Ayətullah Behcətin (r) kamal yolunda 6 nəsihəti nələrdir?


Ayətullah Behcətin (r) kamal yolunda 6 nəsihəti nələrdir? Ayətullah Behcet Əhli-beyt (ə) məktəbinin böyük alimlərindən olmuşdur ki, bizlərə bəzi nəsihətləri vardır. (Tebyan) Alim buyurur: “Xəlq dedikdə übudiyyət nəzərdə tutulur. Übudiyyət isə etiqadda günahı tərk etməklədir, həm ürəkdə və həm də bədən üzvləri ilə. Günahı tərk etmək üçün mələkəyə çevrilməsi lazımdır. Davamlı olaraq nəzarət edərək, Allahı hər bir halda və məkanda yada salaraq, bunu etmək mümkündür.
Ağanın nəsihətlərindən 6 böyük tövsiyəsi ələ gəlir: 1-Bildiyinizə əməl edin Allah bilmədiklərinizi öyrədər, 2-nəsihətlərə qulaq asar əməl edin, 3-şəriətlə yaşayın. 4-həyatda ulqu seçin, 5-Quranla, müstəhəblərlə, məscidlə, alimlərlə ünsiyyətdə olun, 6-günahlardan uzaq durun.


Nikbin düşünməyin 3 möcüzəsi hansılardır?


Nikbin düşünməyin 3 möcüzəsi  hansılardır? İmam Əli (ə) “Nəhcül-bəlağə”də insanın müsbət və qurucu sifətlərinə daha çox diqqət etmişdir. Nəinki özü belə olmuşdur, hətta başqalarını bu qurucu və müsbət sifətlərə tərəf hidayət etməyə çalışmışdır. (Tebyan)
Müsbət düşünmək üçün Allahın bu dünyada yaratdığı gözəlliklərə diqqət edək, başqalarının yaxşı işlərini yadımıza salaq və saleh əməllərin gətirdiyi fəzilətlərdən qafil olmayaq. Gələcəyə qarşı nikbin olmaq üç hala şamil olur: 1. Allah tərəfindən olan yardıma ümid bəsləmək. İmam Əli (ə) buyurur: “Nikbinlik odur ki, əməli xalis edəsən və büdrəmələrdən bağışlanmağa görə Allaha ümidvar olasan”. 2. Başqalarından yaxşı əməllər gözləyər. İmam Əli (ə) buyurur: “Ən pis insan o kəsdir ki, başqalarına bədbinliyinə görə etimad etməz. Başqaları da pis rəftar etdiyi üçün ona etimad etməz”. 3. Yaxşı hadisələrin baş verməsini gözləyər. O zaman ki, müsəlman Allah tərəfindən gələn yardımı gözləyər və başqalarının da yaxşı əməllərinin intizarındadır, nəticədə məntiqi belə olar ki, gələcəkdə baş verəcəklər də müsbət hadisələr olacaqdır.


Ürəyin daşlanmasına səbəb olan 3 amil nələrdir?


Ürəyin daşlanmasına səbəb olan 3 amil nələrdir? “Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu”. (“Bəqərə” 74). Həzrət Peyğəmbər (s) buyurur: “Allahdan başqası haqqında çox danışmayın. Çünki Allahdan qeyrisi haqqında çox danışmaq ürəyi sərtləşdirər. Allahdan ən uzaq insan da ürəyi daş olandır”. (Tebyan) Allahı zikr etmək insanın qəlbini pak və təmiz edər. Lakin Allahı zikr etmək dedikdə sadəcə “Əlhəmdulillah” demək kifayət deyildir. Bəndəni Allaha yaxınlaşdıran hər bir söz – Allahın zikridir. Əhkam və İslam maarifi haqqında söhbət etmək kimi.
İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyə etmişdir: “Üç şey ürəyi sərtləşdirər: yersiz söz eşitmək, ov etmək və saraya gedib-gəlmək””


Yoxsulluğa səbəb olan amillər nələrdir?


Yoxsulluğa səbəb olan amillər nələrdir? Yoxsul olmaq eyb deyildir. O şey ki, yoxsul olmaqda bəyənilmir – odur ki, insan əməllərinin sayəsində yoxsul olar. Özünü və başqalarını əziyyətə salar. Yoxsulluqla vuruşan və mübarizə aparan insanlar da az deyildir. (Tebyan) İnsanlar adətən üç növ yoxsulluqla üzləşərlər: biri o yoxsulluqdur ki, insan dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. İkinci o yoxsulluqdur ki, mömin üçün günahlarının kəffarəsidir. Üçüncüsü isə o yoxsulluqdur ki, insan əgər ona səbir edərsə, dərəcəsinin artmasına və böyük savaba nəsib olar. Qurana nəzər salan zaman görmək olur ki, insanın yoxsul olmasına səbəb olan ən böyük amil – günah və büdrəmələrdir.
Əsas amillər ibarətdir: 1. Yaxın qohumlarla əlaqəni kəsmək. 2. İsraf. 3. Zina. 4. Haram musiqiyə qulaq asmaq. 5. Namazı yüngül hesab etmək. 6. Yalana adət etmək. 7. Yalandan and içmək. 8. Övladını lənətləmək.


Hansı hallarda təvazökar olmağa icazə verilmir?


Hansı hallarda təvazökar olmağa icazə verilmir? Təvazökarlıq insanlığın ən fəzilətli sifətlərindəndir ki, Allah Təala ona çox böyük əhəmiyyət verir. Həmçinin bu sifəti xüsusi bəndələrinə aid edir. Buna baxmayaraq, bəzi hallarda təvazökar olmağın faydasından çox, ziyanı vardır. (Tebyan)
Bu hallarla tanış olaq: 1. Düşmən qarşısında təvazökarlıq, 2. Zəlil təvazökarlıq. 3. Təkəbbürlü insanlara qarşı təvazökarlıq. 4. Qüdrət sahiblərinin mal-dövləti qarşısında təvazökarlıq. 5. Vəzifə sahibləri qarşısında.


İnsanın Xaliqinə qarşı ən pis halı nə zaman olur?


İnsanın Xaliqinə qarşı ən pis halı nə zaman olur? Təkəbbür - insanın ən pis və rəzil sifətlərindən sayılır. Təkəbbürün adı çəkilən kimi şeytan (lən) yada düşür. Çünki şeytan məxluqlar içərində ilk təkəbbür göstərən varlıq olmuşdur. Təkəbbür hər evi xarab edər və insanı şeytana çevirər, ona görə də çox təhlükəli bir sifətdir. (Tebyan) İnsan təkəbbürünün ən pis halı o zaman olur ki, Allah Təalanın əmrlərinə və göstərişlərinə qarşı təkəbbür edir. Buna ən yaxşı nümunə - Firondur.
Allaha təkəbbür göstərmək küfrdür və onun da növləri vardır: 1-Bəzən cahil elə bir hala düşür ki, o halda özünü müstəqil hesab edir və bütün varlığını, malik olduqlarını özündən bilir. Hazır olmur ki, Allaha itaət edib əmrlərinə boyun əysin. 2-Bəzən bu təkəbbür daha da şiddətli olur və başqalarına da rübubiyyət iddiasında olduğunu bildirir. 3-Allah qarşısında təkəbbürün başqa bir növü - Onun əmrlərinə qarşı təkəbbürlü olmaqdır. Təkəbbür üzündən ibadət və vacibatları tərk etmək kimi. 4-Dua etməmək və ibadəti tərk etmək də təkəbbür üzündən olar. Yəni, özünü Allaha möhtac hesab etməmək.


Gecə namazı qılmamağın 2 əsl səbəbi nələrdir?


Gecə namazı qılmamağın 2 əsl səbəbi nələrdir? Gecənin sonu çox mübarək bir zamandır. Həqiqi Məhbub ilə xəlvətdə ünsiyyət zamanıdır. Məsum İmamlarımız (ə) bilzəri bu mübarək vaxtda oyanmağa və ibadət etməyə həmişə təşviq etmişdilər. (Tebyan)
Aləmin Tək Xaliqi ilə gecə vaxtı xəlvətdə ünsiyyət qurmaq, qəlb əhli üçün xüsusi ləzzətə malikdir. Bu insanlara gecə namazı qılmaq tofiqi nəsib olur. İmam Səccad (ə) Allahla ünsiyyətində buyurur: “Ey mənim Məbudum! O kimdir ki, sevginin şirinliyini dadar və Səndən üz döndərər və başqasını Sənin yerinə məqsəd və məhbubu qərar verər? O kimdir ki, Sənin qürbünə yaxınlaşar, başqasına ürək bağlamaq və qovuşmaq arzusunu zehninə yol verər?”. İnsan bəzən istəyir ki, gecənin sonunda ayağa qalxsın və gecə namazı qılsın. Lakin buna müvəffəq ola bilmir. Bilməliyik ki, bəzi amillər buna imkan vermir ki o amillər ibarətdir: 1-Günaha düçar olmaq. İmam Sadiq (ə) buyurur: “Günah insanı ibadətdən məhrum edər, Allaha münacat etməyin ləzzətini ondan alar”. 2-Yatan zaman mədə dolu olmaq. Loğman buyurur: “Oğlum, nə zaman insanın mədəsi dolu olar, fikir və düşüncəsi yuxuya gedər. Dili hikməti deməkdən dayanar və bədən ibadətdən (ibadət üçün) gücsüz olar”.


Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər?


Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər? Yaxşı əməl ilə axirət mükafatı və pis əməl ilə axirət cəzası arasında bir növ səbəbiyyət əlaqəsi mövcuddur ki, ilahi vəhy vasitəsilə camaata xatırladılmışdır. Elə bu dünyada bəzi cinayətlərin uzun-uzadı və acınacaqlı təsirləri olur, məsələn, insanın özünün, yaxud başqasının gözünü bir anda kor etməsinin nəticəsi ömrünün axırına qədər kor qalmasına səbəb olur. Böyük günahlar da axirətdəki əbədi təsirlərə malikdir. Əgər bir şəxs bu dünyada onların təsirinin aradanqaldırma vasitələrini (tövbə kimi) tədarük görməzsə, onun pis nəticələri əbədi nəsibi olacaqdır. İnsanların bir anlıq törədilən cinayət vasitəsilə ömürlərinin axırına qədər kor qalmaları ilahi ədalətlə zidd olmadığı kimi, böyük günahlar sayəsində əbədi əzaba düçar olmağın da ilahi ədalətlə ziddiyyəti yoxdur. Çünki bu, günahkar şəxsin agahlıq və qəsdən etdiyi əməlin nəticəsidir.


Əgər Allahın hikməti insanın bu dünyada yaşamasını tələb edirsə, onda nə üçün onu öldürür və həyatına son qoyur?


Əgər Allahın hikməti insanın bu dünyada yaşamasını tələb edirsə, onda nə üçün onu öldürür və həyatına son qoyur? Əvvəla, varlıqların bu dünyadakı ölüm və həyatları da təkvini və səbəb-nəticə qanunlarına bağlıdır və bunlar yaradılış sisteminin tələbidir. İkincisi, əgər canlı varlıqlar ölməsəydi, sonrakı varlıqların yaradılmasına şərait yaranmaz və gələcək nəsillər vücud və həyat nemətindən məhrum olardı. Üçüncüsü, əgər bütün insanların diri qalmasını fərz etsək, qısa bir zaman ərzində yer üzü onların həyatı üçün daralar və əzab-əziyyətdən, aclıqdan ölüm arzusu edərdilər. Dördüncüsü, insanın yaradılışında əsas hədəf əbədi səadətə çatmaqdır, insanlar ölüb bu dünyadan köçməyincə son hədəflərinə nail ola bilməzlər.


Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərindən yazın?


Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərindən yazın? Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərə diqqət edək:
1. Bu ayın ilk 9 gününü oruc tutmaq. Bu orucların savabı bütün ömrü boyu tutduğu orucların savabına bərabərdir.
2. Bu on günün hamısında məğrib və işa namazları arasında iki rükətli namaz qılınır. Hər rükətdə \"Həmd\"dən sonra 1 dəfə “İxlas” surəsini, sonra “Əraf” surəsinin 142-ci ayəsi oxunur. Hər kim bu namazı qılarsa, hacıların savablarına şərik olar.
3. İlk gündən Ərəfə gününün əsrinə qədər sübh namazından sonra və məğrib namazından əvvəl İmam Sadiqdən (ə) nəql edilən bir duanı oxumaq. Bu dua \"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 523-cü səhifəsində verilmişdir.
4. Hər gün ilk ongünlükdə Həzrət Cəbrayilin (ə) Həzrət İsaya (ə) Allahın hədiyyə
etdiyi duanı oxumaq. Həmin dua da \"Məfatihul-cinan\"da 525-ci səhifədə verilmişdir.
5.Hər gün İmam Əlinin (ə) buyurduğu duanı oxumaq. Bu dua da həmin kitabın 526-cı səhifəsində verilmişdir. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter