Evliliyi sürətləndirmək üçün 5 gözəl məsləhətlər nələrdir?


Evliliyi sürətləndirmək üçün 5 gözəl məsləhətlər nələrdir? Evlilik bəşər tarixində həmişə mühüm mövzuladan olmuşdur. Ancaq İslam dini qədər heç bir din ona bu qədər əhəmiyyət verməmişdir. Evlilik – Peyğəmbər (s) sünnətidir. Peyğəmbərimiz (s) buyurub: “O kəs ki, mənim dinimi sevir, gərək mənim sünnətimə sabit olsun. Evlilik – mənim sünnətimdir”. Evlilik məsələsini sürətləndirmək üçün qızıl nöqtələr: 1. Hər bir vacib namazdan sonra bir dua həyata keçər. 2. Duanın qəbul olduğunu məkan və zamanlarda dua edin. 3. Çoxlu istiğfar etmək, çünki günah həcatin yerinə yetməsinə mane olar. 4. Sübh namazından 10 dəqiqə əvvəl oyanın və gecə namazı qılın və Allahdan istəyin ki, sizi şeytanın şərindən qorusun. 5. Ayətullah Behcət subay cavanlara tövsiyə edirdi ki, “Cəfər Təyyar” namazı qılsınlar.


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir?


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir? Yetkinlik (şəri baxışdan) yaşına çatmayan uşaqların Qurana dəstəmazsız əl vurmasının eybi yoxdur. Əgər dəstəmazsız Qurana əl vuralar tərbiyəçi üçün vacib deyildir ki, onu bu işdən çəkindirsin.


Quranın səhv oxumağın hökmü nədir?


Quranın səhv oxumağın hökmü nədir? Əgər bir şəxs Quranı xətm (yəni başdan axra qədər oxusa) etmək istəyə amma təssüf edir ki, bəzi yerlərdə səhv oxusa onun eybi yoxdur. Bilərəkdən səhv oxusa günah edər və Allaha yalan nisbət vermiş olur.


Yasin surəsinə hansı səbəbdən Quranın qəlbi adlı verilib?


Yasin surəsinə hansı səbəbdən Quranın qəlbi adlı verilib? Yasin surəsinin əsas mövzuları əqidəvi məsələrin özündə xülasəsini cəmləşdirməsidir, Eləcə də Peyğəmbərlərin (ə) hidayət hədəflərinin əsasları onda gəlmişdir. Xüsusən də axrıncı ayəsinin məzmunda gəlmişdir ki, hər şey onun qüdrətinin ixtiyarındadır və hər bir şey ona aid və qaydışı ona tərəf olunacaq. Yasin/83.


Dini tərbiyənin xüsusiyyət və üstünlükləri nələrdir?


Dini tərbiyənin xüsusiyyət və üstünlükləri nələrdir? Dini tərbiyənin xüsusiyyət və üstünlükləri:
1-Din tərbiyəsində insanın himayə edilməsi və rahatlığına şərait yaratmaq nəzərdə tutulur, tərbiyəçinin ziyanına belə olsa. Çünki dində hədəflər müşəxxəs və dəyişilməyən hikmətlərə çatmaq nəzərə alınmışdır,
2-Din hər cəhətli tərbiyəni nəzərə alır, yəni əgər bir cəhətin tərbiyəsin insanın başqa cəhətinə ziyan verici olsa din bu növ tərbiyəni düzgün və sonuclu olduğunu qəbul etmir,
3-Din müqəddəs hədəfləri bəyan edir ki, belə tərbiyədə insan üçün çoxlu çətinliklər asan nəzərə gəlir.


Bəlaları dəf etməyin 6 yolu hansılardır?


Bəlaları dəf etməyin 6 yolu hansılardır? Quran ayələri və hədislər bizə deyir ki, bəlalar və baş verən hadisələr Allah Təalanın bizə diqqət etdiyinin nişanəsidir. Nəql edirlər ki, bir nəfər Peyğəmbəri (s) evinə qonaq dəvət edir və Həzrət gələndən sonra bir toyuq divarın üstündə yumurtlayır. Həmin yumurta mıxın üstünə düşür və nə sınır və nə də yerə düşür. Peyğəmbər (s) bu mənzərəni görüb təəccüblənir. Ev sahibi Həzrətin (s) təəccübünün səbəbini soruşur və deyir: “Allaha and olsun ki, indiyə qədər mənə bir bəla çatmamışdır”. Bəs necə olur ki, bəzi əməllər böyük və daha acı bəlaların qarşısını ala bilir? Bunlara diqqət edək: 1. Dua. 2. Sədəqə. 3. Sileyi-rəhm. 4. Valideynə yaxşılıq etmək. 5. İstiğfar. 6. Təvəssül.


Ailədaxili münaqişələri həll etməyin yolları nələrdir?


Ailədaxili münaqişələri həll etməyin yolları nələrdir? Ailədaxili mübahislər - həyatın duzu-istiotudur. Ancaq bu duz bəzən həyatı o qədər şor edir ki, onun bir zərrəsinin belə dadına baxmaq olmur. Bəzən ərlə-arvad arasındakı münaqişə heç nədən baş verir. Kiçik narazılıqlar toplanır və bir gün yersiz mövzulara görə alovlanır. Kiçik mövzular elə şişirdilir ki, dava meydanına çevrilir. Hər tərəf özünü müdafiə edir və dostluq yollarını bağlayırlar. Sevgini soyudur və ürəklərin uzaqlaşmasına səbəb olurlar. Şirin kəlmələr öz yerini acı sözlərə və töhmətə verir. Etimad öz yerini etimadsızlığa verir. İsti baxışlar soyuyar və sevgi öz yerini kinə verər. Bu cür münaqişələrin həll yolu vardır ki, onlara nəzər salaq: 1. Qarşı tərəfin ehtiramını saxlayın. 2. Narazılığınızı təzahür etdirməyin. 3. Köhnə dəftərləri açmayın. 4. Həyəcanınızı kontrol etməyə çalışın. 5. Təqsirkar axtarmayın. 6. Fərqli olduğunuzu düşünün.


Bədəni təmizləmək üçün hansi tovsiyələr olunur?


Bədəni təmizləmək üçün hansi tovsiyələr olunur? Hər gün yağlı və ağır yemək yemək qaraciyərə əziyyət verər və onu təmizləməyə ehtiyac olar. Bunu təbii qidaların yardımı ilə edə bilərik. Bəs necə? (Tebyan saytına istinadən). Bədəni bəzi xəstəliklərdən amanda saxlamaq ucun bunlardan istifadə etmək tovsiyə olunur: 1. Limon suyu. Bədənimizin yağlardan və zəhərli maddələrdən təmizlənməsi üçün limon münasib meyvədir. 2. Qara turp və ənginar. Qara turp və ənginar da qaraciyərin fəaliyyətinə yardım edər və onu təmizləyər. 3. Bitki yağları: reyhan, tərxun və rozmarin. Bu bitki yağları da qaraciyərin fəaliyyətinə yardım edə bilir. 4. Mineral sular. Bədənimizin, xüsusilə də böyrəyimizin suya ehtiyacı vardır. 5. Ağcaqayın ağacı. Ağcaqayın ağacı bədən orqanlarının fəaliyyətini təhrik edər və bədəndəki zəhərli maddələri dəf edər. 6. Raziyana. Raziyana - həzmi rahatlaşdıran bitkilərdəndir.


Hegemonların zülmünü uzaqlaşdırmağın yollari hansilardir?


Hegemonların zülmünü uzaqlaşdırmağın yollari hansilardir? Insan izzətlidir və izzətini qorumaq ucun garak zulm qarshisinda sakit qalmasin buna gorə də Allah zulmu aradan aparmaqi lazim və zəruri buyurur: “Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf və mərhəmət sahibidir”. (“Bəqərə” 251). Amma Hegemonları yerinə oturtmaq üçün yollara işarə edək: 1. Özünə etimad etmək. 2. Hegemonlara qarşı mübarizə aparmaq. 3. Müdafiədə səbirli olmaq.


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir?


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir? Quranı özü ilə ayaqyoluna aparmağın şəri haramlığı yoxdur. (yəni əgər boynunda Quran ayələri olan adam ayaq yoluna gedəndə onu çıxartması lazım deyildir). Amma bəyənilir ki, çıxartsın. (Bütün müctəhidlərin dəftəri, və Təbrizi, İstiftaat, səh: 1927).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter