Bağışlana bİlən, bağışlana bİlİnməyən və cəzasız qalmayan zülmlər hansıdır?


Bağışlana bİlən, bağışlana bİlİnməyən və cəzasız qalmayan zülmlər hansıdır?Başımıza gələn müsibətlərin bir çoxu nalayiq əməllərimizin nəticəsidir. Ona görə də gərək keçmiş əməllərimiz haqqında bir qədər düşünək və görək ki, başqalarına nə qədər əziyyət vermiş və onların haqlarını nə qədər tapdalamışıq. Onlara zülm etmiş və lənətlərinə məruz qalmışıq. (Tebyan)


Hürrün tövbəsİndən nələrİ öyrənməlİyİk?


Hürrün tövbəsİndən nələrİ öyrənməlİyİk?Məhərrəm ayı Peyğəmbər (s) və Əhli-beytinin (ə) qəm və qüssə ayıdır. 61-ci Hicri-Qəməri ilinin Məhərrəm ayından bəri Əhli-beyt (ə) davamçaları hər il əzadarlıq keçirirlər. Bu müsibəti dillə təsvir etmək olmaz. Bundan da böyük müsibət ola bilərmi? İmam Əlinin (ə) oğluna, Peyğəmbərin (s) ciyərparəsinə Nəbinin vəfatından heç 50 il keçməmiş silah çəkdilər. Özü də o kəslər ki, özlərini həmin Peyğəmbərin (s) ümməti hesab edirdilər. (Tebyan)


Hansı məsələlərdə əməkdaşlıq etmək lazımdır?


Hansı məsələlərdə əməkdaşlıq etmək lazımdır?Quran cəmiyətinin ən üstün sifəti əməkdaşlıq və yardımdır. O zaman ki, cəmiyyət müxtəlif çətinliklərlə üzləşər: maddi, mənəvi, ictimai və fərdi kimi bu zaman müsəlmanlar gərək bir-b

irinin yardımına tələssinlər. Bir-birinə yardım edərək cəmiyyətin ehtiyaclarını təmin edib, çətinliklərini həll etsinlər. “Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır”. (“Maidə” 2).


Necə səbİrlİ olmaq düzgündür?


Necə səbİrlİ olmaq düzgündür?Bəzi insanlar müsibətlər qarşısında vulkan püskürmüş dağa bənzəyirlər. Daxillərində olan atəş şöləsini olduğu kimi bayıra tökürlər. Heç bir çətinliyə dözümləri yoxdur. Quranın dili ilə desək, səbir etmirlər. İlk baxışda səbir çox pis görünür və səbir elə bir ağacdır ki, meyvələri çox acıdır. (Tebyan)
Bəs Quran səbir etməyə niyə bu qədər işarə edir?


İnsan özünü necə xar və zəlİl edə bİlər?


İnsanın dünya hərisliyi ona ən böyük xarlıq gətirər. İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, mömin özünü xar və zəlil etsin”. Həzrətə (ə) deyirlər ki, mömin özünü necə xar və zəlil edər bilər?”. O Həzrət (ə) buyurur: “Elə işlərə əl atır ki, onu yerinə yetirməyə gücü çatmır. Bu da səbəb olar ki, özünü xar etsin”. (Tebyan)


Vəsvəsənİ necə müalİcə edək?


Hal-hazırda müasir dövrümüzün ən böyük bəlası vəsvəsəlik xəstəliyidir. Yer üzündə təxminən 50 milyon nəfər buna düçar olmuşdur.
Psixologiya elmində vəsvəsəlik elə bir xəstəlikdir ki, fikrə, kəlməyə, ya da hansısa şəklə aid edilir. İnsanın iradəsinə hücum edir. İnsanın ruhi vəziyyətini öz kontrolu altına alır. Onda depressiya üçün şərait yaradır. Nəticədə insan yersiz və məcburi işlər görər və fikirləri çox narahat olar.


FASİQ KİMDİR? FASİQDƏN NİYƏ UZAQ OLMAQ LAZIMDIR?


Fasiq insan o kəsə deyilir ki, açıq-aşkar və heç kimdən çəkinməyərək, əxlaqın, qanunun ziddinə olan rəftar nümayiş etdirir.
Fasiqliyin kükünü həmin şəxsin imanının kamil büluğa çatmamasında axtarmaq lazımdır. Ona görə də ola bilsin ki, həmin şəxs müsəlman olsun, ancaq fasiq olsun. Çünki onun imanı və İslamı elə həddə çatmamışdır ki, onu bu rəftarlardan saxlasın. Təqvaya tərəf hidayət etsin. Şübhəsiz ki, fasiq insan cəmiyyətə çox sayda ziyanlar vurar.


TƏVƏKKÜLÜN MƏNASI NƏDİR? TƏVƏKKÜL EDƏN NƏ QAZANIR?


“Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).
Allaha təvəkkül etməyin həqiqəti budur ki, Allaha inanır və Onun əmrinə təslim olursan. Təvəkkülün mənası budur ki, müsəlman insanların əlində olandan ümidsiz və Allahın yanında olandan ümidvar olar.


Riyadan necə xilas olaq?


Riya - insan əməllərini məhv edə biləcək amillərdəndir. Bəzən riyadan çəkinmək insanın əlində olmur. Belə deyildir ki, insan nə zaman istəsə riya edir və nə zaman istəmir, etmir. İblis lənətlik agahsız halda insan qəlbinə təsir qoyar və niyyətini xarab edər. O zaman ki, şeytan insan əməlini riyaya çevirməyi adət etdirər, riyaya xəstələnmiş insan özünü asanlıqla ondan xilas edə bilməz.


Günahkardan necə ibrət almaq?


İmam Əli (ə) buyurur: “O kəslər ki, günahdan uzaq olublar, Allah da onları çirkinliklərdən amanda saxlayıbdır. Yaxşı olar ki, günahkarlara rəhm etsinlər.”
Bu xütbədə İmamın (ə) işarə etdiyi insanlar - ismət əhlidirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter