Bu günahın sahibi qiyamətdə 10 min mələk öldürmüş kimi məhşur olar!


Bu günahın sahibi qiyamətdə 10 min mələk öldürmüş kimi məhşur olar! İslam Peyğəmbəri (s) buyurubdur: \"Əgər bir kəs mömini incitsə, hətta bir cümlə ilə belə olsa da. Qiyamətdə bir vəziyyətdə məhşur olacaq (gətiriləcək) ki, onun alınına yazılmışdır: \"Allahın rəhmətindən ümidsiz olan şəxs\", \"bu şəxs dünyada etdiyi günahın görə\" Kəbə və beytül-müqəddəsi viran etmişdir və 10 min mələk öldürmüşdür\".
\"İrşadul-qülub ila səvab\" kitabı, c. 1, səh: 76-77.


Yersiz \"əlhəmdulillah\"-a görə 30 il Allahdan bağışlanma dilədi!


Yersiz "əlhəmdulillah"-a görə 30 il Allahdan bağışlanma dilədi! Böyük irfani məqama çatmış bir alim yersiz \"əlhəmdulillah\"-a görə 30 il \"əstəğfirullah\"- yəni Allahdan bağışlanma dilədi!
İraqın Bəsrə şəhərindən olan bir alim 30 il Allahdan bağışlanma zikrini hey deyərdi. Şagirdlərindən biri soruşdu. Nə üçün bu zikrdən əl çəkmirsiniz?! Bir halda ki sizdən bir günah olsun belə görmədik?
Alim cavab verdi: Mənim 30 illik bağışlanma zikrini deməyimin səbəbi bir dəfə yersiz \"Əlhəmdulillah\" deməyimdir.
Macərası belədir: Bir gün mənə xəbər gətirdilər ki, İraqın Bəsrə şəhərinin bazarını od tutub yanıb. soruşdum: Mənim evim necə? Dedilər: Sizə aid mülk yanmayıb...
Dedim: Əlhəmdulillah...
Əlhəmdulillah deməyimin mənası bu olur ki, Mənim mülküm yanmayıb, camaatın malı cəhənnəmə yansın!
O əlhəmdulillah deməyim özümü istəkdən irəli gəldi, Allaha xatir olmadı...


Necə edək ki düzgün qidalanaq?


Necə edək ki düzgün qidalanaq? Orqanizmin sağlam və gümrah olmasında ən əsas amillərdən biri düzgün qidalanmadır. Hətta ən müasir kosmetik vasitələr belə insanın xarici görünüşünə düzgün və sağlam qidalanma kimi müsbət təsir göstərə bilməz.
1. Aclıq hissi olmadan süfrə arxasına keçməyin. Cəmisi bir neçə gün buna əməl etsəniz növbəti günlərdə qidalanmanız sutka ərzində rejimə düşəcək.
2. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul edin.
3. Düzgün qidalanmanın əsas şərtlərindən biri ağız boşluğunda qidanın yaxşı çeynəlinməsidir.
4. Ayaqüstü qidalanmadan imtina edin.
5. Gündəlik qida rasionunu 2-3 dəfəyə deyil, 4-5 hissəyə bölün. Yəni az-az və vaxt baxımından tez-tez.
6. Qida rasionunuzun çox hissəsini günarta yeməyində qəbul edin.
7. Yeməkarası və yeməkdən dərhal sonra su və digər mayelər içməyin.
8. Köhnə yeməklərdən imtina edin, çalışın təzə hazırlanmış xörəklərlə qidalanasınız...


İmam Əli (ə) dövründə çox təsirli əhvalat!


İmam Əli (ə) dövründə çox təsirli əhvalat! İmam Əli (ə) dövründə çox təsirli əhvalat
Üç qardaş İmam Əlinin (ə) yanına gəlib, dedilər: Atamızın qatili olan bu kişidən qisas almanı istəyirik. İmam Əli (ə) qatilə buyurdular: Onu niyə öldürmüsən? Dedi: Mən qoyun, dəvə və .... otaranam. Dəvələrimdən biri bu uşaqların atasına aid olan ağaclardan birindən yeməyə başladı. Ataları dəvəni daşla vuraraq öldürdü. Mən elə o atdığı daşı götürüb atalarına tərəf atdım və o da öldü.
İmam Əli (ə) buyurdular: Sənə İslam şəriəti ilə cəza verəcəm. O kişi dedi: Mənə üç gün möhlət verin. Atam ölübdür və ondan mən və kiçik qardaşım üçün xəzinə qalıb. Mənim ölümümlə atamdan qalan var-dövlət heyif olub aradan gedəcək. (yəni xəzinənin yerini mən bilirəm.) İmam (ə) buyurdular: Kim sənin qayıdışına zamin olacaq? Kişi camaata baxdı və dedi: Bu kişi! (Əbuzər) Əmirəlmöminin (ə) buyurdular: Əbuzər! Bu kişiyə zamin olursan? Əbazər dedi: Bəli. Əmirəlmöminin (ə) buyurdular: Sən onu tanımırsan, əgər qaçsa şəriət cəzasını sənin üstündə həyata keçirəcəm! Əbazər dedi: Mən bu kişiyə zamin oluram Ya Əmirəlmöminin! O kişi getdi...


Həzrət Peyğəmbərdən (s) 40 ibarətamiz hər kəs belə olsa nələr qazanar!


Həzrət Peyğəmbərdən (s) 40 ibarətamiz hər kəs belə olsa nələr qazanar! Həzrət Peyğəmbərdən (s) 40 ibarətamiz hər kəs belə olsa: Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar.
1-Hər kəs sükut etsə nicat tapar.
2-Hər kəs başqalarının xətalarından keçsə, Allah da onun günahlarından keçər.
3-Hər kəs başqalarını bağışlasa, Allah da onu əfv edər.
4-Hər kəs müsibətə səbr etsə Allah onu (müsibəti) əvəz edər.
5-Hər kəs öz qəzəbini udsa, Allah ona əcr verər.
6-Hər kəs dolanışığında əndazə saxlasa Allah onun ruzisini verər.
7-Hər kəs bədxərclik etsə Allah onun ruzisini kəsər.
8-Hər kəs hökmdarların qapısına yaxınlaşsa əziyyət görər.
9-Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar.
10-Hər kəs behiştin arzusundadırsa gərək xeyirli işlərə tələssin...


Peyğəmbər (s) yeddi dəstəyə lənət edib?!


Peyğəmbər (s) yeddi dəstəyə lənət edib?! İslam Peyğəmbəri Həzrət Muhəmməd ibn Abdullah (s) buyrur: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər. Onlar bunlardır:
1-Allahın kitabına bir şey artıran kəslər,
2-qəza-qədəri təkzib edənlər,
3-mənim sünnə və dinimə müxalif olanlar,
4-əhli-beytimə (ə) qarşı düşmən münasibətdə olanlar,
5-Alalhın dostlarını zəlil, düşmənlərini isə əziz etmək məqsədi ilə hakimiyyəti zorla ələ alanlar,
6-camaatın ümumi malını öz çənginə keçirən qəddar hakim və bir də
7-Allahın halallarını haram, haramlarını isə halal bilənlər.


Cəbraildən (ə) Peyğəmbərə (s) İslam ümməti üçün 7 müjdə


Cəbraildən (ə) Peyğəmbərə (s) İslam ümməti üçün 7 müjdə Cəbrail mənə nazil oldu və dedi: “Allah sənə salam göndərib buyurur. Mənimlə sənin ümmətin arasında yeddi qərar var: 1. Əgər mənə itaət etsələr, müqəssir də olsalar itaətlərini qəbul edərəm. Çünki, Mən Kərim olan Allaha məxsus olanı yerinə yetirərəm, bəndə isə zəif olan bəşərə layiq olan bir iş yerinə yetirər.
2. Tövbə etsələr və bir daha günaha geri dönməsələr, onları anadan olduqları gündəki kimi pak-pakizə dünyadan apararam.
3. Onların yeddi bədən üzvlərindən olan dil, qulaq, göz, əl, ayaq, qarın və cinsiyyət üzvünün altısı günahkar, biri isə günahsız olsa, həmin bir üzvə görə o birilərinin də günahından keçərəm.
4. Bir kəs günah etsə və bilsə ki, Allah bağışlayandır, onun günahlarından keçərəm.
5. Onları müxtəlif xəstəliklərə düçar etməklə günahlarını yuyub apararam.
6. Hər qış və yayda onlara soyuq və istilik göndərməklə onları Qiyamətin isti-soyuğundan qoruyaram.
7. Onlar üçün fəzilətlə dolu olan aylar və günlər müəyyən edərəm ki, həmin vaxtlarda ibadətlərinin savabını qat-qat artırım, günahlarını bağışlayım və Öz rəhmətimlə onları behiştə daxil edim.


Allah-Taala Musa (ə) vasitəsi ilə bəndələrinə hansı tövsiyələri edir?


Allah-Taala Musa (ə) vasitəsi ilə bəndələrinə hansı tövsiyələri edir? Allah-Taala Musa (ə) vasitəsi ilə bəndələrinə belə olmağı tövsiyə edir:
Allah-Taala Musaya (ə) belə vəhy edərək buyurdu: \"Ya Musa! Elə bir məxluq yaratmamışam ki, o mənim dərgahımda mömin bəndəmdən əziz olsun.
Onu bəlaya düçar edirəmsə bu onun üçün daha yaxşı və daha xeyirli olduğuna görədir.
Ona can sağlığı verirəmsə deməli bu onun üçün daha yaxşıdır. Onun əlindən alıb məhrum edirəmsə bu onun üçün daha yaxşıdır. (Kamala çatmasına səbəbdir),
Mən nəyin bəndəmi islah edərək düzəltməsini daha yaxşı bilirəm. Buna görə də gərək mənim bəlama (imtahanıma) səbrli, nemətlərimə şükr edən və hökmlərimə razı olsun ki, onu Özümün ən doğru bəndələrimin sırasında yazım.


Qiyamət günü əməllərin tərəziyə qoyulması haqqında Quran ayələrindən yazın?


Qiyamət günü əməllərin tərəziyə qoyulması haqqında Quran ayələrindən yazın? ƏMƏL TƏRƏZİSİ:
Qurani - Kərimdə sorğu-sual günü əməllərin tərəzidə çəkilməsi haqqında bəzi ayələr
O gün (əməllərin tərəzidə) çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər - məhz onlar nicat tapanlardır.
1-Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğaradanlardır. (əl-Əraf: 8-9)
2-(O gün) məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. -Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar. (əl-Muminun: 102-103)
3- (O gün) kimin tərəziləri ağır gələrsə, -xoşbəxt güzəran sürəcək. -Kimin tərəziləri yüngül gələrsə, -məskəni Haviyə olacaqdır. -Sən hardan biləsən ki, o nədir? -O, çox qızmar bir oddur! (əl-Qariə: 6-11)


Məsumların (ə) nəzərində üzümün xüsusiyyətləri nələrdir?


Məsumların (ə) nəzərində üzümün xüsusiyyətləri nələrdir? Üzüm - Allahın biz insanlar üçün xəlq etdiyi ləzzətli meyvərədən biridir. Allah Təala Quranda da bu meyvənin adını çəkmişdir.
A) Üzümün ilk xasiyyəti - qəmi aradan aparmaq və şadlıq ruhiyyəsi icad etməkdir. Peyğəmbər (s) buyurur: “Nuh (ə) Allaha qəm və qüssədən şikayət edir və Allah ona vəhy edir ki, üzüm ye. Çünki üzüm qəmi aradan aparır”. İmam Rza (ə) buyurur: “Üzümü dənə-dənə yeyin ki, ləzzətli və həzmedəndir”.
B) Üzümdən alınan sirkənin faydaları.
İmam Rza (ə) tövsiyə edir ki, insan yeməyə sirkə ilə başlasın. Muhəmməd ibni Əli nəql edir ki, Xorasanda bir nəfər İmam Rzanın (ə) hüzuruna gedir və görür ki, Həzrət (ə) üçün elə bir yemək gətirirlər ki, orada sirkə və duz olur. Həzrət (ə) yeməyə sirkə ilə başlayır. Həmin kişi deyir: “Siz bizə əmr etmisiniz ki, yeməyə duzla başlayaq”. Həzrət (ə) buyurur: “Həqiqətən sirkə zehni güclü və ağlı çox edər”. İmam Rza (ə) buyurur: “O evdə ki, sirkə olar, o evin əhli ehtiyacsız olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter