İMam Səccad (ə): Möminin üçün dünyada 3 sığınacaq yer var.


İMam Səccad (ə): Möminin üçün dünyada 3 sığınacaq yer var. Həzrət İmam Səccad (ə) buyurdu: \"Bu dünyada mömin üçün 3 sığınacaq yer var:
1-Bu cümləyə şəhadət versin “La ilahə illallah vəhdəhu la şərikə ləh”; 2-İslam Peyğəmbərinin (s) şəfaətinə sığınsın; 3-Allahın rəhmətinin genişliyinə ümidli olsun; (Bu mənada ki, günahından tövbə etməyə tələssin),
Sonra həzrət buyurdu:
a) “Allahdan qorx, çünki sənə qarşı qüdrət sahibidir; b)və Ondan həya et (günahla qarşılaşanda), çünki sənə yaxındır; c) Eləki namaza dayandın elə halda ol ki, güman edəsən axrıncı namaza durursan, d) və çəkin o günlahlardan ki, onlara görə Allahdan bağışlanma diləmiş və tövbə etmişdin.
Yenə də həzrət (ə) buyurur: Günahınla fəxr etməkdən çəkin, çünki günahına sevinmək (günahın özündən daha çox) çirklik və dəyərsizlikl gətirəndir.


İnsan bədəninə faydalı olan 7 idman növü hansılardır?


İnsan bədəninə faydalı olan 7 idman növü hansılardır? İnsan bədəninə faydalı olan 7 idman növləri:
Başqa idman hərəkətləri ilə vaxtınızı boşuna sərf etməyin. İstədiyiniz bədənə sahib olmaq üçün sizə kömək edəcək idman növləri bunlardır.
1-İplə tullanmaq: Bir dəqiqədə çox kalori yandırmağa kömək edir. 2-Squat: Ürək sağlığını da yaxşılaşdırmaq üçün tullanmaq növünü edə bilərsiz. 3-Jim: Qolları formaya salmaq, bədəni fitləşdirmək üçün edə bilərsiz. Ürək-damar sağlığı üçün bunu etmək duruşu da yaxşılaşdırır. 4-Hücum idmanı: Ayaqların ayrı ayrılıqda hərəkət etdirilməsi çox gözəl effekt verəcək. Gündə 3 dəfə, hər dəfəsində 10 hərəkət edin. 5-Üzgüçülük: Fərqli əzələləri hərəkət elətdirir. Qan təzyiqini aşağı salır, ürəyi gücləndirib aerobik tutumu artırır. 6-Qaçış: (yerimək və qaçmaq arasında olan qaçış növü daha çox faydalıdır) Ürək sağlığını yaxşılaşdırır, depresiyya riskini azaldır. 7-Velosiped sürmək: Ayaqları hərəkət elətdirən velosiped ayaq, qol, omba əzaları, ürəyi gücləndirir və artıq çəkini azaldır.


Övladların dini tərbiyəsi haqda İslam maarifinin baxışını yazın?


Övladların dini tərbiyəsi haqda İslam maarifinin baxışını yazın? Övlad tərbiyəsinin kifayət qədər qaydaları var. Övlad bir qədər böyüdüyü zaman ona oruc tutmağı, namazı öyrətmək lazımdır. Övlada dəstəmaz almağı öyrətməliyik. Həzrət Əli (ə) buyurur ki, ailədəki kiçikləri dilinlə namaz və dəstəmaza çağır.
İmam Sadiq (ə) buyurur ki, övlada dəstəmaz almağı öyrətmək lazımdır. Bunun üçün yaş da göstərilir. 15-16 yaş arası şəriətin zahiri göstərişlərinə əməl edilməlidir. Övladın görkəmi, geyimi, danışıq üsulu, ətrafdakılarla rabitələri şəriət çərçivəsində olmalıdır. Zahirdə bu qaydalara əməl etmədən batini islah etmək mümkün deyil.
Aydınlıq yaransın deyə bəzi nöqtələrə işarə edək. Bizim bir zahirimiz və bir batinimiz var. Mərifət əhli bizi zahirimizin islahına çağırırsa nəzərdə tutulan zahiri görkəmin, geyimin, rəftarların islama uyğun olmasıdır. Bu o demək deyil ki, bir insan zahirdə namaz qılsın, pərdə arxasında günaha getsin. İnsan zahirini başqalarını aldatmaq yox, tərbiyələnmək məqsədi ilə islah etməlidir. İnsanları aldatmaq məqsədi ilə zahiri islah etməyin heç bir faydası yoxdur. Bir insan yalan danışanda ətrafdakılar onun yalan danışdığını hiss etməyə də bilər. Amma o özü bunu bilir. Belə bir vəziyyətlə batinin islahına keçmək olmaz.


Nəfsin tərbiyəsi mümkündürmü?


Nəfsin tərbiyəsi mümkündürmü? Vəhşi heyvana təlim vermək olursa, nə üçün ümidimizi itirək?!
Şəriət nəfsin cilovlanması üsullarını öyrədir. Əvvəlcə azğın nəfsin cilovlanmalıdır!
Həzrət Əli (ə) buyurur ki, azğın nəfsin cilovlanması fəzilətli ədəblərdəndir. Şəhvətin, qəzəbin qarşısının alınması tərbiyədə mühümdür. Tərbiyə prosesində bu ilk addımdır. Nəfs ağıldan uzaq və qeyri-şəri işə meyl etdikdə onun qarşısı alınmalıdır. Nəfs yaxşı işdən üz çevirir, pis işə meyil göstərir. Onda həm rəğbət, həm ikrah var.
Mərhum ustadlar buyurur ki, şəhvət və qəzəbin azadlığının məhdudlaşdırılması elə onları cilovlamaqdır. Bu azğın qüvvələrə cilov vurulmalıdır ki, insanı uçuruma aparmasın. İstəklərə hədd qoyulması peyğəmbərlərin işidir
İmam Rahil buyurur: “Peyğəmbərlərin məqsədi nəfsin tərbiyəsi, istəklərə hədd qoyulmasıdır.” Bəli, bütün peyğəmbərlər nəfsin tərbiyəsi üçün gəlib. Əsas məsələ sərhədlərin təyin olunmasıdır.


Həzrət İsanın (ə) nəfsin tərbiyəsi haqda hədisi


Həzrət İsanın (ə) nəfsin tərbiyəsi haqda hədisi Uşaqlıq dövründən sonra nəfsin tərbiyəsi çox çətindir!
Uşaqlıq mühiti ailədə keçir. Ailə mühitində tərbiyə asan olur. Ailə mühitində tərbiyə olmayan uşaqda həvayi-nəfs, azğın nəfs qüvvələri güclənir, onun tərbiyəsi çətinləşir. Həzrət İsa (ə) buyurur ki, azğın nəfsə qalib gəlmək istəyən adamın işi bir şəhəri təkbaşına fəth etmək istəyən insanın işindən çətindir.
İş bir yerə çatır ki, bir heyvani istəyi cilovlamaq bir şəhəri fəth etməkdən çətin olur. Biz çalışmalıyıq ki, tərbiyə prosesinin ailə mühitinə aid olan hissəsini ən üstün şəkildə yerinə yetirək. Ailə mühitində olan uşağa hələ ki, nəfs qüvvələri qalib gəlməyib, onları tənzimləmək mümkündür.


Ayətullah Cavadi Amuli hansı sözü eşitməmək üçün qulaqlarını tutdu?


Ayətullah Cavadi Amuli hansı sözü eşitməmək üçün qulaqlarını tutdu? Ayətullah Cavadi Amuli ağa onu tərif edən şəxsin sözünü eşitməmək üçün qulaqlarını tutdu!
Ayətullah Cavadi Amulinin mazandaranlı universitet tələbləri ilə görüşü zamanı maraqlı hadisə baş verib. Görüş zamanı çıxış edən seyid bir ruhani Ayətullah Amulini tərifləməyə başlayıb. Bu tərifləri eşidən Ayətullah Amuli başını narazılıq əlaməti olaraq sağa-sola çevirib və sonra əlləri ilə qulaqlarını tutub.
Böyük alim bir qədər sonra tələbələr qarşısında çıxış edərkən açıq şəkildə bildirib ki, tərif insanlar üçün bir təhlükədir. Əgər kimsə özü barədə tərifləri ciddi qəbul edərək bu sözlər üçün sevinsə, özünü həlak etmişdir.


İnsan ruhunun 4 çətin sıxıntı anında İmam Sadiqin (ə) göstərişləri


İnsan ruhunun 4 çətin sıxıntı anında İmam Sadiqin (ə) göstərişləri Həzrət İmam Sadiq (ə) buyurur: Təəccüb edirəm o şəxsdən ki, 4 şeydən qorxur amma bu 4 kəlmələrə sığınmır:
1-Təəccüb edirəm o şəxsdən ki, qorxu ona qələbə çalmış, necə olur ki, bu zikrə sığınmır: \"Həsbunallah və Niməl-vəkil\" Ali-İmran sur, ayə: 173,
2-Təəccüb edirəm o şəxsdən ki, qəmgin və üzgünlük ona qələbə çalmışdır, necə olur ki, bu zikrə sığınmır: \"La ilahə illa ənt, sübhanəkə inni kuntu minəz-zalimin\" Ənbiya, s. ayə: 87, Necə ki Yunis Peyğəmbər (ə) bu zikrlə balığın qarnından nicat tapdı Ənbiya/88.
3-Təəcccüb edirəm o şəxsdən ki, ona qarşı hiyləgərlik olub, necə olur ki, bu zikrə sığınmır: \"Ufəvvizu əmri ilallah, İnnallahə bəsirun bil-ibad\" Ğafir s. ayə: 44.
4-Təccüb edirəm o şəxsdən ki, dünya və onun gözəlliklərindən istəyir, necə olur ki, bu zikrə sığınmır: \"Maşə Allah la qüvvətə illa billah\".


İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər hansılardır?


İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər hansılardır? İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər:
1-Mömin qonağın hörmətini qorumaq, 2-Salavat demək, 3-Çoxlu səcdə etmək, 4-Qırmızı rəngli əqiq üzükdən istifadə etmək, 5-Müstəhəb oruclar tutmaq, 6-Ac bir insanı doydurmaq, 7-Müsəlmanın dəfn mərasimində iştirak etmək, 8-Xəstəni yoxlamağa getmək, 9-Xəstələnmək (səbəb olar ki insan səbr etməklə Allah qarşısında günahları silinsin), 10-Məscidin işığını yandırmaq, 11-Möminlə əl vermək, 12-Məscidi süpürmək.


Naməhrəmlə zarafatın cəzası rəvayətlərdə nə təyin edilib?


Naməhrəmlə zarafatın cəzası rəvayətlərdə nə təyin edilib? Naməhrəmlə zarafatın cəzası:
Allah Rəsulundan (s) nəql edilib ki; Hər kəs naməhrəm bir qadınla zarafat etsə, onunla dünyada danışdığı (zarafatyana) hər sözdən ötrü (məhşərdə) min il həbs edilər.
İmam Baqirin (ə) səhabələrindən olan Əbu Bəsir (r.ə) deyir: Bir qadına Quran dərsi deyirdim. Bir gün onunla bir az sözlə zarafat edib, zarafatyana sözlər dedim. Bir müddət sonra İmam Baqirin (ə) yanına getdim. Məni görən kimi dedi: Qadına nə dedin?
Əbu Bəsir davam edərək belə deyir: Mən utandığımdan üzümü örtdüm və İmam (ə) mənə “Bir də bu işi təkrar eləmə!” dedi. sizinyol.com/


Peyğəmbər (s) hədisində ölülәrin аrzusu nə olaraq tanıtdırılır?


Peyğəmbər (s) hədisində ölülәrin аrzusu nə olaraq tanıtdırılır? Peyğəmbərin (s) hədisində ölülərin arzusu:
“Hәr gün bir mәlәk qәbiristаn әhlinә хitаb еdir: Sizdәn bir kәsin аrzusu vә yа qibtә еtdiyi vаrmı? Оnlаr cаvаb vеrәrlәr: Biz nаmаz qılаnlаrа vә оruc tutаnlаrа qibtә еdirik ki, nә üçün biz dә оnlаr kimi bu әmәllәri yеrinә yеtirә bilmirik.
“Cәhәnnәmdә bir yеr vаrdır ki, cәhәnnәm әhli hәr gün istinin şiddәtindәn yеtmiş dәfә fәryаd еdirlәr. Hәzrәtdәn sоruşdulаr: Bu yеr kimlәrin yеridir? Buyurdu: Qurаn әhlindәn оlаn şәrаbхоrlаrın vә nаmаz qılmаyаnlаrın.”
“Nаmаz dinin sütunudur. Оnа görә dә hәr kim qәsdәn nаmаz qılmаsа, dinini mәhv еtmişdir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter