Həya neçə cür olur?


Həya neçə cür olur? İnsanın fitri sifətlərindən biri də həyadır. Həyanın iki növü vardır: ümumi və xüsusi.
1-Ümumi həya odur ki, cəmiyyətdə lazımlı qədər həyaya və utancaqlığa malik olasan. Ümumi həya cəmiyyətə aid bir həyadır. Misal üçün bir insan din aliminin yanında bir iş görməkdən həya edər. Bu cür həya ictimai rabitələrdə özünü büruzə verər. 2-Xüsusi həya isə odur ki, ailədə lazımlı qədər həyaya və utancaqlığa malik olasan. Xüsusi həya ailə mühitinə aid olan bir həyadır, yəni həyat yoldaşları arasında olan həyadır. Ailə övladlara həyanı təlim verən ilk məktəbdir. Həyanın ağılın yanında məqamı böyükdür. Yəni Həya olmadan iffətin mənası olmaz. İffət insanı mənəviyyata çatdırar. Yəni həya coxlu duzgun yollar və əməllərin acaridir


Dilin gətirdiyi bəlalardan necə qorunaq?


Dilin gətirdiyi bəlalardan necə qorunaq?Dilin necə ki, insan həyatına ziyanları var, onun qarşısını almaq üçün yolunu da din təlimlərindən əldə etmək mümkündür. Hədislərə müraciət etməklə dilin ziyanlarından amanda qalmağı belə başa düşmək olar?
Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı o zamanadək düzəlməz ki, qəlbi düzəlsin və qəlbi də o zamanadək düzəlməz ki, dili düzəlsin”.
İmam Səccad (ə) buyurur: “Dilin haqqı odur ki, onu çirkin danışmaqdan qoruyasan və yaxşılıqlara adət verəsən, yersiz çox söz danışmağı kənara qoyasan, insanlara yaxşılıq edib, onlar haqqında yaxşı danışasan”. Nəticədə: Dilimizi günahdan saxlamaq üçün Allahı daha çox zikr edək və istiğfar edək.


Dinimizin nəzərində ən üstün xeyir nədir?


Dinimizin nəzərində ən üstün xeyir nədir?Bu sualı məsum İmamın sözü ilə cavablandırırıq. İmam Əli (ə) xeyri “Nəhcul-bəlağə”də belə şərh etmişdir: “İmamdan soruşrular ki, xeyir nədir? Cavab verir: “Xeyir bu deyildir ki, malın və övladın çox olsun. Bəlkə xeyir odur ki, elm və biliyin çox olsun”.


HANSI ƏMƏLLƏRDİR KI, ALLAH YANINDA İNSAN ƏMƏLLƏRİNDƏN SEVİLMİŞDİR?


HANSI ƏMƏLLƏRDİR KI, ALLAH YANINDA  İNSAN ƏMƏLLƏRİNDƏN SEVİLMİŞDİR?Alllahın Rəsulu (ə) bu haqda buyurmuşdur: \"Az danışmaq, az yatmaq və az yemək Allah yanında sevilmişdir\". Cəvadi Amilu həzrətlərinin Məfatihül-Həyat kitabından, səh: 194).


ŞEYTAN INSANI HANSI TƏLƏLƏR VASITƏSİLƏ ÇAŞDIRIR?


ŞEYTAN INSANI HANSI TƏLƏLƏR VASITƏSİLƏ ÇAŞDIRIR?Əllamə Məclisi İmam Rzadan (ə) belə hədis nəql etmişdir: “Şeytan Adəmin (ə) vaxtından Həzrət İsanın (ə) vaxtına qədər peyğəmbərlərə (ə) zahir olardı. Onlarla danışar və onlara sual verərdi. Peyğəmbərlər işərisində Həzrət Yəhya (ə) şeytanla daha çox ünsiyyət bağlamışdır. ...


Ən yaxşı ehsan hansıdır və imanın ən yüksək mərtəbəsi hansı əmələ bağlıdır ?


Ən yaxşı ehsan hansıdır və imanın ən yüksək mərtəbəsi hansı əmələ bağlıdır ?İmam Sadiq (ə) buyurur: “O müsəlman ki, başqa bir müsəlmanın hacətini və ehtiyacını ödəyər, Allah Təala ona buyurar: “Sənin əcr və savabın Mənim öhdəmədir. Sənin üçün behişdən azına razı olmaram”. Biz insanları Allah elə xəlq etmişdir ki, istər istəməz bir-birimizə möhtacıq. Bəşərin vəzifələri aramızda bölünmüş və dünya bu cür fırlanmaqdadır. (Tebyan)


RİYANI MÜALİCƏ ETMƏK ÜÇÜN NƏ TÖVSİYƏ OLUNUR?


RİYANI MÜALİCƏ ETMƏK ÜÇÜN NƏ TÖVSİYƏ OLUNUR?Bir çoxlarımızın düçar olduğumuz əxlaq rəzilliklərindən biri - riyadır. Əks mənası - ixlasdır. Riya insanın yaxşı əməllərini məhv edər. Behiştə daxil olmaq üçün əməl xalis olmalıdır. Ona görə də o əməl ki, riya ilə bir yerdə olar, Allah tərəfindən qəbul olunmaz.


BƏYƏNİLƏN VƏ BƏYƏNİLMƏYƏN ZARAFATLAR HANSILARDIR?


BƏYƏNİLƏN VƏ BƏYƏNİLMƏYƏN ZARAFATLAR HANSILARDIR?Zarafat etmək - gülüş gətirən amillərdən biridir. Zarafat edən zaman istəyirik ki, quru və soyuq mühitdə bir canlılıq yaradaq, sevinc yaradaq. Bəzən də bəziləri insanları təhqir etmək üçün zarafat edərlər. Ona görə də bu zarafat bəzən göz yaşına çevrilir. Zarafat öz simasını itirir.


GÜNAH FİKİRLƏRDƏN NECƏ XİLAS OLAQ?


GÜNAH FİKİRLƏRDƏN NECƏ XİLAS OLAQ?“İnsanın normal yaşamı daimi düşüncə haləti ilə səciyyələnir. İnsanın danışığı və rəftarı düşüncəsinin acı və şirin meyvəsidir. Ona görə də əgər gözəl və sulu meyvələr istəyiriksə, gərək düşüncələrimizi islah edək. İslam dini həmişə günahla mübarizə aparmış və onu kökündən kəsməyə çalışmışdır. Həzrət İsa (ə) öz həvarilərinə buyurur: “Musa ibni İmran (ə) sizə əmr etmişdir ki, zina etməyəsəniz. Ancaq mən sizə əmr edirəm ki, ruhunuzu zinaya xəbər verməyəsiniz (yəni zina haqqında düşünməyəsiniz), o ki, qaldı onu etmək. Çünki o kəs ki, ruhu və fikri zinaya xəbər verərsə, o kəsə bənzər ki, rəngli bir otaqda atəş yandırar. Bu atəşin tüstüsü otağın rənglərini çirkləndirər. Baxmayaraq ki, evi yandırmasa belə!”. (Tebyan


İlahİ təqdİrə razı olmaq İnsana nə verİr?


İlahİ təqdİrə razı olmaq İnsana nə verİr?“Allah nə istəsə, o da olacaqdır” cümləsini çoxlarımız eşitmiş və istifadə edirik. Bəzən Allahın bizlərə təqdir etdiyinə batinimizdə razı oluruq. Bəzən də dildə deyir, ancaq qəlbən razı olmuruq. Bu zaman qəlbimizdə fırtınalar qopar. Bu cümləni dilimizə gətirir və yalan deyirik. (Tebyan)
Bəs Allahın təqdirinə razı olmaq nə deməkdir?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter