Təvəkkül neçə cür olur?


Təvəkkül  neçə cür olur? Nə zaman çətinliyə düşsək, fikir tərzimizə və əməllərimizə diqqət edib görürük ki, Allahı nə qədər zəif hesab etmişik. Halbuki, zahirdə Onu qüdrətli və əzəmətli hesab edirik. Lakin batində tamamilə başqa cür əməl edirik. (Tebyan) Amma İslam maarifindən istifadə olunan mətləblərdə Təvəkkül üç cəhətdə olmalıdır: etiqadda, yardımda, hacətdə
Cəbrayil (ə) təvəkkülü bu cür mənalandırmışdır: “Bunu bilmək ki, məxluq nə ziyan vurur və nə də fayda verir, nə bir şey verir və nə də bir şeyin qarşısını ala bilir və insanlardan ümid gözünü çəkməkdir”. “Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz”. (“Zumər” 36).


Oruc tutmağın zərərindən qorxma səbəbindən, oruc tutmayan şəxsin hökmü nədir?


Oruc tutmağın zərərindən qorxma səbəbindən, oruc tutmayan şəxsin hökmü nədir? Əgər bir şəxs güclü üzrü səbəbindən, əlli faiz güman edir ki, oruc tutmaq ona vacib deyildir, və bu səbəbdən də oruc tutmaya, amma sonradan məlum ola ki, oruc tutmaq ona vacib idi, qəza və kəffarə cəhəhətindən hansı hökm öhdəsinə gəlmişdir? Cavab: Əgər bilərəkdən ramazan ayının orucunu əlli faizlik güman edərək ki, oruc tutmaq ona vacib deyildir gümanı ilə, orucu batil etmişsə, verilən və təsəvvür olunan sualda qəzadan əlavə kəffarə də ona vacibdir. Amma, əgər oruc tutmamaq zərərin yetişməsindən qorxu səbəbindən ola, və qorxu da əqli baxışa söykənmiş olmuş ola, kəffarə vacib deyildir, amma onun öhdəsinə qəzası düşür.


Hamilə qadının oruc tutmasının hökmü necədir?


Hamilə qadının oruc tutmasının hökmü necədir? Aya oruc tutmaq hamilə qadın üçün ki, bilmir oruc tutması qarnındakı uşaq üçün zərərlidir yoxsa yox, vacibdirmi? Cavab: Əgər oruc tutması nəticəsində, qarnındakı uşaq üçün zərərli olmasına qorxusu olsa, və bu qorxu da əqli dəyərləndirmə ilə qəbul olunan baxış olsa, oruc tutmaması vacibdir, yəni bu haldan başqa vəziyyətdə oruc tutmaq vacidir (Yəni hamilə qadın bilə ki, oruc tutması uşağa heç bir çətinlik yaratmaz və ya həkim deyə ki, oruc tutmanın hamiləliyi üçün heç bir çətinliyi yoxdur oruc tutması vacibdir)


Həkimin qadağası ilə oruc tutmayan şəxs, sonralar əksinə yəqin etsə, vəzifəsi nədir?


Həkimin qadağası ilə oruc tutmayan şəxs, sonralar əksinə yəqin etsə, vəzifəsi nədir? Əgər həkim bir xəstəyə deyə ki, oruc tutmaq sizin üçün zərərlidir, və o da bu sözlə oruc tutmaya, amma bir neçə ildən sonra başa düşə ki, oruc tutmaq onun üçün zərərli deyilmiş, və həkim təyin etməsində səhvə düçar olmuşdur. Tutmadığı orucların qəzası və kəffarəsi varmı sualını Xamenei həzrətlərinin cavabı:?
Əgər mütəxəssis, əmanətdar və ya xəstəliyini oruc tutmağa ağıl qəbul edən maneə olaraq qəbul edərək, oruc tutmasa, belə vəziyyətdə tutmadığı orucların təkcə qəzası onun öhdəsinə düşür.


Nəcis su ilə qüsl almış oruc tutanın hökmü necədir?


Nəcis su ilə qüsl almış oruc tutanın hökmü necədir? Əgər bir şəxs ramazan ayında nəcis su ilə qüsl ala (və elə hallı) bir həftədən sonra başa düşə ki, qüsl aldığı su nəcis imiş, namaz və orucunun hökmü bu müddətdə necə olur sualını Xamenei həzrətləri belə cavablandırır:
\"Nəcis su ilə qüsl almış şəxs elə hallı bir müddət namazı qıldıqdan sonra başa düşə su nəcis imiş, namazı batil və qəzası vacibdir. Amma Nəcis su ilə qüsl alıb oruc tutan şəxsin bilmədən olan vəziyyətdə orucu düzgündür. (yenidən pak su ilə qüsl alıb qalan günlərininin orucunu yeni qüslla davam etməlidir.)


Oruclunun yediyini geri gətiməsi ilə orucu batil olurmu?


Oruclunun yediyini geri gətiməsi ilə orucu batil olurmu? Oruc tutan şəxs bilərəkdən istər xəstə olsun istər olmasın yediyini geri gətirməyə çalışsa və gətirsə, istər çarəsizlik üzündən, orucu batildir. Amma, bilmədən və ixtiyarsız yedikləri geri gəlsə orucu batil deyildir.


Şəhid Mütəhhərinin baxışında orucluğun mənəvi cəhəti necə tanıtdırılır?


Şəhid Mütəhhərinin baxışında orucluğun mənəvi cəhəti necə tanıtdırılır? Ustad Mütəhhərinin sözündə ramazan ayının mənəvi cəhəti budur ki, naqis insanlar sağlam insanlara çevrilsinlər, sağlam insalar isə kamilliyə və Allaha ibadət üçün hərəkətdə olsunlar. Ramazan yəni paklanma və ruhu lazımi məqsədinə tərəfə hərəkət verməkədir.


Qeyb əsrində möminlərin çəkdiyi çətinliklər nələr olar?


Qeyb əsrində möminlərin çəkdiyi çətinliklər nələr olar? İmam Zaman (ə.f) əsrinin dindarı olmaq hər bir müsəlman üçün çətin və ağırdır. O yerə qədər ki, ancaq çox imanlı insanlar ayaqda qala bilir və dinlərini qoruyan zaman sabitqədəmdirlər. Bunun üçün də önəməli məsələlərdən biri də budur ki, bilək qeyb zamanı mömin və dindar müsəlman şəxslər hansı çətinliklərlə üz-üzə gələ bilərlər. onları tanımaqla yolazmışlardan olmamaq üçün lazımlı addımları atmaq lazımdır. Qeyb zamanı dindarların çəkdiyi çətinliklər ibarətdir: 1. Ürəkləri sərtləşər. mütləq İslama itaət qarşısında süstlük göstərərlər. 2. Can qorxusu. mal və ailənin çətinlikləri ilə üzləşmsi bəhanəsi ilə qorxaraq ilahi imtahanlardan kəsilərlər. 3. Haqqı batildən ayırmaq çətin olar. 4. Əhli-beyt (ə) davamçılarına edilən hörmətsizlik. 5. Aralarında münaqişə edərlər.


Orucluq yeməyində, nələrdən istifadə etmək tövsiyə olunur:


Orucluq yeməyində, nələrdən istifadə etmək tövsiyə olunur: Ramazan ayında oruc tutan şəxsə bəzi meyvə və ləbəniyyatlardan istifadə etmək tövsiyə olunur: 1-Ağır həzm olunan zərərsiz yeməklərin səhər tezdən istifadə olunması, ki, acmağa qarşı günboyu böyük kömək ola bilər. 2-həlim yemək, süddən tərkib tapmış proteinli yeməklər ki, həzmin gec olmasına köməkdir. 3-Xurma yemək, çoxlu protein cəmləşdirəndir. 4-Badam yemək, çoxlu kalsium cəmləşdirəndir, 5-banan yemək, çoxlu faydalı vitaminlər cəmləşdirəndir. 6-İftar zamanı və səhəri yeməyinə qədər çoxlu su istifadə edib, meyvə şirələri istifadə etmək. oruc tutan şəxsin günboyu istehlaka gedən sualarının orta həddə saxlanmasına böyük köməkdir.


Orucluq yeməyində nələrdən pərhiz etməliyik?


Orucluq yeməyində nələrdən pərhiz etməliyik? Ümumiyyətlə orucluqdan başqa bütün fəsl və aylarda bəzi yeməklər var ki, insanın bədəninə zərər yetirəndir. Amma bu zərər ramazan ayında neçə bərabər insanın bədənində özünü əks etdirəndir. Verilən bəzi sağlamlıq nüsxələrində bəzi yeməklər insan bədəninə çox zərərli olaraq tanıtdırıllr, ibarətdirlər: 1-Qızarmış qalmış yeməklər və yağlı olan yeməklər, 2-Çox çox şəkər ehtiva edən yeməklər, 3-çoxlu yemək yemək xüsusilə də səhər vaxtı, 4-Səhər tezdən çoxlu çay içmək, çünki səhər çoxlu çay içmək, ayaq yolna tez-tez getməyə səbəb olur, bu yolla da bədəndə yerləşən mineral duzlar bədəndən xaric olur ki, gündəlik bədən quruluşunun ona ehtiyacı vardır. 5-Siqaret çəkmək, siqaret çəkmək iştəhanı məhv edir, və ramazanda ehtiyac olan yemək strukturu insanda pozulur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter