmam şiələrinin Peyğəmbər (əleyhis-salam) Əhli-Beytindən gəlib çatan hədislərə əsaslanan əqidələrindən biri də budur ki, Allah-Taala ölüb dünyadan gedən bəzi şəxsləri dünyada olduqları bədən və surətlə dirildib onlardan bəzilərinə izzət bəxş edəcək, bəzilərini isə zəlil edəcəkdir. Haqqpərəstlərin haqqını batilpərəstlərdən, məzlumların haqqını zalımlardan alacaqdır. Bu hadisə Məhdi (əleyhis-salam)-ın qiyamı zamanı baş verəcəkdir.


Ruhumuzun, daxİlİ tutumumuzun böyüməsİ üçün nə edək?


Həzrət Əli (ə) buyurur: “Ruhunda Allah əzəmətli olan şəxs üçün başqa hər nə varsa cılızdır.”
Yer üzündə olduğumuz vaxt bir hektar torpaq bizə böyük görünür. Amma təyyarədən baxdıqda onun kiçik olduğunu müşahidə edirik. Dünya banklarının hesabına nəzər saldıqda xəzinəmizdəki pul əhəmiyyətsiz görünür.


Namazda qəlb hüzurunu necə əldə edə bİlərik?


Qəlbi və canı namazla məşğul etməkdir. Fikri dediyi sözlərdə olsun, nə zaman görsə ki, fikri başqa yerə gedir, özünü toplayıb namaza qayıtsın.
İbadət ruhu ilə uyğun gəlməyən şey odur ki, insan maddi və şəxsi məsələlərini kənara qoymalıdır. Allahın razılığı olan məsələlərə diqqət etməlidir.


İnsan necə Allahın məmuru ola bilər?


Həyatımızda neçə dəqiqəni başqalarının çətinliyini həll etmək üçün ayırmısınız? Qəlbinizdə başqaları üçün nə qədər yer ayırmısınız? Ola bilsin ki, deyəsiniz, bizim öz problemlərimiz bizə bəsdir. Əgər ağlamalıyıqsa, gərək öz halmıza ağlayaq. Əgər kömək etməliyiksə, gərək özümüzə kömək edək. Bəs fədakarlıq və comərdlik harada qalmışdır?


Qorxu nədİr və nəyə görə qorxuruq?


Qorxu - elə bir hiss və həyacandır ki, biz özümüz onu zehnimizdə meydana gətiririk. Problem o zaman başlayır ki, bu həyəcan və hisslər həyatımıza xoşagəlməz təsirlər qoyur.


Qəbİr əzabından necə nİcat tapmaq olar?


İmam Əli (ə) buyurur: “Ey Allahın bəndələri! O kəsi ki, böyük Allah bağışlamayıb, ölümündən sonrakı çətinlikləri ölüm anında keçirtdiyi çətinliklərdən daha çox olar. Qəbrin sıxıntısından sonra qorxar, qürbət və tənhalığını yada salar. Həqiqətən qəbir hər gün fəryad çəkər ki, mən dəhşət eviyəm. Mən həşəratlar və heyvanlar eviyəm”.


Niyə İmam Həsənə (ə) “Əhlİ-beyt kərİmİ” deyilir?


İmam Həsən (ə) pak qəlbli, fəqirlərə qarşı mehriban bir şəxs idi. O, xarabalıqlarda yaşayanlara həmdərd olar, kasıblarla oturub-durar, dərdlərinə şərik çıxar və problemlərinin həlli üçün çalışardı. O, bu yolda Allahdan başqa kimsənin razılığını düşünməzdi.


Quranda “İlahi sünnətlər” dedİkdə nə başa düşülür?


Parlamentdə çıxarılan qanunlar iki növdür: Qanunların bir qismi parlament quruculuğuna, digər bir qismi isə cəmiyyətin quruculuğuna aid olur.
Allahın da qanunlarının bir qismi özünə, digər bir qismi isə insanlara aid olur.


ÇÜRÜMÜŞ SÜMÜKLƏR NECƏ DİRİLƏR?


Belə sual oluna bilər ki, bu qədər dəyişilmiş, çevrilmiş zərrələr necə birləşə bilər? Bu şübhə Allahın elm və qüdrətindən xəbərsizlik əlamətidir. Bilirik ki, Allahın elmi hər şeyi əhatə edir və zərrələrin zərrəsi də Onun elmindən xaric deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter