Orucun vacib olmasının şərtləri nərlərdir?


Orucun vacib olmasının şərtləri nərlərdir? Orucluğu batil edən şeylər haqqında çoxlu eşidib və oxumuşuq. Amma bəzi oruc tutanlar , oruc tutmaq nə zaman insana vacib olması haqda şərtləri bilmirlər. Şəriət kitablarından orucun vacibliyi 5 şərtə bağlı olduğu qeyd olunub. Oruc tutmağın vacib olması aşağıdakı şərtlərlədir: 1-Baliğ olmaq, yəni şəriət təyin edən yaşa insanın çatması orucun vacib olmasına səbəbdir. Oğlanlarda 15, qızlarda isə 9 yaş, 2-Aqil olmaq, Bir şəxsin dəliliyi və ya özündən getməsi orucun vacib olmaması və batil olmasına səbəbdir. 3-Səfərdə olmaq, Əgər bir şəxs səfərə çıxa məcburiyyət üzündən və ya gəzinti üçün əgər zöhr azanında öncə yola düşə və zöhr azanından sonra qayıtmasına yəqinedə, tutduğu ocuru, şəhərindən 15 kilometr uzaqlaşandan sonra, sındırmalıdır. 4-Oruc tutmağın zərəri olması, mədə yarası və şəkəri olan şəxslər kimi adamlara oruc tutmaq vacib deyildir. 5- Qadınların aylıq xəstəliyə düçar olmaması və eləcə də Uşaq dünyaya gətirdiyi zaman onlardan xaric olan napaklıqlardan təmizlənməsi zamanı oruc tutmaq qadına vacib olur,


Hansı qadınlara oruc tutmaq vacib deyildir?


Hansı qadınlara oruc tutmaq vacib deyildir? O dəstə qadınlara ki, oruc tutmaq vacib deyildir, ibarətdirlər:
A) Hamilə qadın, (bir qadın ki, uşağı dünyaya gətirməsi yaxın zamandadır, və oruc tutması hamiləliyi və özü üçün zərərlidir, B )Süd verən qadın, ( o qadın ki, uşağa süd verir , südü də azdır, istər süd verməsi ana olması üçün olsun, istər dayə olmuş olsun, istərsə də heç bir haqq tələb etmədən, Əgər oruc tutması süd verdiyi uşağa zərər yetirərsə, oruc tutmaq ona vacib deyildir. C) Qoca qadın: hər bir qadın ki, qocalıq üzündən oruc tuta bilmir, ya da oruc tutması onun üçün çətindir, oruc tutmaq ona vacib deyildir,


Həddi büluğa çatmaq vaxtımı dəqiq bilmirəm qəza oruclarım nəqədərdir?


Həddi büluğa çatmaq vaxtımı dəqiq bilmirəm qəza oruclarım nəqədərdir? Xamenei həzrətlərinin sual-cavab keçirdi şəri mərasimindən tərcümə:
Sual: Mükəlləflik vaxtıma (hədid büluğ yaşıma) çatmağım haqda dəqiq məlumatım yoxdur. Sizdən (Xamenei həzrətlərindən) xaiş edirəm bildirəsiniz nə zamandan mənə oruc və namaz qəzası vacibdir?
Cavab: Həddi büluğa çatandan sonra Namaz və oruclardan hər nəqədər qəzaya getməsinə yəqin edirsiniz, o miqdar sizə namaz və orucun qəzası vacibdir.


İmam Rzanın (ə) iftar duası necə olmuş və Allahdan nələr diləmişdir?


İmam Rzanın (ə) iftar duası necə olmuş və Allahdan nələr diləmişdir? İmam Rzadan (ə) nəql olunmuşdur: Hər (oruc tutan) kəs iftar zamanı deyə (bu duanı oxuya): “İlahi, sənin inayətinlə sənin üçün oruc tutduq, və sənin əmrinlə sənin verdiyin ruzi ilə iftar etdik, sonucda (sənin üçün olan orucu) bizlərdən qəbul et və bizləri bağışla, həqiqətən (buna inanırıq ki) sən özün böyük bağışlayansan və (eləcə də) çox mehribansan”. Allah hər bir eyib və nöqsanlıq ki, günahlarına görə orucuna gəlmişdir, bağışlayar.
Eləcə də İmam Rzanın (ə) tarixindən nəql olunur ki, İmam Rza (ə) Ramazan ayının, ayını göydə görəndə üzünü qibləyə tutaraq əllərini qaldırıb dua edib Allahdan 3 şeyi iltimas edərək diləyərdi: 1-Oruc tutmaq gücünə malik olmağı diləyirdi, 2-Cisminin sağlamlığını qorumağı diləyirdi, 3-Allahdan mütləq (şərt və qeydsiz) itaət etmək qabiliyyətini diləyərdi.


Ən bədbəxt insan rəvayətlər baxımından kimdir?


Ən bədbəxt insan rəvayətlər baxımından kimdir? Ən bədbəxt insan o şəxsdir ki, Ramazan ayını dərk edib, amma ilahi məğfirəti əldə etməyə. Bu haqda məsumlardan çoxlu hədislər gəlmişdir. Bir neçəsinə işarə edirik: 1-İmam Sadiq (ə) buyurur: “Hər kim Ramazan ayında bağışlanmazsa, gələn ilə qədər bağışlanmaz. Məgər o halda ki, Ərəfə gününü dərk edər”. 2- Həzrət Peyğəmbər (s) buyurur ki, əgər insan bu bağışlanma və rəhmət ayında bağışlanmazsa, deməli bağışlanmağı çox çətindir və Həzrət (s) bu insanları nifrin edər və buyurur: “Bağışlanmasın o kəs ki, Ramazan ayı onun yanında ötüb keçər və o, bağışlanmaz”. ... (ilahi mərhəməti əldə etmək üçün çoxlu istiğfar edək və tövbənin hədisdə gələn 6 şərtinə diqqət edərək Allahdan bağışlanmağımızı diləyək).


Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam nələrdir?


Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam nələrdir? Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq. Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir. 1. Dua. İmam Kazımdan (ə) buyurub: “Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: “Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”. eləcə də “Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”. 2. Quran qiraət etmək. Quranın baharı - Ramazan ayıdır. 3. Zikr və istiğfar. Bu ayda zikr etmək və istiğfar etmək çox bəyənilən əməllərdəndir. Həmçinin “Lə iləhə illəllah” zikrini demək çox savaba malikdir. 4. Namaz. Ramazan ayının hər gecəsində iki rükətli namaz qılmaq müstəhəbdir. Hər rükətdə “Həmddən” sonra “Tövhid” (“İxlas”) surəsini üç dəfə oxumaq lazımdır. Salamdan sonra isə 10 dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılarsa, Allah günahlarını bağışlayar.


Həzrət Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı xütbəsinindən qeydlər edin?


Həzrət Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı xütbəsinindən qeydlər edin? Şeyx Səduq İmam Rzadan (ə) və o, da İmam Əlidən (ə) nəql edir ki, buyurub: “Bir gün Peyğəmbər (s) bizə xütbə oxudu və buyurdu: “Ey insanlar! Bərəkət, rəhmət və bağışlanma ayı bizə doğru üz tutmaqdadır. Bu, elə aydır ki, Allah yanında ən yaxşı aydır. Günləri - ən yaxşı gündüzlər, gecələri - ən yaxşı gecələr, saatı - ən yaxşı saatlardır. Bu, o aydır ki, sizi Allah qonaqlığına çağırıblar. Orada Allahın kəramət əhlindən olmusunuz. Bu aydakı nəfəsləriniz təsbih savabına, yuxularınız ibadət savabına malikdir, əməlləriniz qəbul olar və dualarınız yerinə yetər. ...


Mən nə üçün oruc tutmalıyam?


Mən nə üçün oruc tutmalıyam? Oruc tutmaq yeddi cəhətdən mühüm hesab olunmuşdur. Oruc tutmalıyam çünki: 1 - Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. 2 - Çünki bu, məni daha sağlam edir. 3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. 4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. 5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. 6 - Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. 7 - Çünki, oruc məni başlıca məramıma – kamil insan olmaq məqamına yaxınlaşdırır.


Tənqidi eşitmək üçün hansı təfəkkürləri özümüzdə yaratmalıyıq?


Tənqidi eşitmək üçün hansı təfəkkürləri özümüzdə yaratmalıyıq? Tənqidi qəbul etməyi bacarmaq üçün onun haqqında düzgün təfəkkürüə malik olmalıyıq. ibarətdirlər: 1. Elmi inkişaf etdirmək vasitəsi olduğunu düşünmək, 2. Ağlın haqqını əda etmək. tənqidi qəbul etməklə başqalarının ağılından öz ağılını inkişaf etdirmək üçün böyül köməkçi kimi qəbul etmək, 3. Düzgün nəzər və əməl. Hədəfə çatmaq üçün tənqidlərin sonucunu düzgün baxış və əməlləri tapmaq kimi vasitə qəbul etmək kimi nəzərə almaq, 4. Qəfləti aradan qaldırar. Görünməyən ziyan verici cəhətləri tapmaqda köməkçi kimi dəyərləndirmək, 5. Xaricdən gələn bəlaların qarşısını alar. Tənqidlə səadətə ziyan vuran hadisələr və düşmənlərin hiylərinə qarşı xəbərdarlıqlar kimi nəzər almaq,


Ramazan ayının başlanmasını neçə yolla əldə etmək mümkündür?


Ramazan ayının başlanmasını neçə yolla əldə etmək mümkündür?Ərəb aylarının (xüsusən də ramazan) başlanmasını 5 yolla əldə etmək mümkündür: 1-Oruc tutmaq istəyən şəxsin özü ayı görmüş ola, 2-Bir dəstə insanlar deyələr ki, ayı gördük və onların deməsindən ayın başlanmasına yəqinlik əldə oluna, 3-İki adi şəxs deyə ki, ayın çıxdığını və yeni ərəb ayının başlanmasına inandıq, 4-Bir ayın başlanmasından 30 gün keçə ki, sonrası başqa ayın başlanmasını çatdırır. 5-Dini Əhli-Beyt şəri hakim hökm edə ramazan ayının başlanmasına.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter