Dualarımızın qarşısını alan bütlər nələrdir?


Ali dini Rəhbərin “Dua” adlı kitabında dua ilə bağlı tövsiyələri: “Əgər insan Allah qarşısında xudbinlik və təkəbbür edərsə, nəticəsi üsyan olar. Vacib deyildir ki, bütlər zahiri olsun və ya hansısa zalım bir padşah olsun. Biz insanların hər biri, batinimizdə Allah eləməsin büt tərbiyə edib, onu böyüdə bilərik. Allah qarşısında üsyan etmək və xidbin olmaq bu bütlərin təsirindən olar. Əgər insan başqa insanlara qarşı xudbin olarsa, nəticədə başqalarının hüququnu görməməzliyə vurmuş olar. Əgər insan təbiətə qarşı xudbin olarsa, nəticəsi təbii mühiti zəiflətmək olar. Yəni ki, bu gün dünyada təbiətlə bağlı çalınan təbillərə qarşı laqeyd olmaq və onu görməməzliyə vurmaq olar.
Ancaq dua, bütün bu deyilənlərin əksinədir. Dua edən zaman batinimizdə inanc və yalvarış halı meydana gələr. İnsan batinində olan xudbinliyi və təkəbbürü dua vasitəsilə məhv edə bilər. Nəticədə dünya və təbiət insanın üsyanından və xudbinliyindən amanda qalar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir ibadətin beyni - duadır”. İbadət elə ona görədir ki, insan Allah Təala qarşısında təvazökar olub, qəlbi Ona təslim olsun. Allah qarşısında olan bu itaət və təvazökarlıq insanın başqalrına etdiyi itaət və təvazökarlıq cinsindən deyildir. Bəlkə Mütləq Xeyir, Mütləq Camal qarşısındakı təvazökarlıqdır.
Allaha qarşı təvazökar olmaq - əsl duadır. Çünki dua zamanı elə bir hal meydana gələr ki, insan bütün varlığı ilə Pərvərdigarına təslim olar və Ona bağlanar. Əsl ibadət də elə budur. “Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar»\". (“Ğafir” 60).
Duanın xasiyyəti belədir ki, nəfsləri sındırar, ona görə deyərlər ki, ən kiçik şeyləri belə Allahdan istə ki, özünü həqir hiss edəsən. Biləsən ki, bəzən bir milçək və ya bir ağcaqanad insanı əldən sala bilər.
Allah Təala bəzən biz bəndələri üçün Özü çətinliklər yaradır ki, duaya müraciət edək. Bu dua və yalvarış bizim özümüz üçün lazımlıdır. Allahın ona ehtiyacı yoxdur. Çünki bu zaman qəlbimiz Allah eşqi ilə dolar, insanı Allaha yaxınlaşdırar. İnsanı xidbinlik və təkəbbürdən uzaq saxlayar. İnsan qəlbini İlahi nur və lütfü ilə bəhrələndirər. Ona görə də duanın qədrini bilin ki, dəyəri çox böyükdür”. Deyerler.org
Nəticədə: Ali dini Rəhbərin “Dua” kitabının tövsiyələrində 3 amili duanın qarşısını alan bütlər tanıtdırılmışdır. İbarətdirlər:
1- Özünü bəyənməsi, 2- Təkəbbürlülük, 3- Əməllərə qane olub nicata inanmaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter