İnsan əməlinə aid 24 haram davranışlardır bunlar!


İnsan əməlinə aid 24 haram davranışlardır bunlar! İnsan əməlinə aid haram davranışlar:
1-Allahdan başqasına qurban kəsmək, 2-ölmüş heyvan əti yemək haramdır. 3-Zina, 4-faiz, 5-qumar,
6-şərab, 7-araq, 8-insanları sərxoş edən şeylər haramdır. 9-qadının örtməsi lazım olan yerlərinin açıq olması harmdır, ən böyük günahdır. 10-Münəccim, kahinlərə inanmaq, 11-birinin arxasından söz söyləmək, 12-iftira atmaq, 13-yalan demək haramdır. 14-Heç bir səbəb yoxkən boşanmağa qalxmaq, 15-pis niyyət bəsləmək, 16-haqsız yerə insan qanı tökmək, 17-riya, 18-həyasızlıq, 19-yoxsulluq qorxusuyla uşaq düşürmək haramdır. 20-Yalan yerə and içmək, 21-israf, 22-ata-anaya itaətsizlik, 23-oğurluq haramdır. 24-Qurani-Kərimin qadağan etdiyi şeylərin hamısı haram, ən böyük günahdır.


Seyid Qazi Təbatəbainin Əllamə Təbatəbaiyə gecə namazı haqqında tapşırığı.


Seyid Qazi Təbatəbainin Əllamə Təbatəbaiyə gecə namazı haqqında tapşırığı. Gecə namazı haqqında tövsiyə:
Əllamə Təbatəbai buyururdu ki, təhsil üçün Nəcəf-Əşrəfə getmişdim. Qohumluq əlaqəmiz olduğuna görə bəzi vaxtlar rəhmətlik Qazinin hüzuruna gedərdim. Bir gün mədrəsənin darvazası önündə dayanmışdım. Qazi oradan keçib gedərkən məni görüb yaxınlaşdı və əlini çiynimə qoyub dedi: “Övladım, əgər bu dünyanı istəyirsən, gecə namazı qıl və əgər axirəti istəyirsən, yenə də gecə namazı qıl.”
Onun bu sözü mənə çox böyük təsir etdi. Mən İrana qayıtmazdan əvvəlki beş il ərzində gecə-gündüz Qazinin qiymətli göstərişlərindən bəhrələnirdim. İrana qayıdandan sonra da vəfatına qədər onunla əlaqə saxlayırdım. O, məktublaşma yolu ilə mənə xüsusi tapşırıqlar verirdi. Bizim aramızda ustad-şagird əlaqəsi var idi. “Biz ələ gətirdiyimiz bütün nailiyyətlərə görə Ustad Qaziyə borcluyuq. (“Mehri taban”, Ayətullah Hüseyni Tehrani, səh. 25-26)


Böyük Arif Qazinin dünya və axirət xoşbəxtliyi üçün tövsiyələri nələrdir?


Böyük Arif Qazinin dünya və axirət xoşbəxtliyi üçün tövsiyələri nələrdir? Ayətullah Qazi Təbatəbai buyurur: İnsanın dünya və axirət xoşbəxtliyindən məhrum olmasının əsas səbəbi onun qəflətə düşməsidir.
Böyük arif Qazi Təbatəbainin qəflət yolundan nicat tapmaq üçün etdiyi tövsiyələr:
1- Yaşayışınızda örnək aldığınız insanı düzgün tapıb tanımaq lazımdır. Bundan sonra isə ilahi beş vaxt vacibata və başqa vacibatlara diqqət yetirilməlidir.
2-Xüşu və xüzunun çoxalması yolunda çalışqanlıq olmalıdır,
3-Hər vacib namazdan sonra Fatimeyi-Zəhranın (s.ə) zikrini deməkdə diqqətlilk göstərmək,
4-Ayətəl-kürsini oxumaqdan qəflətə düşməmək,
5-Hər sübh namazından sonra şükr səcdəsi yerinə yetirib Yasin surəsini oxumağa diqqətli olmaq,
6-Axşam vaxtları, yatmazdan öncə Vaqiə surəsini oxumağa diqqətli olmaq, 7...


Həzrət Ayətullah Behcətin tövsiyə etdiyi dua ...


Həzrət Ayətullah Behcətin tövsiyə etdiyi dua ... Həzrət ustad mərhum Ayətullah Behcətin tövsiyə etdiyi dua: Kimsə dünyadan necə gedəcəyini bilmir... Böyük alim, dəyərli arif Ayətullah Şeyx Məhəmmədtəqi Behcətin vəfat idönümü münasibətilə Cənab Rəhbərin mətbuat xidməti ustadın Ayətullah Xameneiyə tövsiyə etdiyi dua haqqında yazıb.
Dörd il öncə Qum Elm Hövzəsinin ustad və tələbələri ilə görüşdə bir hədisin şərhi zamanı Cənab Rəhbər, Ayətullah Behcətin tövsiyə etdiyi duanı yada saldı. Bu Qəriq duası idi: “Ya Əllah, ya Rəhman, ya Rəhim, ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik” (یا الله یا رحمان یا رحیم یا مقلب القلوب ثبت قلبی علی دینک). Həmin vaxt Cənab Rəhbər buyurmuşdu: “Kimsə deyə bilər ki, bizim dinimiz möhkəmdir və bu dua imanda aşağı təbəqəyə aiddir. Əslində necədir? Hər bir insan öz iman mərtəbəsindən süqut edə bilər. Dua bunu nəzərdə tutur ki, Pərvərdigara, məni hazırkı iman məqamımda möhkəm qərar ver. İnsan ali iman dərəcəsinə qalxıb bu dərəcədə dayana bilsə həyatı şirin, ölümü rahat olar. Bizim üçün çətinliklərdən biri ölüm çətinliyidir. İmam Səccad (ə) Allah-Taaladan imanının hifzini istəyir. (امتنا مهتدین غیر ضالین، طائعین غیر مستکرهین غیر عاصین) Daim doğru yolda olmuş bir insanın belə dua etməsi göstərir ki, yol təhlükəlidir.


Böyük Arif Şeyx Həsən Əli İsfahaninin 14 tövsiyəsi.


Böyük Arif Şeyx Həsən Əli İsfahaninin 14 tövsiyəsi. Şeyx Noxudəki çox vaxt gecələri sübhədək oyaq qalardı. 11 yaşından ömrünün sonunadək ildə üç ay ardıcıl və beyz günləri oruc tutub.
Şeyx Noxudəkinin 14 tövsiyəsi: 1.Yövmiyyə (gündəlik) namazlarını vaxtında qıl; 2.Xalqın istəyini yerinə yetirmək üçün çalış və düşünmə ki, hansısa iş əlindən gəlməz. 3.Seyidləri əziz tut, 4.Gecə namazını unutma, təqvalı ol; 5.O qədər oxu ki, təqliddə azad olasan; 6.Məkruh işlər bəndəni alçaldır, müstəhəb işlər onu yüksəldir – bunu unutma; 7.Əgər seyr-sülukda bir məqama çatmışamsa, gecələr oyaq qalmaq, müstəhəbə əməl etmək, məkruhları tərk etməyin bərəkətidir. 8.İki şeyə diqqətli ol: halal ruzi və namaza diqqət. Bu iki şərt ödənsə qalan işlər düzələr. 9.İki tülu arasında (sübhdən gün doğana qədər) vaxtı 4 yerə böl: zikr üçün, dua üçün, Quran qiraəti üçün, ötən günün əməllərini fikirləşmək üçün. 10. Az da olsa hər gün sədəqə ver. 11.Zikrdən qabaq salavatla qəlbinizi hazırlayın; 12.Gecə ibadətinə müvəffəq olmaq, çətinliklərin həlli üçün hər sübh Quran, xüsusilə Yasin oxu; 13.Pis adamlarla ünsiyyətdən yaranan istilik salehlərlə ünsiyyət vasitəsilə aradan qalxar; 14.Günahkarla yaxınlıqdan çəkinmək tapşırılıb. Bir vəsvəsənin zərərini uzun illərin zəhməti ilə aradan qaldırmaq olmur…


Ayətullah Mirza Şahabadi tələbəsinə hansı əxlaqi tapşırıqları verdi?


Ayətullah Mirza Şahabadi tələbəsinə hansı əxlaqi tapşırıqları verdi? Ayətullah Mirza Məhəmmədəli Şahabadidən öz tələbəsinə üç əxlaqi göstəriş:
Şahabadinin şagirdlərindən biri bazar əhli idi. Ağa şagirdinin bəndəlik yolunda inkişaf edib geri qalmaması üçün üç əxlaqi göstəriş verdi:
1. Çalışın, namazı vaxtında qılın. Ha-rada olsanız azanın səsini eşidən kimi əlinizdəki işi saxlayıb namaza tələsin. Bacardığınız qədər camaat namazı qılın.
2.Alverdə insaflı olun. Çalışın malları həddindən artıq baha satmayın. Alverdəgözlərinizi bağlayın və dost, tanış, yaxın, özgə, yerli, gəlmə arasında fərq qoymayın.
3.Allahın haqqını vaxtında yerinə ye-tirin. Deməyin ki, hələ bir il vaxt var.


Özümüzü insanlara necə sevdirək?!


Özümüzü insanlara necə sevdirək?! İstəyirlər ki, danışdıqları zaman hamının diqqəti onlarda olsun. Bu kimi istəklər insanların əksəriyyətində mövcuddur. Buna görədir ki, bəziləri bu istəklərini həyata keçirə bilmək üçün çox qəribə işlərə əl atır, bu yolla insanların nəzər diqqətini özlərinə cəlb etmək istəyirlər. Baxmıyaraq ki, nəticə çox zaman əks olur və nifrətbəslənmə mərkəzinə çevrilirlər. Onların qeyri-adi hərəkətləri müxtəlif şəkillərdə olur, qəribə modalardan istifadə etmək, qeyri-adi paltarlar geymək, saçlarını təəccüblü formada kəsdirmək, xoşagəlməz sözlər danışmaq, camaatın gözü qarşısında güclərini göstərmək, kiminləsə ucadan mübahisə etmək, başqalarını istehza etmək və sair bəyənilməz işlərə əl atırlar. Yəqin ki, siz də bu cür insanlara rast gəlmisiniz.
Amma sevilməyə səbəb olan yollar bunlardır: 1- Xüsusi bir iş görmək lazım deyil. Olduğumuz kimi görünməyimiz kifayət edər. 2- Ədəbli olaq, insanlara ehtiram edək və hörmətlə davranaq. 3- Bihudə və mənasız sözlər danışmayaq, dilimizi qoruyaq. 4- Niyyətimizi pak və xalis edək, insanlar barədə yaxşı şeylər düşünək, 5- Zahirimizə, yəni geymimizə də diqqət yetirək, təmiz və səliqəli geyinək. 6- Heç kimi istehza etməyək, yoxsa bir çoxlarının bizə nifrət etmələrinə bais olarıq.


Qeybətin gətirdiyi dünya və axirət bəlaları nələrdir?


Qeybətin gətirdiyi dünya və axirət bəlaları nələrdir? Bəzi çirkin əməllərimiz insanlarla rabitəmizə mənfi təsir qoyar
Bu çirkin əməllərdən biri də qeybətdir. Qeybət elə bir şeydir ki, əgər həmin insan bu xəbəri eşitsə, xoş qarşılamaz. Yəni, sən kiminsə nöqsanını başqalarının yanında deyirsən. Bu nöqsan ola bilsin ki, əxlaq, rəftar və bədən eybləri olsun. Qeybət sırf dillə edilən bir əməl deyildir. Yazmaq və ya işarə etmək də qeybətə şamil edilir.
Həzrət Peyğəmbər (s) soruşur: “Bilirsinizmi ki, qeybət nədir?”. Deyirlər: “Xeyr”. Buyurur: “Qardaşını elə yada salmaqdır ki, əgər başa düşsə, narahat olar”. Soruşurlar: “Əgər o şeyi ki, deyirlər, qardaşımızda olsa belə?”. Buyurur: “Əgər o şeyi ki, deyirsən, onda olarsa, qeybət etmişsən, əgər onda olmazsa, böhtan atmısan”. İslamın tövsiyə etdiyi ən gözəl əxlaqi fəzilətlərindən biri budur ki, başqasının eybini gizlədək. Qeybətin gətirdiyi bəlaları iki dəstəyə bölmək olar:
A) Qeybətin mənəvi və axirət bəlası: 1. Yaxşı əməlləri məhv edər. 2. Allah vilayətindən xaric olar. 3. İnsanın inancı fasid olar. 4. İbadətin dəyəri azalar. 5. Əməlləri qəbul olmaz. 6. Behiştdən məhrum olar. 7. Mükafatı təxirə düşər. 8. Qiyamət günü çirkin şəkildə təcəssüm olar.
B) Qeybətin dünya bəlaları: 1. Abrı aparar. 2. Düşmənçilik yaradar. 3. Çirkinlikləri təbliğ edər.


Gözəl əxlaqlı olmaq üçün nə etmək lazımdır?


Gözəl əxlaqlı olmaq üçün nə etmək lazımdır? İmam Sadiq (ə) gözəl əxlaqın tərifində buyurur: “Xoş əxlaq odur ki, rəftarını mülayim edəsən, sözlərini pakizə edəsən, qardaşınla xoş üzlə görüşəsən”.
İslam dini daima öz davamçılarını rəftar və danışıqda mülayim və xoş olmağa dəvət edir. Kobudluğu və pis rəftarı həmişə məzəmmət etmişdir. Çünki bu yol - insanın müvəffəqiyyət və səadət yoludur. Bütün İlahi peyğəmbərlər (ə) insanların ürəyini məhz bu yoldan cəzb etmişdilər. Xoş əxlaq, gülər üz, mülayim və ürəyə yatan danışıq - İlahi övliyaların bariz sifətləri olmuşdur. Həzrət Peyğəmbər (s) özü bu sifətlərin ən bariz nümunəsidir. “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).
Bəs necə edək ki, gözəl əxlaqa malik ola bilək? 1. Gözəl əxlaqın dəyərinə və təsirlərinə diqqət etmək. 2. İnsanlıq hissini gücləndirmək. 3. Gözəl əxlaqı təmrin etmək. 4. Zarafatcıl olmaq.


Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar?


Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar? Tehranın əzəmətli əxlaq və hövzə ustadı olan mərhum Ayətullah Muctehidi Tehrani həzrətləri valideynin dəyəri haqda belə buyurmuşdu:
\"Diqqətli olun ki, valideynin üzünə qayıtmayın! Ata-ana sizlərə nifrin etməsinlər. Heç zaman onlara qarşı pis baxışla baxmayın. Bəzən mümkündür ki, atanızın əsəbi narahat olmuş ola və sizin üstünüzə çığırsınlar. Siz gedin onun əlindən öpün və üzr istəyin ki, onu narahat etməkdə nəsə etmiş olarsınız. Baxmıyaraq ki, onun səhv olduğunu bilirsiniz. Siz elə təsəvvür yaradın ki, siz günahkarsınız və deyin: Atacan, anacan, mənim gunahımdan keçin. ... Bu əməlinizlə sizlərə böyük ilahi lütflər nazil olar. O dəstə insanlar ki, valideyinləri onlardan razı olmuşdu əllərini nələr vurmuşlar qızıla çevrilmişdir! Və o dəstə insanlar ki, valideyinləri onlardan naraza qalmışdı əllərini hər nə işə uzatsalar da qaplar üzlərinə bağlı qalmışdı! Mümkündür ki, diriliklərində sizlərdən razı olmuşlar, indiki dünyadan getmişlər onlar üçün xeyir və ehsanat edirsinizmi?! Hər gecə-gündüz vaxtında bir dəfə belə olsa əlləri xeyir əməldən üzülmüş valideyninizi quranla yad edin! (Bu əməlin ki xərci yoxdur). Əgər onları yadd edəsən və ziyarətlərini unutmayasan işlərin xeyirli və bərəkətli olar!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter