Hansi surədir ki, nazil olan zaman 70 min mələk onunla nazil oldu?


Hansi surədir ki, nazil olan zaman 70 min mələk onunla nazil oldu? İmam Sadiqdən (ə) nəql edilir: ““Ənam” surəsi elə bir halda nazil oldu ki, 70 min mələk onu müşayiət edirdi. Siz də onu əziz və böyük tutun, çünki Allahın mübarək adı onun 70 yerində gəlmişdir. Əgər insanlar bilsəydi ki, onu oxumağın nə faydaları vardır, heç bir zaman onu tilavət etməyi tərk etməzdilər”. Bu surədə ən mühüm mövzular: - Tövhid, Allah əzəmətinin nişanələri, qüdrət və rəhməti. - Vəhyə, nübuvvətə, risalətə, məada, qiyamətdəki əqaidə aid mövzular. - Dördayaqlılara aid əhkam və məsələlər. - Həzrət İbrahimin (ə) dastanı, kafirlərlə əqaid münazirələri, elmi və əməli dəlillər. - Əxlaqi və ictimai tövsiyələr, o cümlədən: ata-anaya yaxşılıq, yetimlərə ehsan, ədalətə riayət etmək, əhdə vəfa etmək, şirkdən çəkinmək.


Tərəqqi yolu üçün ən ciddi amil nədir?


Tərəqqi yolu üçün ən ciddi amil nədir? Təvqa və ruhuna hakim olmaq insanın ən böyük tərəqqi amildir. ki, bu haqda Əmirəl-Mömininin (Ə) hədisində gəlmişdir: İmam Əli (ə) buyurur: “Ey insanlar! Həqiqətən, Allahdan çəkinmək - hər bir qapının açarıdır. Axirət evinin dəyərli ehtiyatı, hər növ qulluqdan azad olmaq vasitəsi, hər bir həlakətdən nicata səbəb olar. Təvqanın sayəsində təkamül axtarışında olan qələbəyə tərəf qanadlarını açar və bədbəxtlikdən nicat tapar, hədəfi olanlar və kamal axtarışında olan cəmiyyət hər bir hədəfə və ali arzuya yüksələr”.


Rəvayətlərdə həqiqi möminin xüsusiyyətlərindən sayın?


Rəvayətlərdə həqiqi möminin xüsusiyyətlərindən sayın? Həqiqi möminə edilən bəzi tövsiyələrə nəzər yetirək ki bu tösviyələrə riayət etməklə möminliyə addımlaması da xatırlatmalıyıq. İslam maariflərinə əsasən xüsusən də Quran ayələrinə əsasən bu xüsusiyyətlər mömin şəxsdə cəmləşər: 1-Yoxsullarla dost olun. -Həzrət Peyğəmbər (s) buyurur: “Pərvərdigara! Məni miskin et və miskin öldür! Məni miskinklərin zümrəsində məhşur et!”. 2-Dua etməyi unutmayın. -Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Elə bir müsəlman yoxdur ki, dua etsin, məgər o halda ki, duası qəbul olsun. Ya dünyada yerinə yetər, ya təxirə düşər və axirət ehtiyatı olar. Ya da günahlarının kəffarəsi hesab olunar”. 3-Hər bir halda səbirli olun. Sübhan Allah buyurur: “Allah sabirlərə kamil şəkildə mükafat verər”. 4-Allaha təvəkkül edin. Allah Təala buyurur: “Əgər Allaha iman gətirmisinizsə Ona təvəkkül edin”.


İmam Əlinin (ə) nəzərində imanın mahiyyəti, əsasları, növləri, həqiqəti, nişanələri nələrdir?


İmam Əlinin (ə) nəzərində imanın mahiyyəti, əsasları, növləri, həqiqəti, nişanələri nələrdir? “Nəhcul-bəlağə” kitabında iman mövzusunun xüsusi əhəmiyyəti vardır. Ondan bəzi nümunələrə işarə edək: İmanın növləri “Bəzi imanlar ürəkdə qərar tutur, bəziləri isə ürəklə sinə arasında”. -İmanın əsasları. İman dörd əsas üzərində sabitdir: səbir, yəqin, ədalət və cihad. -Yəqin dörd şöbədən ibarətdir: zirəkcəsinə olan bəsirət, alimcəsinə dərk etmək, keçmişdən ibrət götürmək, keçmişdəkilərin yolu ilə getmək. ...


Müsəlmanliqin əsas 3 wərti nələrdir?


Müsəlmanliqin əsas 3 wərti nələrdir? Quran ayələrindən və hədislərdən bu nəticəyə gəlmək olur ki, İslam dini üç ünsürdən ibarətdir: iman, əməl və əxlaq. (Erfan) İmanı İslam maarifini öyrənərək və Rəbbani alimlərə qulaq asaraq əldə etmək olar. Əməl isə vacibləri yerinə yetirmək və haramlardan çəkinməkdən ibarətdir. Bunu da vacibləri öyrənərək və haramları tanıyaraq yerinə yetirmək olar. Gözəl əxlaqa isə onu tanıyaraq və təmrin edərək malik olmaq olar. Bu üç həqiqət, açarın üç dişinə bənzəyir. Əgər bu açar insanın əlində olarsa, dünya və axirətdə bütün qapıları aça bilər. Xüsusilə də Allahın rəhmət qapılarını. İlahi feyzdən bəhrələnər və İlahi qürbə yaxınlaşar. ...


Vasvasılıq - əslində ruhi xəstəlikdirmi?


Vasvasılıq - əslində ruhi xəstəlikdirmi? Vasvasliq insanin boyuk cətinliklərindən biridir ki bəndəliyi ucun mane olaraq qəbul olunur. Misal ucun: Bir çoxları şəkk edər ki, dəstəmazları pozulub, ya yox. Hədisdə oxuyuruq ki, şeytan insanın fikrinə nüfuz edər və dəstəmazının batil olduğunu söyləyər. Bu fikirə etina etmək olmaz. İnsan gərək yəqin etsin ki, dəstəmazı pozulmuşdur. Məsələn, yatmışdır. Əgər şəkk etsə ki, yatmışdır, yoxsa yox, dəstəmazı pozulmaz. Dəstəmaz şəklə batil olmaz. Əgər biz bunu bilsək, halımız yaxşı olar. Bu misal wəri bir məsələ olaraq gətirildi eləcədə weytan insanin etiqadinda da nufuz edər ki momin waxs diqqat etmalidir ki məlun weytanin hiylələri onu yoldan cixarmasin.


Allahı tanımağın 5 bərəkəti nələrdir?


Allahı tanımağın 5 bərəkəti nələrdir? Məsumların (ə) nəzərinə görə, Allahı tanımaq özü ilə 5 bərəkət gətirər: 1. Yaranmışlardan ehtiyacsız olmaq. 2. Dünyaya qarşı laqeyd olmaq. 3. Allah qarşısında təvazökar olmaq. 4. İlahi təqdirə razı olar. 5. Allah qorxusu.


Hansı dəstə insanla dost olmaq olmaz?


Hansı  dəstə insanla dost olmaq olmaz? Elə insanlarla dostluq edin ki, sizinlə eyni səviyyədə olsun. Yaxşı olar ki, mənəvi cəhətdən bizdən üstün olanlarla yoldaşılıq edək. (Tebyan) İmam Baqir (ə) buyurur: “Atam mənə tövsiyə etmişdir ki, bir neçə nəfərlə nə yoldaş olum, nə onlarla yol gedim və nə də onlara söz deyim. Soruşdum ki, kimlərdir? Buyurdu: 1. Yalançı. (Sənə uzağı yaxın və yaxını uzaq edər). 2. Fasiq və günahkar. (Səni bir tikədən azına satar). 3. Axmaq. (Sənə xeyir vermək istəyir, ancaq ziyan vurur). 4. O kəs ki, qohumları ilə əlaqəsini kəsmişdir. (İlahi rəhmət ona şamil olmaz)”.


Hicabı qorumağın hikmətləri nələrdir?


Hicabı qorumağın hikmətləri nələrdir? Hicaba riayət etmək hər bir müsəlman qadının vəzifəsidir. Hicabı hifz etməyin bəzi hikmətləri vardır ki, onlara işarə edək: 1. Cəmiyyətin psixologiyası sağlam olar. 2. Qadının şəxsiyyəti qorunar. 3. Ailənin abrı qorunar. 4. Ailə bağları möhkəm olar. 5. Cəmiyyət hüzurlu olar. 6. Əxlaqsızlığın qarşısını alar.


Allah Təalanın 2 imtahanı hansılardır?


Allah Təalanın 2 imtahanı hansılardır? Allah insanları iddiaları və gücləri qədərincə imtahana çəkər ki, dediklərində nə qədər sadiq olduqlarını özlərinə göstərsin. ki, bəzi insanlar düşünüb hansı həqiqətə uyğun olduqlarını bilərlər amma bəziləri təssüf olsun ki, çoxlu səhv addım və yollara düşərlər. ki, Bu dünyada insanların imanı dəyərləndirmək üçün Alla onları iki imtahana çəkər: İlk imatahan Allah yolunda edilən cihaddır. Allah iman iddiasında olanlar üçün döyüş meydanı hazır edir. İkincisi: İmtahan isə Allaha, özündən qeyrisi ilə münasibətdən imtahana çəkər, Yəni mömin dostu ilə düşməni arasına sərhəd qoymalıdır. tələbi önünə gətirər. və mömin şəxsə başa salsın ki, iman iddiası mömin şəxslərə fayda vermək və İSlam düşmənlərindən uzaq qalmaqla təsdiqlənə bilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter