Xanımların həyatını çətinləşdirən 5 eyb nələrdir?


Xanımların həyatını çətinləşdirən 5 eyb nələrdir? İnsana zəruridir ki, özündə olan eybləri və nöqsanları tanısın və sonra da onları aradan qaldırmaq üçün səy göstərsin. Hər bir insan eyblidir, eybsiz insan praktiki olaraq yoxdur. Lakin bəzi eyblər vardır ki, müsəlman qadına xüsusilə yaraşmır. Bu eybləri tanıyaq və onları aradan qaldırmağa çalışaq. (Tebyan)
Xanımların həyatını çətinləşdirən amillər ibarətdirlər: 1. Səthi mövzular üzərində çox dayanmaq və ciddi mövzulardan qəflət etmək. 2. Falçıya getmək və “dua yazdıranlardan” yardım ummaq. 3. Gəlinlə qayınana çəkişməsi. İslam dini bizə buyurur ki, gəlin gəldiyi evin qızı olmalı, qayınanası isə ona qarşı ana kimi olmalıdır. 4. Zamanı düzgün tənzim edə bilməmək. 5. Xüsusi həyatlarını çoxları ilə bölüşmək. Bu eyb həyat yoldaşına çox əziyyət verir. (məsləhətləşmək üçün olsa eybi yoxdur, yenə də evin sirrini xüsusən də yoldaşının sirrini açmaq düzgün deyildir.


Həyanın əlamətləri. Həyanın 5 növü hansılardır?


Həyanın əlamətləri. Həyanın 5 növü hansılardır? Həya - İslam dinində hərəmləri qoruyan hissdir. Yəni, həya - insanı günahdan saxlayan hissdir. Elə bir amildir ki, günah üçün şərait yaranan zaman insana mane olar. (Tebyan) Həyanın nişanələri: 1. Möminliyin nişanəsidir. 2. Ümumi iffət. 3. Subay cavanlara lazım olan iffət.
Həyanın həqiqəti. - Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Behiştə daxil olmaq istəyirsənmi?”. Deyir: “Bəli”. Buyurur: “Arzuları qısa et və ölümünü gözünün önündə qərar ver. Allahdan lazım olan kimi həya et”. Dedim: “Ya Rəsulallah! Biz Allahdan həya edirik”. Buyurdu: “Həya etmək o cür deyildir. Allahdan həya etmək odur ki, qəbirlərin daxilini və orada cürüməyi unutmayasan. Nəzərində olsun ki, qəbirin daxilində nələr baş verəcəkdir. Başına nə gələcək və orada nələr baş verəcəkdir”.
- Həzrət Peyğəmbər (s) buyurur: “Həya 5 növdür: 1-günah edən zaman edilən həya, 2-səhlənkarlıq zamanı edilən həya, 3-səxavətli olan zaman edilən həya, 4-sevgi və dostluq zamanı edilən həya, 5-qüdrət zamanı edilən həya. Hər birinin əhli və malik olanı vardır”.


Bu gün İmam Cavadın (ə) şəhadət günüdür.


Bu gün İmam Cavadın (ə) şəhadət günüdür. Bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür.
İmam Cavadın (ə) İmamət dövrü 17 il sürmüşdür. Hicrətin 218-ci ilində Məmun vəfat etdi. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq, İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.


Hansı nemətdir ki, yalnız layiqli insanlara hədiyyə olunar?


Hansı nemətdir ki, yalnız layiqli insanlara hədiyyə olunar? Hikmət – sirləri tanımaq və həqiqətlərdən agah olub, haqqa çatmaqdır. Allah bəzi insanlara pak və təqvalı olduqları üçün bu neməti əta edər. Bu insanlar da şeytanın vəsvəsələrini İlahi ilhamdan ayırar, yol hansıdır, tələ hansı – seçərlər. (Tebyan)
Bəli, hikmət elə bir nemətdir ki, insan onun sayəsində şeytanın tələlərini tanıya bilir və haqqı nahaqdan seçir. Nəyin vəsvəsə, nəyin ilham olduğunu müəyyən edə bilir. Hikmət insanı məğfirət vadisinə gətirər və insanı vəsvəsələrdən xilas edər. Hədislərin oxuyuruq: “Hikmət – dində mərifətdir. Hikmət – Allaha itaət, İmamı tanımaq, kəbirə günahdan çəkinməkdir”.


Təqvaya aparan 6 xüsusiyyət hansılardır?


Təqvaya aparan 6 xüsusiyyət hansılardır? Quran təqva əhli haqqında buyurur: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır. Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”. (“Bəqərə” 3-5). Bu ayədə təvqa əhlinin 6 xüsusiyyəti bəyan edilmişdir, yəni bu 6 sifət onun təqva əhli olmasına şərait yaratmışdır: 1. Qeybə olan imanı. 2. Namaz qılarlar. 3. Allah yolunda infaq etmək. 4, 5. Peyğəmbərə (s) və keçmiş peyğəmbərlərə (ə) iman gətirmək. 6. Axirətə iman bəsləmək.


Vilayəti fəqih haqqında açıqlayın?


Vilayəti fəqih haqqında açıqlayın? Vilayəti-fəqihin mahiyyəti:
Vilayəti-fəqih İmamət xəttinin davamıdır. Bu məsələ fiqhdə müzakirə olunmamışdan öncə kəlam еlmində açıqlanmalıdır. Çünki, bu məsələ İmam və rəhbərlik məsələsinə birbaşa bağlıdır. İmamət məsələsi də Nübuvvət məsələsinin davamı olduğundan onun sübuta yеtirilməsində olan ağlı və nəqli dəlillər bu mövzuda da işlədilir. Pеyğəmbər (s) Allahın əmri ilə vida haccından qayıdarkən Qədir Xumda Əlini (ə) özünə rəsmi canişin kimi təyin еdir. Müsəlmanlar da orada rəsmi surətdə Əli (ə) ilə bеyət еdib onu möminləri əmiri kimi qəbul еdirlər. Pеyğəmbərin (s) o gün еtdiyi xütbə onu göstərir ki, onda olan bütün xüsusiyyətlər (pеyğəmbərlik istisna olmaqla) Əlidə (ə) mövcud idi. Salman Pеyğəmbərdən (s) soruşur: «Bu vilayətdən məqsəd nədir?» Pеyğəmbər (s) buyurur: «Bu vilayət mənim vilayətim kimidir. Mən möminlərə özlərindən, canlarından daha üstünəm.» Əlidən (ə) sonra on bir İmamın mövcudluğu barəsində ayə və еtibarlı hədislər kifayət qədərdir. Hətta sünni kitablarında Pеyğəmbərdən (s) bu barədə bir çox rəvayətlər nəql olunub. İslamda İmamət məsələsi hakimiyyət məsələsindən ayrı bir məsələ dеyildir. ...


İmamlardan imamət məqamı haqqında bir hədis qeyd edin?


İmamlardan imamət məqamı haqqında bir hədis qeyd edin? 8-ci islam rəhbəri İmam Riza (ə)–ın İmamətin yüksək məqamı və xüsusiyyətləri barəsində bəyan etdiyi kəlam: «Onlar (ki, İmamət məsələsində ixtilaf edərək İmamətin seçki yolu ilə olmasına inanandılar) nadanlıq etdilər... Məgər camaat İmamətin ümmət arasındakı məqam və mənzilətini bilirlərmi ki, onların öz ixtiyarlarına həvalə edilmiş olsun?! Həqiqətən İmamətin qədir qiyməti o qədər yüksək və o qədər böyük, mənziləti o qədər ali, məqamı o qədər uca, ənginliyi o qədər əlçatmazdır ki, camaat öz əqli ilə ona çata, öz rə`yləri ilə onu dərk edə bilməzlər...
Həqiqətən İmamət elə bir məqamdır ki, Allah təala nübüvvət və xüllət məqamından sonra üçüncü mərhələdə onu İbrahim (ə)-ə məxsus etmişdir...
İmamət Allahın və Peyğəmbəri Əkrəmin xilafəti, Əmirəl-mö`mininin məqamı, Həsən və Hüseynin mirasıdır. Həqiqətən İmamət dinin rəhbərliyi, müsəlmanların (ictimai) quruluşunun qalıb davam etməsi, mö`minlərin dünyalarının islah olunması və izzətə çatmaları səbəbidir...


Evlilik haqqında diqqət olunası 10 həqiqət nələrdir?


Evlilik haqqında diqqət olunası  10 həqiqət nələrdir? Sevgi ilə bir yerdə olan evlilik hər iki tərəfin mənəvi inkişafına səbəb olar. Belə cütlər ruhi büluğa çatar və bir-birinin insani kamala çatmasına yardım edər. Hər bir ailə qurmaq istəyən cavanlar üçün 10 həqiqəti açıqlamaq istəyirik ki, onların gələcək ailə həyatı üçün çox faydalı olacaqdır.
1. Müvəffəq ailə münasib həyat yoldaşı tapmaqla başlamaz. 2. Bəzən cəzb olunduğunuz insan o kəs olur ki, siz həmişə ona bənzəməyinizi istəmisiniz və ya onunla rabitə qurmaq sizin üçün qeyri-mümkün olmuşdur. Bu cür insanla evlənmək sizi xoşbəxt etməz. 3. Bəzən insanlar maddi ehtiyaclarını dəf etmək üçün bir-birinin yanında yaşayırlar, yəni ailə qururlar. Ancaq həqiqət budur ki, bu ailələrdə sevgi bağları zəif olar. 4. Tənhalıq və zəif izzəti-nəfsə malik olmaq iki amildir ki, sizin sağlam olmayan rabitə qurmağınıza səbəb olar. Bu insanlar elə təsəvvür edər ki, sağlam olmayan bir rabitə tənhalıqdan daha yaxşıdır. 5. Adətən, qadınlar o kişilərlə ailə qurur ki, qadından asılı olmağı sevməz, yəni bir qədər əlçatmaz olar. ...


Paxıl insanın nişanələri. Paxıllığı müalicə etməyin yolları hansılardır?


Paxıl insanın nişanələri. Paxıllığı müalicə etməyin yolları hansılardır? İslam təlimlərində həsəd, küfrün köklərindən biri kimi tanıdılmışdır. İmam Sadiq (ə) buyurur: “Şeytan öz ordusuna deyər: “İnsanların arasına həsəd və təcavüzkarlıq salın, çünki bu ikisi Allah yanında şirkə bərabərdir””. Qədimdən deyirdilər ki, paxıl insan heç bir zaman rahatlğı tapmaz. Bu, həqiqətən də belədir. Həsəd aparan insan həmişə öz həsədinin əzab və əziyyətini çəkir. (Tebyan)
Paxıl insanın nişanəsi: Loğman oğluna buyurur: “Paxılın üç nişanəsi vardır: insanın arxasından qeybət edər, yaltaqlıq edər, başqalarının çətinliyinə sevinər”.
Bu xəstəliyi müalicə etməyin yolları: 1. İnsan gərək həsədin ruha, cismə, dinə vurduğu ziyanları tanısın və öyrənsin. 2. Allah Təalaya olan elmini və mərifətini artırsın. 3. Həsədin əksinə olan rəftarlar nümayiş etdirsin. 4. Allah Təalaya dua etsin və şəfasını Ondan istəsin.


Şeytanın (lən) ən çox istifadə etdiyi 4 an hansılardır?


Şeytanın (lən) ən çox istifadə etdiyi 4 an hansılardır? İnsan həyatında bəzən elə şəraitlər yaranır ki, şeytan ondan silah kimi istifadə edir. İnsanın qatı düşməni hər an hazırlıqlıdır və öz nalayiq əməllərini hər an həyata keçirməyə cəhd edər. Ona görə də insan gərək hər an bu təhlükənin gələcəyini gözləsin. (Tebyan)
Biz gərək şeytanın ən çox istifadə etdiyi zaman və məkanları tanıyaq ki, onunla mübarizə apara bilək. Şeytanın ən çox istifadə etdiyi zamanlar və məkanlar ibarətdirlər:
1. Can verən zaman. 2. Gələcək nəslin təməlini qoyan zaman. 3. Sönük evlər. O evdə ki, İlahi ayələr oxunmaz və eşidilməz, həmin ev zülmətlidir və sönükdür. 4. Mömin sıralarını sındırar. Düşmən daima çalışır ki, müsəlmanların vəhdətini sındırsın və təfriqə yaratsın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter