Peyğəmbər və imam Əlinin (ə) vilayətində sabitqdəm olan Əmmar Yasir haqda yazın?


Peyğəmbər və imam Əlinin (ə) vilayətində sabitqdəm olan Əmmar Yasir haqda  yazın? Əmmar Yasir (r) Peyğəmbərə ilk iman gətirən möminlərdən, imanını uca dərəcədə şəhidliklə sona çatdıran səhabə idi. Onun varlığı müsəlmanlar arasında fitnə zamanı Siffeyində Haqqla batili ayırmaq üçün Peyğəmbr (s) tərəfindən ölçü olaraq açıqlanmışdır.
Əmmarın fəzilətlərindən: Peyğəmbər (s) risalətinə müdafiəçi, valideyinləri İslamın ilk şəhidləri, Mədinəyə mühacir, peyğəmbərin həm xoş və çətin günlərində yanında olması, Əli ibn Əbi Talibin (ə) 25 illik qəm yoldaşı, Birinci İmamın xilafətində o ağanın müşaviri və ...


İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın?


İranda yerləşən Qum şəhərinin tarxiçəsini yazın? Qum şəhərinin tarixi:
-Qumun İslamdan öncəki siması dəqiq açıqlanmır. Məlum olan budur ki, Qumda İslamdan öncə yaşayış olub və tarixdə bu barədə işarələr var. Amma Qumun dəqiq hüdudları, onun müxtəlif dövrlərdə və İslamdan öncəki əsrlərdəki durumu tam aydın deyil. Belə görünür ki, Qum İslamdan öncə çoxsaylı qalalar şəklində olub. Onların əhalilərindən bəziləri zərdüşti, bəziləri isə yəhudi olublar. Belə xatırlanır ki, Qum əslən Yəmən ərəblərindən və şiə məzhəbli əşərilər tərəfindən şəhərləşdirilib. Buna görə də tarixçilər əşəriləri Qumun iftixarlarından sayırlar. Qumun şəhərə çevrilməsi şiəlik və peyğəmbər ailəsinin vilayəti ilə şərtlənib. Qədim tarixçilərdən bəziləri İslamın zühüründan öncə Qumda hakim olmuş tanınmış şəxslərin adını qeyd ediblər. \"Ənvarul-məşəşəyn\" kitabının müəllifi \"Sirul-muluki-əcəm\" kitabından nəql edərək deyir: \"Bəhram-gur Ərməniyyə məntəqəsinə gedərkən yolu Savə ətrafından keçir. ...
Bu şəhərin gələcəkdə hansı dəyərə sahib olacağı haqda İmam Kazim (ə) buyurub: \"Qum Ali-Məhəmməd yuvası, onların şiələrinin sığınacağıdır.\" (\"Bihar\"Ş c.6, s.214).


Müsəlmanın geyimi haqda İslam maarifinin baxışını qeyd edin?


Müsəlmanın geyimi haqda İslam maarifinin baxışını qeyd edin? Paltar və geyim elə mövzudur ki, İslam dini ona xüsusi diqqət göstərir. Paltar geyinməyin öz ədəb və qaydası vardır. (Tebyan)
Həmad ibni Osman İmam Sadiqin (ə) yanına gəlir və bir kişini görür ki, Həzrəti (ə) tənqid edir (nəuzbillah!) və deyirdi: “Siz deyirdiniz ki, Əli ibni Əbitalib (ə) kobud paltar geyinərdi və köynəyinin qiyməti dörd dirhəmlik idi. Amma indi görürəm ki, sizin özünüz cəddinizin geyindiyindən qeyrisini geyinirsiniz”. Həzrət (ə) buyurdu: “İmam Əli (ə) o paltarı o zaman geyinərdi ki, insanların nəzərində qəbahətli sayılmırdı. Əgər bu gün onu geyinsəydi, qeyri-adi olardı. Hər bir zamanda ən yaxşı paltar – həmin zamanın paltarıdır”. Süfyan Suri nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Siz nəql edirdiniz ki, İmam Əli (ə) kobud paltar geyinərdi. Siz isə bahalı parçadan paltar geyinirsiniz?”. Həzrət (ə) buyurur: “Vay olsun sənə! İmam Əli (ə) insanların yoxsul olduğu zamanda yaşayırdı. Ruzigar rifaha çıxandan sonra zamanın yaxşıları ona (gözəl paltara) daha layiqlidir”. ...


Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqi nədir?


Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqi nədir?Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqi:
1- Nəfsi-əmmarə insan ruhunun və nəfsinin müəyyən bir mərtəbəsidir. İnsan tərəqqi edə bilmədiyinə görə nəfsi elə bir dərəcədə olar ki, onu pisliyə və çirkinliyə tərəf dəvət edər. Ağlına itaət etməz.
2-Lakin şeytan ayrı bir varlıqdır ki, xaricdə həyat sürür. Şeytan cinlərdəndir. Cinlər də atəşdən xəlq olunmuşdur. Cinlər də insanlar kimi təklif əhlidir, yəni onlar da dini vacibatları yerinə yetirməkdə iradə sahibidirlər. Ona görə də deyə bilərik ki, şeytan cismə malik olan bir varlıqdır. Şeytan adətən insana təsir etmək üçün idrak qüvvəsini təhrik edər. Əgər batinimizdə şeytanı qəbul etmək istəməsək, o, bizə nüfuz edə bilməz. Quran ayələri də buyurur ki, şeytan yalnız o zaman insana nüfuz edə bilər ki, insan ona yardım etsin. “Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə, Biz şeytanları imanı olmayan kəslərin başçıları etmişik»”. (“Əraf” 27).


Neçə halda orucu batil edənə yalnız qəzası düşər?


Neçə halda orucu batil edənə yalnız qəzası düşər? On halda yalnız qəza orucu vacib olur:
1. Oruc tutmuş şəxs bilərəkdən qussa; 2. Ramazan ayında gecə cünub olub, sübh azanınadək oyanmasa; 3. Oruc tutmağı niyyət etməsə; 4. Cənabət qüslü verməyi yaddan çıxarsa; 5. Sübh azanının olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonra məlum olsa ki, azan olubmuş; 6. Bir şəxsin «sübh olmayıb» deməsi ilə orucu pozan iş görülsə və sonradan sübh olduğu məlum olsa; 7. Bir şəxs sübh azanının verildiyini dediyi halda, insan onun sözünü zarafat sayıb, orucu pozan iş gördükdən sonra sübh olduğu məlum olsa; 8. Kor və onun kimilər başqa bir kimsənin sözü ilə iftar etsələr və sonra bilinsə ki, məğrib olmayıb; 9. Saf havada qaranlığa görə məğrib olduğunu təyin edərək, iftar edilməsi və sonradan məğrib olmadığının aşkar olması; (Amma buludlu havada belə bir gümanla iftar edən kəs üçün qəza yoxdur). 10. Sərinləşmək məqsədi ilə ağıza su alıb, bilmədən suyu udmaq (amma oruc olduğunu unudub, ağzını yaxalayarkən suyu udan kəs üçün qəza orucu yoxdur).


Nə üçün şiələr gündəlik namazları üç vaxtda qılır əhli-sünnətin kitabında bu haqda dəlil varmı?


Nə üçün şiələr gündəlik namazları üç vaxtda qılır əhli-sünnətin kitabında bu haqda dəlil varmı? Həqiqətən də, gündəlik namazların beş vaxtda qılınması bildirilmişdir və həzrət Peyğəmbər (s) çox zaman namazlarını beş vaxtda qılmışdır. Şiə fiqhinə görə də namazı beş vaxtda qılmaq fəzilətlidir. Amma \"Səhihe Müslim”(Babul-cəmi beynəs-səlateyni, hədis 705, səh-314.) və \"Səhihe Buxari”(Səhih Buxari, kitabul Məvaqit, babu təxiriz-zöhri iləl əsri, hədis 543 və babul vəqtil-məğrib, hədis 562 və əbvabut-tətəvvui, fəsl 30, hədis 1174.)də göstərildiyi kimi, həzrət Peyğəmbər (s) bəzən günorta və ikindi, eləcə də, şam və xiftən namazlarını ardıcıl qılmışdır. Sünnilərin \"Töhfətul-ixvan” adı ilə tanınmış kitabında da bu rəvayət nəql olunur: \"İbn Abbasdan soruşdular ki, nə üçün Peyğəmbər (s) günorta və ikindi, şam və xüftən namazlarını bir yerdə qıldı? İbn Abbas dedi: Allahın rəsulu öz ümmətindən bir nəfərin də əziyyət çəkməməsini istədi.”(\"Töhfətul-ixvan”, Ben Baz, s. 174)


Pаrçа üzərində çəkilmiş şir şəkli nеcə həqiqi hеyvаn surətinə düşüb bir insаnı uddu?


Pаrçа üzərində çəkilmiş şir şəkli nеcə həqiqi hеyvаn surətinə düşüb bir insаnı uddu? Çох təkəbbürlü bir şəхs оlаn Mütəvəkkil Imаm Əliyyən-nəqi (ə) öz yахın аdаmlаrının yаnındа pərt еtmək üçün Hindistаndаn gətirdiyi bir sеhirbаzı məclisə gətirib dеdi: Əgər Imаmı (ə) pərt еtsən min əşrəfi sənə hədiyyə еdəcəyəm. Mütəvəkkil həmin sеhirbаzın göstərişi ilə müхtəlif yеməklərə mаlik оlаn bir süfrəni аçıb, аdlı-sаnlı dövlət işçilərindən bir dəstəsini, həmçinin Imаm Əliyyən-nəqi (ə)-ı da də`vət еtdi. Imаm (ə) məcbur оlub bu mеhmаnlıqdа hаzır оldu. Imаm (ə) qаrşısındа bir nеçə çörək vаr idi. Çörəyi götürmək istəyərkən həmin sеhirbаz çörəyi bаşqа tərəfə hərəkət еtdirdi. Imаm (ə) bаşqа bir çörəyi götürmək istədi, yеnə də həmin çörək bаşqа tərəfə hərəkət еtdi. Bu işin təkrаr оlmаsı оrаdа оlаnlаrı güldürdü. Əliyyən-nəqi (ə) оnlаrın hiylələrindən аgаh оlub mütəkkənin üstündəki pаrçаdа çəkilmiş şir şəkilinə əlini qоyub buyurdu: “Qаlх аyаğа və sеhirbаzı tut. Birdən həmin şəkil həqiqi şir surətinə düşüb sеhirbаzı uddu, sоnrа da yеrinə qаyıtdı və şəkil oldu. Sоnrа Mütəvəkkil Imаmın аyаğınа düşərək аcizcəsinə surətdə о Həzrətdən istədi ki, həmin sеhirbаzı gеri qаytаrsın. Imаm (ə) onа buyurdu: Аrtıq bu iş mümkün dеyil. Sən Аllаhın düşmənlərinin Аllаhın övliyаlаrınа qаlib gəlməsini itəyirsən. Bir dаhа həmin sеhirbаz görünmədi.


Nə üçün həmd surəsində yеddi hərf (f, c, х, z, s, ş, zа, а,) yохdur?


Nə üçün həmd surəsində yеddi hərf (f, c, х, z, s, ş, zа, а,) yохdur? Imаm Əliyyən-nəqi əlеyhissаlаm Аbbаsi хəlifələrindən birinin həmin yеddi hərf hаqqındа vеrdiyi suаlının cаvаbındа buyurdu: “S” hərfi süburə (həlаkətə), “c” hərfi Cəhimə (cəhənnəmin təbəqələrindən birinin аdı), “х” hərfi хəbisə (nаpаk), “z” hərfi zəqqumа (cəhənnəmin mеyvəsi), “ş” hərfi şəqаvətə (bədbəхlik), “zа” hərfi zülmətə və “а” hərfi аfətə işаrədir.
Аbbаsi хəlifəsi bu cаvаbı Rum pаdşаhı üçün yаzdı. Qеysər məktubu аlаndаn sоnrа çох хоşhаl оlub Islаm dinini qəbul еtdi. Rum Qеysəri müsəlmаn оlаn hаldа dа dünyаdаn gеtdi.( Оn dörd mә`sumdаn еşidilmәli һекаyәtlәr, sәһ. 186.)


İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət necə olmuşdur?


İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət  necə olmuşdur? İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət: Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
1. Xilafətin əzəmət və heybətinin itməsi; İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. 2. Saraydakıların əyləncə ilə gün keçirmələri; Abbasi xəlifələri hakimiyyətdə yaranmış boşluqdan istifadə edib kef, əyləncə, eyş-işrətlə məşğul olaraq gecə məclisləri təşkil edirdilər. 3. Zülm, haqsızlıq və özbaşnalığın yayılması; Zülm və haqsızlığın yayılması, həmçinin, beytül-malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək camaatı cana yığmışdı. 4. Ələvi qiyamlarının artması. Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa cəhd göstərilirdi.


Qurban bayramının əməllərini yazın?


Qurban bayramının əməllərini yazın? Qurban bayramının əməlləri
Müstəhəb qüsl almaq, bayram namazını qılmaq, bayram namazından sonra qurbanlıq ətlə qidalanmaq – Qurban bayramı günündə çox bəyənilmişdir.
Bundan əlavə, bu gündə İmam Səccadın (ə) Qurban bayramına aid olan dualarını oxumaq, “Nüdbə” duasını oxumaq tövsiyə edilir. Həcdə olmayanlar üçün də Qurban bayramı günündə qurban kəsmək - bəyənilmiş əməllərdəndir. Namazdan sonra bu təsbihləri təkrar etmək bəyənilir: “Əllahu əkbəru Əllahu əkbər, lə ilahə illəllahu vəllahu əkbər. Əllahu əkbəru və lillahil-həmd. Əllahu əkbəru əla mə hədanə, Əllahu əkbəru əla mə rəzəqənə min bəhimətil-ən’am, vəl həmdu lillahi əla mə əblanə”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter