Əli (ə)-ın baxışında əğıl və səbrin dəyəri necə tanıtdırılmışdır?


Əli (ə)-ın baxışında əğıl və səbrin dəyəri necə tanıtdırılmışdır? İmam Əli (ə) səbri və əğlı insanın inkişafı və səadətə çatmağı üçün böyük nemət bilərək belə buyurur: \"Səbir bir örtükdür və pərdədir örtəcək, və ağıl qılıncdır kəsəcək, (belə nemətlərə malik olduğun halda) nəticədə Əxlaqi nöqsanlarını səbirlə ört və düzəltməklə məşğul ol, və daxili nəfsani istəklərini kəsən ağlınla aradan apar və müalicə etməkdə ondan istifadə et\".


Camaatla rabitəni gücləndirən amillər nələrdir?


Camaatla rabitəni gücləndirən amillər nələrdir? Allah Taala insanın təkcə yaşamaq üçün yaratmamışdır. Bəşər yarandı ki, cəmiyyət daxilində inkişaf etsin və inkişaf etdirsin. Xoşbəxt insan o şəxsdir ki, cəmiyyət daxildinə saf qalsın və başqalarını da paklığa dəvət etsin. Camaat içində inkişaf etmək və düzgün yola hidayət etdirmək üçün bəzi işləri hamı görməlidir. İslam maariflərinə baxdıqda görürük ki, Alimlərin camaatla get-gəlini gücləndirən amillər bunlar olmuşdur: 1-Caamatla olub camaatın xeyrini düşünmək, 2-Zahidlik və qənaətçilik, 3-Əməl meydanın zəhmətkeş olsun, 4-Xalqın inkişafı üçün yol göstərmək və hidayətçilik xüsusiyyətinə malik olmaq.


Cavanlıqda ediləcək ən gözəl işlər hansılardır?


Cavanlıqda ediləcək ən gözəl işlər hansılardır? İnsanın həyatının ən dəyərli və xeyirverici dövrü onun ömrünün baharı olan cavanlıq anlarıdır. Bu dövrün qədrini bilmək insan üçün faydalı olar çünki cavanlığı əldən verəndən sonra insan başa düşür ki, dünyanın ən böyük sərmayəsini əldən vermişdir. Bu dövrdə hansı işləri görmək olar ki, o dövr üçün layiqli əməllər olsun. Bu haqda İslam təlimləri bizə deyir ki, Cavanlıq dövründə görüləcək layiqli əməllər bunlardır: 1-Elm əldə etmək, 2-Allaha bəndə olub ibadəti ilə məşğul olmaq, 3-İş və çalışqanlıqla məşğul olmaq, 4-Allaha qayıdıb onu tanımaqla tövbə etməyə çalışmaq, 5-Daxilini paklayıb inkişaf yolunda addımlamaq, 6-İdman edib cismi inkişaf etdirmək, 3 şeyə diqqətlə mümkündür: 1-ehtiyac həddə yatmaq, 2-Ehtiyac həddə yemək, və 3-İstirahətə diqqət etmək,


Tərbiyədə işlənəcək yollar hansılardır?


Tərbiyədə işlənəcək yollar hansılardır? İslam tərbiyəsi keçmiş suallara cavablarımızda bəyan etdik ki, çox üstünlüklərə malikdir, o cümlədən İslami tərbiyə hər cəhətli inkişafı həm maddi və həm də mənəvi tərbiyə önəm vermişdir. Amma bəzən insanlar məqsədlərini müqəddəs tuturlar yollarını bilmədiklərinə görə istənilən hədəflər çatmırlar ya da naqis çatışlarına görə narahat olurlar. İslami maarifə diqqət edəndə görürük ki, İslam təlimləri bizim müqəddəs hədəflərə çatmamız üçün yolların düzgün olmasını belə açıqlayır ki, gərək tərbiyən edən şəxs öncə tərbiyə alan şəxsi nəzərə alaraq ona uyğun yolları işlətsin. Sonra hədəfi arxasınca olsun. Amma gələk sualımızın cavabına ki, tərbiyədə işlənəcək yollar bunlardan ibarətdir: 1-Alimləri İslama hidayət etmək üçün gərək İslamın möhkəm hikmət və dəlillərini onun üçün aydınladağ, 2-Uşaqlar üçün, Dastan, nağıl və nəsihət etmək yolu ilə, 3-Yolunu azmışların tərbiyəsi üçün onun vəziyyətinin nə ziyan verəcəyindən bəyanat vermək, 4-Möminləri daha da uca məqamlara çatdırmaq məqsədi ilə tərbiyə edəndə olduqları saleh əməllərin içində nələr qazanadıqlarını xatırlatmaq, 5-Misal və oxşatma ki, bütün insanları üçün işləkdir.


Yüksək əhvali-ruhiyyə əldə etmək üçün əməli tövsiyələr nələrdir?


Yüksək əhvali-ruhiyyə əldə etmək üçün əməli tövsiyələr nələrdir? Həyat bəzən bizim üçün çox yorucu olur, iqtisadi çətinliklər, ailə problemləri, tıxaclar... həyatımızı acılaşdırır. Belə olan halda necə şad olmaq olar ki? Elə bir əsrdə yaşayırıq ki, stress həyatımızın bir parçasına çevrilmişdir. Stress bütün xəstəliklərin anasıdır. İnsan əgər sağlam olmaq isrəyirsə? bu stressin miqdarını azaltmalı və şad olmağa çalışmalıdır. Ona görə də həyatımıza yaxşı rəhbərlik etməliyik. Bu çağırılmamış qonağın təsirini azaltmalı, onun meydana gəlməsi üçün şərait yaratmamalıyıq. Şad olmaq və şad yaşamağın çox faydaları vardır. İnsanlarla olan rabitəyə müsbət təsir qoyar. Ömrü uzadar, insanın yaşını olduğundan az göstərər. Bəs bunun üçün nə etməli? 1-Allahla rabitə qurmaq. 2-Vəzifəyə əməl etmək. 3-Nemətləri xatırlamaq. 4-Səhər yuxudan tez durmaq. 5-Həyat yoldaşı seçimi. 6-Mühiti yaxşılaşdırmaq. 7-İdman. 8-Nəzmli olmaq. 9-Rəng. yeni bəzi rənglər vardır ki, insanı qəmgin edər. Lakin bəzi rənglər əksinə, insana sevinc gətirər. Belə ki, əziz İmam Rza (ə) nə zaman süfrədə göyərti olmazdı, orada əyləşməzdi və buyurardı: “Göyərti - süfrənin zinətidir”. 10-Səyahət. 11-Su. Suya tamaşa etmək və onunla təmas etmək insana sevinc gətirər. 12-Xoş ətir vurmaq. 13 Dünyaya bel bağlamamaq.


Narahatlıqdan qurtularaq, xoşbəxt həyat yaşamağın reseptləri nələrdir?


Narahatlıqdan qurtularaq, xoşbəxt həyat yaşamağın reseptləri nələrdir? -Dünən tarixin bir hissəsidir, sabah isə sirrdən başqa bir şey deyildir.
Yuxarıda dediyimizə diqqət etsəniz, sizin ruhiyyəniz yaxşı olacaqdır. Tədricən əvvəlki şadlığınıza qayıdacaqsınız. O zaman lazımlı stimulu əldə etməyə davam edəcəksiniz. Narahatlıqdan qurtularaq, xoşbəxt həyat yaşamağın reseptlər aşağıdakılardan ibarətdir: 1. Ancaq bu günü və özünüzün indiki vəziyyəti haqda düşünün. Keçmiş və gələcək qapılarını üzünüzə bağlayın. 2. Başqaları tərəfindən möcüzə intizarında olmayın, özünüz möcüzə yaradın. 3. Bəd şanslılıq kimi mənfi sözlərdən uzaq olaraq, öz gücünüzü bir neçə dəfə artırın. 4. Başqalarının yersiz sözlərinə əhəmiyyət verməyin, özünüz, öz həqiqi aqibətiniz üçün yaşayın, başqaları üçün deyil. 5. Öz istedad və qabiliyyətinizə imanınız olsun. Onun üçün proqram qurun. Başqalarının əsassız sözlərinə əhəmiyyət verməyin.


İnsan nə üçün evlənməyə ehtiyaclıdır?


İnsan nə üçün evlənməyə ehtiyaclıdır? Evlənmək İlahi bəyənilmiş qanundur ki, Peyğəmbər (s)-ın böyük və çox qiymət verilmiş sünnətlərindəndir. Evlənməyin sünnət olmasına görə bəşər sübaylıqdan uzaq qalsın, əql də hökm edir ki, insan evlənməyə əhəmiyyət verməlidir. Çünki bəşərin bəzi ehtiyacları var ki, onların kamil sürətdə təmin etməyə daha yaxın olan dövrü onun ailəyə sahib olmasıdır. Evlənməyin zərurətliyini aydınladan ehtiyaclar: 1. Fiziki ehtiyaclar. 2. Təhlükəsizlik ehtiyacları. 3. Sevgi ehtiyacları. 4. Şəxsyyət ehtiyacları. 5. Kamala olan ehtiyac. 6. Mənəviyyata ehtiyac.


Rəcəb ayında gündəlik namazlardan sonra oxunan dua hansıdır?


Rəcəb ayında gündəlik namazlardan sonra oxunan dua hansıdır? Rəcəb ayında gündəlik namazlardan sonra oxunan dua
-Yə mən ərcuhu li kulli xayr. Və ə mənu səxatahu ‘ində kulli şərr. -Yə mən yu’til-kəsi_ra bil-qalil. -Yə mən yu\'ti mən sə-ələhu, -Yə mən yu’ti mən ləm yəs\'əlhu, və mən ləm yə’rifhu, təhənnunən minhu və rahməh. -Ə’tini biməs’ələti iyyəkə, cəmi ’ə xayrid-dunyə və cəmi’ə xayril-ə xirah. -Vəsrif ənni biməs’ələti iyyəkə, cəmi’ə şərrid-dunyə və şərril-əxirah. -Fə innəhu ğayru mənqusin mə ə’taytə, və zidni min fazlikə yə kərim, -Sol əlinlə başını və ya saqqalını tut və sağ əlinin şəhadət barmağını qibləyə tərəf yönəldərək, xuzu və xuşu halında de: Yə zəl-cələ li vəl-ikra m. Yə zənnə’mə-i vəl cud. Yə zəl-mənni vəttavl. Hərrim şəybəti ələn-nər, hərrim şə’ri ələn-nər, hərrim cəsədi ələn-nər. Qeyd: Altında _ işarəsi olan hərflər oxunarkən, səs 2 dəfə uzadılır.


İnsanlar arasında əlaqənin kəsilməsinə səbəb olan 3 amil hansıalrdır?


İnsanlar arasında əlaqənin kəsilməsinə səbəb olan 3 amil hansıalrdır? Qohum-əqrəba ilə get-gəl etmək İslam maarifi tərəfindən çox önəm verilmiş məsələlərdən biridir. Bu əlaqənin möhkəm və davamlı qalması üçün çalışqanlıq bütün müsəlmanların borcudur. Bu əlaqənin davamlı və yaxşı qalması üçün gərək bəzi əməlləri görək və bəzi əməllərdən uzaq duraq ki, bu sualımızda o amillər haqqında soruşuruq ki, dostluğu pozan səbəb kimi deyilmişdir. Sualımızın cavabını məsumların bulaqından bir damla hədislə cavablandırırıq. İmam Sadiq (ə) buyurur: “Qardaşlar öz aralarında üç şeyə ehtiyac duyurlar. Əgər istifadə etsələr, dostluq yaranar, əks halda bir-birindən ayrılar və düşmən də olarlar. Bu üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-biri ilə mehriban olmaq, bir-birinə həsəd aparmamaq”. (Tebyan) Deməli, əlaqənin kəsilməsinə səbəb olan 1-ci amil: -bir-birinə qarşı insaflı olmamaq. 2-ci amil: bir-birinə qarşı mehriban olmamaq. 3-cü amil: həsəd aparmaqdır. Hədisin söylədiyinə görə, bu üç amil insanı başqalarından uzaq salar və hətta düşmən belə edə bilər.


Din elmlərinin insan həyatında təsiri nələrdir?


Din elmlərinin insan həyatında təsiri nələrdir? Elm insan üçün çox dəyərli xəzinədir. Odur ki, insanı hər cürə ziyan verici əməllərdən uzaq saxlayır. Bu xüsusiyyət Dini elmlərdə daha gözə çarpır. Çünki baxırıq ki, İslam tərbiyəsi bəşərin inkişafı üçün hərcəhətli cavab verici qüvvəsini nümayiş etdirir. Bu müqəddimə ilə deyirik hər kəs İslam maarifini əldə edərsə 3 faydanı əldə edər: 1-Dini elmi olanın dözümü və işində davamlı çalışqanlığı artar. 2-Çətinliklərə qələbə çalmaq, Yəni elmsiz insan heç bir xoşagəlməzəyən qarşısında təslim olmağı qəbul etmir. Dini elm bizə öyrədir ki, hadisələrin hamsı haqqında elm lədə etmək bəzən mümkün deyildir. 3-Əməlin gözəlləşməsi, Dini elmi olan şəxs bilər ki, necə əməl etsəm həm dünya və həm də axirət ehtiyaclarım təmin olunsun. Dini elmin yayılması cəmiyyətin oyaqlığına gətirib çıxan və eləcə də bəşəriyyətin çirkin əxlaq və əməllərdən amanda qalmasına yardım edən amildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter