Həzrət Peyğəmbərin (s) hədisində xoşbəxt və bədbəxt insanın əlamətləri hansılardır?


Həzrət Peyğəmbərin (s) hədisində xoşbəxt və bədbəxt insanın əlamətləri hansılardır? Həzrət Peyğəmbər (s) buyururlar:
a) \"Xoşbəxtliyin əlaməti 4-dür:
1-Yaxşı həyat yoldaş, 2-Böyük evə sahib olmaq, 3-Yaxşı qonşu (keçinə biləcək və insanın abrını qoruyan olması xüsusi ilə), 4. Yaxşı miniyə sahib olmaq.
b) Bədbəxtliyin əlamətləri:
1-Pis qonşu, 2-Pis həyat yoldaş (acı dilli və sözə baxmayan, və anlayış göstərməyən xüsusi ilə). 3-Dar evə malik olmaq. (insanın yaxşı istrahət edib ehiyaclarına mane olan əsas səbəblərdəndir). 4-Pis miniyə sahib olmaq. (insanı çarəsizliyə çatdırandır)\". (Məkarimül-Əxlaq kitabı, səh: 126).


Peyğəmbərin (s) hədisində heyif olan 4 əməl hansılardır?


Peyğəmbərin (s) hədisində heyif olan 4 əməl hansılardır? Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək buyurdular: \"Ya Əli! 4 əməl heyif olub hədərə gedir:
1- Doyandan sonra yeməyə davam etmək,
2- İşıqlı gecədə çırağ yandırmaq,
3- Daş-qalaqlı yerdə əkinçiliklə məşğul olmaq,
4- Layiqli olmayan şəxsə yaxşılıq etmək.
Mən La-yəhzuruhul-fəqih, cild: 4, səh: 373


La ilahə illəllah\" bütün hakimiyyətlərin inkarıdır?!


La ilahə illəllah" bütün hakimiyyətlərin inkarıdır?! Cənab Rəhbər Ayətullah Xamenei buyurur:
\"La ilahə illəllah\" sözü bütün bu hakimiyyətlərin inkarı və təşəhhüd namaz qılanın bu inkara şəhadət verməsidir. Yəni namaz qılan qəbul edir və öhdəlik götürür ki, ona hakimiyyət və tanrılıq haqqı olan yalnız yeganə Allahdır və onların heç birinin onun üzərində heç bir hökmranlıq hüququ yoxdur.
Bunu qəbul edən şəxsin özünün də heç bir başqa varlığı – insanı, heyvanı, mələyi, cismi, öz nəfsini və ehtiraslarını tanrı kimi qəbul etməyə, onun itaətinə və bəndəliyinə razılaşmağa haqqı ola bilməz. Bu sözün mənası o deyil ki, təkallahlı insan heç vaxt ictimai öhdəlik götürmür, heç bir qanunu, yaxud hakimi qəbul etmir. Çox aydındır ki, insanın mahiyyətinə əsasən, ictimai yaşayış üçün öhdəliklər mütləq lazımdır. Mənası budur ki, Allahın fərmanından qaynaqlanmayan heç bir hömkranlığı və quruluşu qəbul etmir və ona dözmür. Özünün fərdi və ictimai həyatında Allahın fərmanına qulaq asır. Bəzən Allahın fərmanı ilə və Allahın cəmiyyətin idarəsi üçün təyin etdiyi fərmanın tələbinə uyğun olaraq, kimlərəsə itaət etməsi və öhdəliklərə boyun əyməsi lazım olur. Deməli, itaət və öhdəlik ümumi yaşayışın xarakterinə görə təkallahlı insanın həyatından da ayrılmır. Lakin bu itaət özünün azğın nəfsinin istəklərinə, yaxud onun özü kimi olan insanların təkəbbürlülüyünə və eqoistliyinə itaət deyil, Görən və Hikmətli Allahın iradəsinə və fərmanına itaətdir. Çünki icrası lazım olan qanunları və itaəti vacib lazım olan hakimləri müəyyən edən Odur. Onlar da Onun bəndələrinə yalnız Onun fərmanı çərçivəsində fərman verirlər.


Bu 6 əməllə (axirətə ziyanlı) dünya işlərini özümüzdən uzaqlaşdıra bilərik?


Bu 6 əməllə (axirətə ziyanlı) dünya işlərini özümüzdən uzaqlaşdıra bilərik? Bu 6 əməllə dünyanın ziyanlı bağlılıqlarından amanda qala bilərik:
1. Təfəkkür. Allahın nişanələri, ayələri, xilqətin hədəfi haqqında təfəkkür edək və özümüzdən soruşaq ki, haradan gəlmişik və hara gedəcəyik.
2. Zikr əhli olmaq. Əgər zikrləri düşünərək və mənasına diqqət edərək desək, bizdə daimi ayıqlıq halı yaradar. Səbəb olar ki, nəfs daima Allaha şükür etsin və şeytani vəsvəsələr qarşısında özünü müdafiə etsin.
3. Moizə. Biz Əhli-beyt (ə) davamçılarıın imtizayı bundadır ki, moizə məclislərimiz vardır. Əgər insan moizədən istifadə etsə, mənəvi hala gəlib çatar.
4. Nəsihət və xeyirxahlıq. Mömin, möminin aynasıdır və əgər onda bir səhv görərsə, onu mütləq qarşı tərəfə incitmədən deməlidir.
5. Özünü tərbiyə. Dini maarif bizə tövsiyə edir ki, mənəvi halımızı inkişaf etdirmək üçün özümüzü tərbiyə etməli və islah etməliyik. İmam Kazım (ə) buyurur: “O kəs ki, hər gün öz hesabını çəkmir – bizdən deyildir”.
6. Alimlərlə görüşmək. Həzrət İsa (ə) səhabələrinə buyurur: “O kəslə əyləşib-qalxın ki, görüşü sizə Allahı yada salsın, sözü elminizi artırsın, əməli sizdə axirət üçün rəğbət yaratsın”.


Namazın özündə riayət etməli olduqlarımız nələr olmalıdır?


Namazın özündə riayət etməli olduqlarımız nələr olmalıdır? Namazın özündə riayət etməli olduqlarımız:
1. Kamil təvazökarlıq və mütilik. “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (Muminun/2).
2. Qəlb hüzuru. Namazqılan namazını qəlb hüzuru ilə yerinə yetirməlidir və əgər namazını nigaran və iztirablı qəlb halı ilə qılarsa, bu ibadətin heç bir faydası olmaz.
3. Namazla şeytandan qorunmaq: “Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar”. (Muminun/9). Mömin o kəsdir ki, namazını şeytandan qoruyar. Şeytan insanın and içmiş düşmənidir və ona görə də ən üstün ibadət olan namazının hər bir hissəsində vəsvəsə edər və onu batil etməyə çalışar.
4. Gümrah və şad halda qılmaq. Namazqılan gərək o zaman namaz qılsın ki, bütün işlərindən ayrılmış olsun. Eyni zamanda bu namazını xüsusi sevinc və həzz halı ilı qılsın. Namazda süstlük, tənbəllik və yorğunluq göstərməsin.
5. İbadətdə əxlaq. İbadət və namaz ancaq Allah rizası üçün edilməlidir. Namazını Allahdan qeyrisindən pak etməlidir. Eyni zamanda namazını cəhənnəm qorxusundan və ya behişt arzusuna görə də qılmasın, Allaha yaxınlaşmaq üçün qılsın.


Seyid Qazi Təbatəbainin Əllamə Təbatəbaiyə gecə namazı haqqında tapşırığı.


Seyid Qazi Təbatəbainin Əllamə Təbatəbaiyə gecə namazı haqqında tapşırığı. Gecə namazı haqqında tövsiyə:
Əllamə Təbatəbai buyururdu ki, təhsil üçün Nəcəf-Əşrəfə getmişdim. Qohumluq əlaqəmiz olduğuna görə bəzi vaxtlar rəhmətlik Qazinin hüzuruna gedərdim. Bir gün mədrəsənin darvazası önündə dayanmışdım. Qazi oradan keçib gedərkən məni görüb yaxınlaşdı və əlini çiynimə qoyub dedi: “Övladım, əgər bu dünyanı istəyirsən, gecə namazı qıl və əgər axirəti istəyirsən, yenə də gecə namazı qıl.”
Onun bu sözü mənə çox böyük təsir etdi. Mən İrana qayıtmazdan əvvəlki beş il ərzində gecə-gündüz Qazinin qiymətli göstərişlərindən bəhrələnirdim. İrana qayıdandan sonra da vəfatına qədər onunla əlaqə saxlayırdım. O, məktublaşma yolu ilə mənə xüsusi tapşırıqlar verirdi. Bizim aramızda ustad-şagird əlaqəsi var idi. “Biz ələ gətirdiyimiz bütün nailiyyətlərə görə Ustad Qaziyə borcluyuq. (“Mehri taban”, Ayətullah Hüseyni Tehrani, səh. 25-26)


Аllаhı хаtırlаmаğın şәхsiyyәtә nə belə təsiri var?


Аllаhı хаtırlаmаğın şәхsiyyәtә nə belə təsiri var? Qurаn, әql vә tәcrübəyə görә insаnın mәnәvi cәhәtdәn tәnәzzülә uğrаmаsı qәflәtdәn irәli gәlir. Bu qәflәt insаnın özündәn vә yаrаnış mәqsәdindәn хәbәrdаr оlmаmаsındаn ibаrәtdir. Tәbii ki, bu qәflәtin müаlicәsindәn ötrü diqqәti hәmin mәsәlәlәrә yönәltmәk lаzımdır.
Qurаnida buyurulur: “Еy imаn gәtirәnlәr! Nәfslәrinizi qоrumаq sizin öz bоrcunuzdur. Siz dоğru yоldа оlsаnız, yоlunu аzаnlаr sizә hеç bir zәrәr yеtirә bilmәzlәr.” \"Maidə/105\".
Әllаmә Tәbаtәbаi аyәnin tәfsirindә nәfs bаrәsindә mәrifәt әldә еtmәk, bu mәrifәtin mәrtәbәlәri, bu mәrifәtin ilаhi mәrifәtlә sоnuclаnmаsı bаrәdә dәyәrli fikirlәr söylәyir. Ayənin zаhiri mәnаsı budur ki, insаn öz еyblәrinә mәşğul оlub bаşqаlаrındа nöqsаn ахtаrmаmаlıdır. Bәzәn insаn bütün diqqәtini әtrаfdаkılаrа yönәltdiyindәn özündәn хәbәrsiz qаlır. Bizdәn bir şәхs hаqqındа sоruşulаndа hәmin şәхsin nöqsаnlаrındаn dаnışmаğа üstünlük vеririk. İnsаn еyb ахtаrа-ахtаrа bir dә оndа аyılır ki, еyb ахtаrmаq оndа хаsiyyәtә çеvrilib. Dеyilәnlәr аyәnin zаhiri mәnаsını tәşkil еdir. Әllаmә ayənin incәliklәrindən danışaraq buyurur: Аyәdә insаnın özünә qаrşı diqqәtli оlmаsı ilә оnun dоğru yоlu tutmаsı, hidаyәti аrаsındа әlаqә mövcuddur. Dеmәk, dоğru yоlа yönәlmәk üçün insаnın özünә diqqәt yеtirmәsi şәrtdir. Yәni nәfsi tаnımаq Аllаhı tаnımаq üçün bir müqәddimәdir.


İmam Əli (ə)-ın hədisində yeddi böyük müsibət hansılardır?


İmam Əli (ə)-ın hədisində yeddi böyük müsibət hansılardır? İmam Əli (ə) buyurur: “İnsanlar, ayıq olun, yeddi böyük müsibət vardır ki, onlardan Allaha pənah aparıram:
1. O alim ki, büdrəyər.
2. O abid ki, ibadətdən yorular.
3. O mömin ki, yolunu azar.
4. Əmin insan ki, xəyanət edər.
5. O zəngin ki, yoxsul olar.
6. İzzətli insan ki, zəlil olar.
7. O yoxsul ki, xəstələnər”.


Həcc və Kəbənin dəyəri haqda bir neçə hədis yazın?


Həcc və Kəbənin dəyəri haqda bir neçə hədis yazın? HƏCC VƏ KƏBƏYƏ AİD BİR NEÇƏ HƏDİS:
Həccin məsələləri o qədərdir ki, hamısını biz bu kitabda cəmləşdirə bilmərik. Necə ki, İmam Sadiq (ə)-ın şagirdlərindən Zurarə adlı bir nəfər soruşdu ki: “40 ildir ki, həccin məsələlərini səndən soruşuram və hər dəfə mənim sualıma yeni bir cavab verirsən, aya bu həccin məsələləri qurtaran deyil?” İmam (ə) cavab verdi: “Ey Zürarə, bir məbəd ki, Həzrət Adəmdən qabaq bina olunub, istəyirsən ki, qırx il müddətində bu sualların hamısına cavab verəm?”
2. Həccin İslam aləmində əhəmiyyəti o qədər mühümdür ki, həcc ziyarətinə əsla gedən olmasa İslam hökumətinə vacibdir ki, bir iddə insanlara pul verib həcc ziyarətinə göndərsin, ta ki, müsəlmanlar zəifləyib qüvvədən düşməsinlər.”
3. İmam Sadiqdən (ə) rəvayət: “Ən bədbəxt o kəsdir ki, həcc əməllərini yerinə yetirib sonra “görəsən Allah mənim günahlarımı bağışlayıb, ya yox” deyə şəkkə düşsün.”
4. İmam Sadiq (ə) buyurur: “Allah-Taala Məscidül-Hərama daxil olan şəxsin üzünə 120 rəhmət qapısı açır. Onlardan 60-ı təvaf edənin, 40-ı namaz qılanın və 20-si Kəbə səmtinə baxanındır.” ...


Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir?


Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir? -Mərhum Ayətullah Behcət İmam Zamanla (əc) görüşə bilməməyin səbəbini belə açıqlayır: \"Günahlarımız (Vacibləri tərk etməyimiz və haramlardan uzaq durmamağımız\" Əsrin İmamı ilə görüşməyə ən böyük maneədir\"
-Mərhum Behcət (r) belə sual verir: \"Əgər günahlardan çəkinsək, və həqiqi onun yolunu gözləyənlərdən olsaq İmam Zaman (əc) bizi görməyə gəlməzmi?!
-Şübhəsiz ki, günahlarımız səbəb olmuşdur ki, əsrin İmamı bizlərə diqqət etməsin. İmam Zaman (əc) Şeyx Mufidə (r) yazdığı məktubunda belə buyurur: \"Bizi şiələrimizdən heç bir şey uzaq salmamışdır, məgər bu ki, onlar günah və çox ağır səhvlərə üz gətirirlər, ki bizlərə bu əməllər çatdırılır. Biz onların bu əməllərini sevməz və onlara bu işlərini (günahlarını) yaraşdırmarıq.\"
-İmam Sadiq (ə) buyurur: \"İmam Zamanın (əc) həqiqi dostlarından olmaq istəyən şəxs gərək həqiqi ədalət gətirəcək şəxsin intizarında olsun. Və müntəzir olduğu müddətdə təqvalı olub bəyənilmiş əxlaqa yiyələnməlidir.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter