Əşərİ məzhəbİnİn banİsİ kİmdİr?


Əş᾿əri məzhəbi Əbul Həsən Əli ibni İsmail Əş᾿əriyə mənsubdur. Əbul Həsən Əş᾿əri 260-cı Hicri ilində Bəsrədə dünyaya gəlmiş və 324, yaxud 330-cu Hicri ilində vəfat etmişdir. Atasının ölümündən sonra anası, mö᾿təzilənin böyük rəhbərlərindən olan Əbu Əli Cəbai ilə izdivac etmişdi.


Zühur vaxtında insanların 3/1-nin öldürüləcəyi anlayışı doğrudurmu?


Bu anlayış zühurun qəti olmasını xatırladır. Yəni zühur vaxtı insanlar hidayət olunmaqdan çəkinib İmamla mübarizəyə qalxsalar, onların öldürülməsi şübhəsizdir. Amma bu o demək deyil ki, zühur vaxtı insanların mütləq 3/1 -i öldürüləcəkdir.


Dеyİrlәr kİ, İnsаn bİr nеçә gün dünyаdа yаşаyıb әbәdİ sаrаyа qәdәm qоyаn müsаfirdİr. Dоğurdаnmı bеlәdİr?


İnsаn öz sәfәrinә аnа bәtnindәn bаşlаyаn bir müsаfirdir. О bu sәfәri dünyа hәyаtındа dаvаm еtdirir, sоnrа bәrzәхә qәdәm qоyur, nәhаyәt bеhiştdә аrаmlıq tаpır. Bә`zәn bu sәfәr cәhәnnәmdә dә bаşа çаtа bilәr.


İmamın zühuru yaxın gələcəkdə, ya heç olmasa yaşadığımız əsrdə baş verə bİlərmi?


İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Allah zühur əmrini bir gecədə islah edəcəkdir.” Əksər rəvayətlətdə də o həzrətin zühur vaxtı üçün müxtəlif əlamətlət qeyd olunmuşdur. Digər bir tərəfdən isə zühur üçün heç bir vaxtın təyin olunmamasına işarə etmişlər.


Cİnsİ ehtİras, şəhvətə qarşı nə edək?


Bu meyli Allah yaratdığı üçün onu birdəfəlik boğmaq düzgün deyil. İnsan nəslinin davamı üçün zəruri olan bu meylə, sadəcə, nəzarət etmək lazımdır. İştaha olmasa, insan acından ölər, qəzəb olmasa yaşamaq uğrunda mübarizə olmaz şəhvət olmasa, insan nəsli kəsilər. Amma ehtirası halal yolla tə`min etmək lazımdır.


İnsan nə dərəcədə azaddır?


Allah insanı azad yaratmış və ona seçim imkanı vermişdir. Bəziləri deyirlər ki, insan özünü azad hiss etsə də, əslində məcburdur. Amma insanın azad olduğunu sübut edən dəlillər çoxdur. Bu dəlillərdən bə`zilərini xatırlayaq.


Bütün İşlərİmİzə İlahİ rəng vura bİlərİkmİ?


Qur`an buyurur ki, işlərinizə ilahi rəng verin. İlahi rəng vurmaq Allahın razılığına uyğun iş görməkdir.
Məsələn, xanımınıza aldığınız paltarı ona həzrət Fatimənin (ə) doğum günü təqdim etsəniz, işinizə ilahi rəng vurmuş olarsınız. Bir yerdə əyləşərkən üzüqibləyə əyləşsəniz Allahın razılığını qazanarsınız.


Adəmdən (ə) öncə yer üzündə İnsan olubmu?!Adəmdən (ə) öncə yer üzündə insan olubmu?!


Rəbbin mələklərə - “Mən yer üzündə canişin qərar verəcəyəm” dediyi zaman, mələklər dedilər: “Fəsad və qan tökənimi qərar verirsən?!. Biz sənə təsbih, həmd və təqdis edirik,” Rəbbin buyurdu: Mənim bildiyim həqiqətlər var ki, siz bilmirsiniz. (Bəqərə surəsi, ayə: 30)


Nə üçün İnsanlar fərqlİ yaradılıb?


Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə bunu zülm adlandırmaq olmaz.


ÖLÜM QОRХUSUNUN SӘBӘBİ NӘDİR?


Ölüm qоrхusunun iki mühüm sәbәbi vаr:
1. Mәzәmmәt оlunаn qоrхu dünyа sеvgisindәn qаynаqlаnır. Dünyаyа bаğlаnаn, оnа könül vеrәn şәхs hеç vахt оndаn аyrılmаq istәmir. Bеlә оlduqdа dünyа vә оnа bаğlılıqlаrdаn uzаqlаşmаq әziz dоstdаn аyrılmаq kimi çәtin оlur. Bеlә düşünәn insаn dünyаdаn аyrılıq sәbәbi оlаn ölümdәn dәhşәtә gәlir. Bеlә bir qоrхu mәhz оnu dоğurаn sәbәbә, dünyаyа bаğlılığа görә mәzәmmәt оlunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter