Səcdə etməyin 6 bərəkəti nələrdir?


Səcdə etməyin 6 bərəkəti nələrdir? Səcdə - bəndəliyin ən ali dərəcəsidir. İnsan səcdəyə gedən zaman özünü varlıq aləmi ilə həmahəng edir. “Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər”. (“Nəhl” 49). İmam Sadiq (ə) uzun səcdəyə getməyi həmişə tövsiyə edərdi. Bəs niyə bu qədər səcdə etmək tövsiyə olunur, faydası nədir? Bu faydalara diqqət edək: 1. Allaha daha yaxın olursan. 2. Şeytanın belini sındırar. 3. Günahlardan pak olar. 4. Dualar qəbul olar. 5. Behiştlik olarsan. 6. Peyğəmbərlə (s) məşhur olarsan.


Balığı alanda neçə şərti nəzərə alınmalıdır?


Balığ alanda iki şərtə riayət etmək gərəkir: 1-Bağlıq qəpikli olmuş olsun ki, 2-Sudan diri çıxarılmış olsun, həddi budur ki, yəqin olunmuş olsun ki, suda ölməmiş balıqdır. misal üçün tokla öldürülsə onda balığı yeməyə icazə verilmir, (yəni sudan diri çıxarıldıqdan sonra ölsə halaldır suda ölməsi onun haram olmasına səbəbdir).


Zülmün üç növü hansılardır?


Zülmün üç növü hansılardır? Zülm - ədalətsizlik, haqqı tapdalamaq və başqasının haqqına təcavüz etməkdir. “(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır”. (“Taha” 111).
Zülmün üç növü vardır: 1-Allaha qarşı zülm- ən ağır zülmlərdəndir ki, ardınca bəlalar gətirər. 2-İnsanlara zülm - insanlara edilən zülmdür və ya ictimai zülmdür. 3-Özünə zülm - Qədrini bilməmək və kamil insana layiq haqqı əda etməmək nəfsə edilən zülmdür.


İnsan həyatının 4 mərhələləri hansılardır?


İnsan həyatının 4 mərhələləri hansılardır? Ayə və hədislərə görə həyatın dörd mərhələsi vardır: 1-Təbii həyat. Maddi həyat mahiyyət baxımından heyvan həyatı ilə bərabərdir. Əgər insan həyatı ağıl, din və fitrət çərçivəsində tənzim olunarsa, bu zaman heyvani həyatdan fərqlənə bilər.
2-Mənəvi həyat. Mənəvi həyat – o həyatdır ki, iman, saleh əməl, gözəl əxlaqla bəzənmişdir. Bu həyata sahib olmaq üçün Allah Təalanın buyurduqlarına, Peyğəmbərin (s), İmamların (ə), mələklərin səsinə qulaq asmaq və həqiqətlərə inanmaq lazımdır.
3-Təyyibə həyat. Təyyibə həyat - mənəvi həyatın ən yüksək mərtəbəsidir. Bu fəzada insan ancaq Haqqın feyz və inayəti ilə yaşayır. Yer üzündə izzətli, şərəfli, layiqli şəxsiyyət kimi addımlayır.
4-Mələkuti həyat. Bu həyatın əsasında iman, saleh əməl, xüsusilə də gözəl əxlaq durur. Qiyamət günü gözəl əxlaqla zahir olacaqlar.


Zikr edənənlərin əldə etdikəri mənfəətlər nələrdir?


Zikr edənənlərin əldə etdikəri mənfəətlər nələrdir? İnsanlar hər halda mənfəət əldə etməyi özünə ehtiyaclı bir məsələ bilirlər. Çünki mənfəətdir ki, insanın geri qalmaqdan nicat verib və onun inkişafa gətirən amildir. Möminlər də zikr etməyi özləri üçün faydalı və xeyirli bildikləri üçün zikrlər edirlər. İlahi zikrin gətirdiyi faydalar bunlardır:
1) Zikrin gətirdiyi ilk fayda odur ki, Allah insanı yada salar. 2) Ürəyi aydınladar. 3) Ürəyin rahatlığına səbəb olar. 4) Günahlar bağışlanar. 5) Fikir qüvvəsini kontrol edər. 6) Qəmi aradan aparar. Bu faydaları nəzərə alaraq möminlər düşünməlidirlər ki, zikrləri onların xeyrinə və çoxlu çətinliklərini həll etməkdə çox mühüm rola malikdir.


Rəvayətlərdə bədəni gücləndirən və zəiflədən amillər nələrdir?


Rəvayətlərdə bədəni gücləndirən və zəiflədən amillər nələrdir? İnsan canı sağlam olsa ruhu və düşüncəsi də sağlam olub özünü ziyanlardan amanda saxlaya bilər. Buna görə də gərək mömin və müsəlman şəxslər öncə bilsinlər ki, hansı şeylər bədəni gücləndirir və hansı şeylər onu zəiflədir ondan uzaq dursunlar ki, bədən üzvlərinin davamlılığı cavanlıqda olduğu kimi daimi öz enerqiyasını saxlamaqda bir miqdar nailiyyətlər əldə etmiş olsun. Bu haqda rəvayətdə gəlmişdir: İmam Əli (ə): Dörd şey bədəni qüvvətləndirər: 1. Cinsi yaxınlıq olmadan alınan qüsül. 2. Ətir iyləmək. 3. Ət yemək. 4. Kətan paltar geyinmək. Dörd şey də bədəni arıqladar (zəyiflədər): 1. Dolu qarınla hamama getmək. 2. Qurumuş ət yemək. 3. Şor xörək yemək. 4. Ac qarına su içmək.


Behişti zamin edən əməllər rəvayətdə nələr olaraq gəlmişdir?


Behişti zamin edən əməllər rəvayətdə nələr olaraq gəlmişdir? Behişti qazanmaq bütün ağıllı insanların hədəf və məqsədidir. Amma bəzən mömin və müsəlmanlar bilmirlər ki, hansı əməllər etsinlər ki, ona layiqli olsunlar. Bunun cavabını əziz Peyğəmbərimizin hədisində oxuyuruq ki, həzrət buyurur: Peyğəmbər (s.a.a.s): Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum… 1. Danışanda (hədis deyəndə) yalan deməyin. 2. Verdiyiniz vədələrə xilaf çıxmayın. 3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin. 4. Öz gözlərinizi haramdan saxlayın (naməhrəmə baxmayın). 5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun (zina etməyin). 6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun (naməhrəmə əl verib görüşməyin).


İslam dininə görə dost seçməyin meyarları nələrdir?


İslam dininə görə dost seçməyin meyarları nələrdir? İnsan lap kiçik yaşlarından ahıl yaşlarına qədər fitri və təbii cəhətdən dosta ehtiyac duyur. Dost onu tənhalıqdan xilas edir. Ona görə də bir dostun insan həyatındakı yeri xüsusidir. İmam Əli (ə) dostluğun ədəbi və qaydası haqqında danışmış və bizlərə tövsiyə vermişdir ki, onlara işarə edəcəyik. (Tebyan)
İmam Əli (ə) dostlarla münasibətdə bəzi məsələlərin riayət olmasını zəruri hesab etmişdir. ibarətdirlər: 1. Allaha xatir dostluq. 2. Dostunu imtahan et, sonra seç. 3. Dostu ilə aşkarda və gizlində eyni olmaq. 4. Qarşılıqlı hörmət. 5. Bir-birinə yardım etmək. 6. Təşviq etmək. yaxşı işlərdə həvəsləndirici təsir etmələrin zərurəti, 7. Dost haqqında sözgəzdirənlərə qulaq asmamaq. 8. Dostun eyblərini özünə söyləmək. 9. Mehriban olmaq.


Sağlam olmaq üçün dinimizin tövsiyələri nələrdir?


Sağlam olmaq üçün dinimizin tövsiyələri nələrdir? Sağlamlığın qədrini bilmək üçün hədislərimizdə dəyərli tövsiyələr haqda deyilmişdir.
1-Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Dörd şeyi dörd şeydən əvvəl dərk et: cavanlığını qocalıqdan əvvəl, sağlamlığını xəstəlikdən əvvəl, sərvəti yoxsulluqdan əvvəl, həyatı ölümdən əvvəl”.
2-Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı Allahın razılığına, mələklərin dostluğuna səbəb olar, Peyğəmbər (s) sünnətidir, mərifət nuru, imanın kökü, bədənlərin rahatlığı, şeytanın narahatlıq mənbəyi, düşmən əleyhinə silah, duaların qəbul olma, əməllərin qəbul olma və ruzidə bərəkət mənbəyidir”. Yəni insan həqiqi nemətlərini qədrini bilməlir. Əlində olmayanlar haqqında çalışmaq əgər olan nemətləri zay edərsə insan həqiqi ziyan arxasındadır.


Ağlı zəiflədən amillər nələrdir?


Ağlı zəiflədən amillər nələrdir? İnsan həyatına kömək olan hər həyatın töhfəsi çox dəyərli nemət və sevindiri amildir. Sağlam vicdan bunu qəbul edir ki, insanın həyatında ən böyük nemət onun kamilləşən ağlıdır. Yəni hər nə qədər ağlı dərin və inkişaf yolunda olsa onun çətinliklərini həll etməkdə çox böyük rola malikdir. Buna diqqət yetirmək lazımdır ki, bəşər həyatı sevinclidir ki, ağlı var, amma ondan önməlisi budur ki, ağıl insan üçün lazımdır bir töhfədir ondan önəmli bir məsələ də var o da budur ki, ağlı zəifləmədən amanda saxlamaq. Buna görə deyirik ki, ağlın zəifləməməsi üçün onun səbəblərini tanımaq və müalicəsindən çalışmaq gərəklidir. Ağlı zəiflədən amillər rəvayətlər baxımında üç əsas amildir. Həzrət Musa ibn Cəfər (ə) buyurur: “Hər kim 3 şeyi 3 şeyə hakim edərsə, sanki ağlının məhv olmasına yardım etmiş olar:
1. O kəs ki, təfəkkür və düşüncəsinin nurunu uzun arzular ilə qaraldar. (uzun arzular bəşərin həqiqətdən qafilliyi və ya nadanlığı üzündən yaranır). 2. O kəs ki, hikmətinin sovqatını yersiz danışıqları ilə məhv və zay edər. (yersiz danışmalar insanın ölçülmüş əqlin hidayətindən faydasız qalmağa şərait yaradar) 3. O kəs ki, nəsihət nurunu öz nəfsani istəkləri ilə söndürər”. (Heç kimin sözünə əhəmiyyət verməz bu insanın təkəbbür və özünü üstün bilməklə geniş baxış verən ağılın faydalarından məhrum olar).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter