Ruhumuzun, daxİlİ tutumumuzun böyüməsİ üçün nə edək?


Həzrət Əli (ə) buyurur: “Ruhunda Allah əzəmətli olan şəxs üçün başqa hər nə varsa cılızdır.”
Yer üzündə olduğumuz vaxt bir hektar torpaq bizə böyük görünür. Amma təyyarədən baxdıqda onun kiçik olduğunu müşahidə edirik. Dünya banklarının hesabına nəzər saldıqda xəzinəmizdəki pul əhəmiyyətsiz görünür. Əgər bütün yaranmışların Allaha oxuduğu həmd-sənanı nəzərdən keçirsək, dediyimiz zikrlərin kiçikliyini anlayarıq.
İmam Səccaddan (ə) soruşdular: “Nə çox ibadət edirsən?” Həzrət buyurdu: “Mənim ibadətim hara, Əlinin ibadəti hara!”
Allah Qur`anda öz peyğəmbərinə buyurur ki, keçmiş peyğəmbərlərin çətinliklərini yada sal ki, sənin üçün asan olsun. Bəli, insan keçmiş ilə qürrələnməməli, qarşıdakı yol haqqında düşünməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter