Halal ruzi qazanmağın 8 formulu nədir?


Halal ruzi qazanmağın 8 formulu nədir? İbadətin 70 bölməsi vardır. Onun ən böyük hissəsi - halal ruzi qazanmaqdır. Övladın atası üzərindəki haqqı budur ki, ruzisini halal yolla təmin etsin. İmam Sadiq (ə) buyurur: “Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək gəlirini halal etsin. Qarnında haram tikə olan heç bir bəndənin duası Allah dərgahına yuxarı qalxmır”. (Tebyan) Dinimiz halal ruzi qazanmağın formulunu müəyyən edib bizlərə çatdırmışdır. Onlara işarə edək: 1. Allahın Rəzzaq olduğunu qəbul edək. 2. Halal ruzi qazanmaq üçün səy et. 3. Qənaətcil ol və ailəni də buna adət etdir. 4. Hər bir haramdan çəkin. 5. Malının xümsünü ver. 6. Səhər tezdən iş başına get. 7. Sileyi-rəhm et. 8. Xoş əxlaqlı ol.


Namazda kişilərin paltarı necə olmalıdır?


Namazda kişilərin paltarı necə olmalıdır? Namazda kişilərə icazə verlir ki, qısa qollu paltarla və ya eləcə də gödək şalvarla misal üçün idman şalvarı ilə namaz qılsın, bir məsələyə diqqət gərəkir: bu icazə yalnız namazı tək qılandadır, yəni naməhrəm olan yerdə namaz cəmiyyətin hörmət həddə geyinilməsi lazım olan paltar geyinmək gərəkir.


Həftənin hansı günlərində evlənilmiş ailənin uşaqları müsbət xüsusiyyətli olurlar?


Həftənin hansı günlərində evlənilmiş ailənin uşaqları müsbət xüsusiyyətli olurlar? Ailə quruluşu üçün İslam maarifləri çoxlu qanunlar tənzim edib və demişdir valideynin hər cür hərəkəti uşaqın gələcəyində təsirlidir hətta buyurmuşdur ki, hansı gündə evlənmə mərasimi olsa o gündə olan toy günündə uşaqın dünyaya gəlməsi Allahın nemətlərindən olsa uşaq bu növ xüsusiyyətlərə malik olar: 1-Hər kəs birinci günün açlan gecəsi (bazar günü axşam) evlənsə, övladı din qorucusu olar, 2-İkinci günün açlan gecəsi, səadətə yetişən şəxs olar, 3-Dördüncü günün açlan gecəsi, hakim və ya alimlərdən olar, 4-Cümə gününü açlan gecəsi, güclü və bacarıqlı söz sahibi və minbərçi olar, 5-Cümə günün əsr vaxtında, övlad bilikli insanlardan olar, .... (və başqa İslami tövsiyələr var ki, onları da dini evləyə aid kitablara baxsanız məlumatınız daha da geniş olar).


Tövbənin qəbul olmasının mühüm şərti nədir?


Tövbənin qəbul olmasının mühüm şərti nədir? Tövbəninə ən önəmli şərti onun nə üçün etdiyi həmişə xatırlayıb keçmişinin ziyanlarını silməyə və gələcəkdə heç zaman birdə Allaha qarşı üsyan etməyəcəyinə dair iradəli və əzmli olmaqdır. ki, bu haqda Allah Taala buyurur: “(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır”. (“Maidə” 39). “Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!». (“Hicr” 56). (nəticə budur ki, Tövbənin 6 şərti olduğu kimi onların ən önəmli və o biri şərtləri düzgün hədəfə çatdıran amil insanın iradəli günahla mübarizəsidir, bir an qəflət və səhlənkarlıq bütün zəhmətləri məhv edir).


Sui-zənnin təsirləri və müalicəsinin yolları hansılardır?


Sui-zənnin təsirləri və müalicəsinin yolları hansılardır? Müsbət düşünmək - İslam dininin əxlaqi üsullarındandır. İslam dini buyurur ki, bir müsəlman nəinki yaxşı işlər görməli, həm də yaxşı düşünməyi də bacarmalıdır. İslam dini insanların haqqında pis düşünməyi bəyənmir. Sui-zənnin fəsadları və onu müalicə etmək üçün bu tösvsiyələr olunmuşdur:
Sui-zənnin təsirləri: - İmanın fəsadı, -Dinin məhvi, - Həyatı titrəyər. - Rahatlığın məhvi, -Başqalarıyla çəkişmək, -Həmişə qorxuda, - Həmişə fikirləşir ki, ona xəyanət edirlər. - Başqalarının sevgisini əldən verər...
Sui-zənnin müalicəsi: 1. İmanı gücləndirmək. 2. Sui-zənnin dünya və axirət ziyanları haqqında düşünmək. 3. Başqalarına nəzarət etməkdən çəkinmək.
4. Bizimlə necə rəftar edilməsini seviriksə, başqaları ilə də o cür rəftar edək. 5. Başqalarının səhvlərindən ibrət götürmək. 6. Ağıllı insanlarla məsləhətləşmək və nəsihət almaq.


Bəşər tərbiyəsində namazın təsirləri nələrdən ibarətdir?


Bəşər tərbiyəsində namazın təsirləri nələrdən ibarətdir? Namazın fərdi və ictimai tərbiyədə təsirləri ibarətdir: 1-Namaz bəşərin kamilləşməsinin bünövrəsi, 2-Namaz insanın günahlardan təmizlənməsi, 3-Namaz gələcək günahlar üçün ən böyük qorucuyucu, 4-Namaz qəflətdən amanda saxlayan, 5-Namaz rəzilə sifətlərdən uzaqlayan böyük kömək, 6-Namaz insani üstünlüklərin quruyucusu, 7-Namaz başqa əməllərin dəyərləndirilməsi, 8-Namaz nəzmlilik yaradan amil,


Həyat yoldaşına sevginin əhəmiyyəti necə dəyərləndirilir?


Həyat yoldaşına sevginin əhəmiyyəti necə dəyərləndirilir? Ailə - ən mühüm ictimai mərkəzdir. Bu ictimai mərkəzi ərlə arvad təşkil edir. Övlad ilk olaraq burada tərbiyə görər və sonra isə cəmiyyət okeanına daxil olar. Əgər cəmiyyətə diqqətlə nəzər salsaq, görərik ki, ailə, ailə mədəniyyəti, ailə münasibətləri, ailə əxlaqı cəmiyyəti meydana gətirir. Heç bir şey ailənin yerini verə bilməz – nə məktəb, nə uşaq bağçası, nə ali məktəblər. Əgər ailə ocağı isti olarsa, əgər ailədə sevgi olarsa, cəmiyyətə təhvil verilən övladlar da gözəl və tərbiyəli olar. Əgər ailədə daima dava və səs-küy varsa, uşaqların gül varlığı solar və bu halda cəmiyyətə təhvil verilmiş olarlar. (Tebyan) Müqəddiməmizincə sonra belə bir nəticəyə gəlirik ki, İnsanın sönməz ehtiyacı olan rahat yaşamasına səbəb olan evlilikdən gələn aramlıq heç bir dünya varlıqlarında tapmaq mümkün deyildir. Bu məzmunun İlah ayədən anlayırıq ki, buyurur: Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).


Bəyənilən və bəyənilməyən ümidsizlik hansilardir?


Bəyənilən və bəyənilməyən ümidsizlik hansilardir? Çox sayda Quran ayələri və hədislər vardır ki, bizi Allaha qarşı ümidsiz olmaqdan çəkindirir. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53). Bu ayəyə diqqət etməklə belə bir nəticə çıxarmaq olur ki, ümidsizlik neçə növdür: 1-Bəyənilən ümidizlik. Bəyənilən ümidsizlik - Allahdan qeyrisinə görə olan ümidsizlikdir. İnsan ancaq Allahı feyz mənbəyi bilməlidir.
səbəbini də İmam Sadiqin (ə) hədisində axtarıb tapdıq ki, buyurur: “Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olandan ümidini kəssin”. 2-Bəyənilməyən ümidsizlik. Xaliq Rəhman Allah buyurur: “Ey, bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən”. (“Ali-İmran” 26). İnsanın xəarətidir belə bir Allah ümidsiz olması.


İlahi tofiqata (köməklərə) çatmağın 4 yolu hansılardır?


İlahi tofiqata (köməklərə) çatmağın 4 yolu hansılardır? İlahi tofiqat elə bir nemətdir ki, Allah bəzi bəndələrinə inayət edər. İnsan onun bərəkəti sayəsində mənəvi əməl meydanında dini hədləri aşmır, həqiqətdə ismət məqamına çatır. İlahi tofiqi cəlb etməyin 4 yolu: 1. Tofiq əldə etmək üçün ibadət. 2. Ata və ananın duası. 3. Tofiqi cəlb etmək üçün çalışmaq. 4. Allahın nemətləri haqqında düşünmək.


Ürəyin pas bağlamasına səbəb olan amillər nələrdir?


Ürəyin pas bağlamasına səbəb olan amillər nələrdir? İnsanın həqiqəti ruhunun Allaha yaxın olması ilə məna kəsb edər. Lakin o zaman ki, insan dünya həyatında Allahdan uzaq olar, həmin həqiqəti əldən vermiş olar. Quran ayələri bəzən bunun səbəbini ürək qəsavətində görür. Yəni insanın ürəyini, gözünü və qulağını elə pərdə bağlayır ki, həqiqətləri qəbul edə bilmir. Bu pərdə nəhayət qəsavətə çevrilir. Əgər insanın ürəyini qəsavət bağlayarsa, Allah qorxusu ona yaxın olmaz və ürəyində nə qorxu olar və nə də meyl. Bir xətib insanlara moizə deyər, lakin onun bu dediklərinə reaksiya verənlərin sayı müxtəlif olar. Biri o qədər təsirlənər ki, ürəyi gedər. Başqası isə nəyin baş verdiyini bilməz. Bəlkə həmin şəxsin qəşş etməsinə təəccüb edər. (Tebyan) Ürək qəsavətinin amilləri: 1. Nəfspərəstlik. 2. Dünya sevgisi. 3. Günahların çox olması. 4. Uzun arzulara malik olmaq. 5. Yeməkdə ifrat etmək. 6. Cəhalət. 7. Şeytan vəsvəsəsi. 8. Qadınlarla oturub-durmaq. 9. Əti çox yemək. 10. Çox yatmaq. 11. Mal toplamaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter