Təbİİ fəlakətlərİn səbəbİ nədİr?


Cavab: Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə, bu sualın cavabı olduqca sadədir. Allah-təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi. Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə, aclıq və qorxu bəlası daddırdı».(«Nəhl» surəsi, ayə 112.)...


Mürtəd kimdir?


Cavab: İslam dinində iman gətirdikdən sonra küfr edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər də sərt münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra atan mürtədə olduqca kəskin yanaşır. Çünki bu böyük günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır və cəmiyyəti parçalayır....


Şeytanları qovan «şİhab» nədİr?


Cavab: Allah-təalanın elm və qüdrətinə gözəl nümunələrdən biri, başımız üzərindəki səmada baş var hadisələrdir. İnsan düşüncəsini heyrətə gətirən bu səhnələrdə düşünənlər üçün böyük ibrətlər vardır. «Hicr» surəsinin 16-cı ayəsində buyurulur: «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik».
Səmadakı bürclər günəş və ayın mənzillərinə bir işarədir...


Yuxuya inanmaq olarmı?


Cavab: Yuxu istər adi insanlar, istərsə də alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?...


Doğrudanmı, İslam qılınc dİnİdİr?


Cavab: «İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah-təala öz peyğəmbəri Məhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!»( «Yunis» surəsi, ayə 99.)...


Fəqİrlə mİskİn arasında fərq varmı?


Cavab: Təfsirçilərin fikirincə fəqir o şəxsdir ki, dolanışıq çətinliyi olsa da, işsiz deyil və kimsəyə ağız açmır. Miskin isə, böyük ehtiyac içində olan işsiz bir insandır və bu səbəbdən də, ağız açmağa məcburdur...


Haram pulla məscid tİkmək olarmı?


Cavab: Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram yolla qazandığı pulu xərcləmək hüququ yoxdur. «Tövbə» surəsinin 18-ci ayəsində oxuyuruq: «Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər»...


Kafirlərlə ilk silahlı vuruş hansıdır?


Cavab: Müsəlmanların kafirlərlə ilk silahlı vuruşu Bədr döyüşüdür. Əbu Süfyan qırx nəfərlik heyət və əlli min dinarlıq mal ilə Şamdan qayıdırdı. Həzrət Peyğəmbər (s) düşmənin iqtisadi qüdrətini sındırmaq üçün onun əsas sərmayəsinin toplandığı bu karvanı müsadirə etmək qərarına gəldi. Bu qərarın ikinci əsas səbəbi, məhz bu düşmənin işgəncələrindən Mədinəyə hicrət edən müsəlmanların Məkkədəki itirdikləri var-dövlətlərinin geri qaytarılması idi...


Çoxluq həmİşə haqlıdırmı?


Cavab: Bəzən eşidirik: əgər spirtli içki pisdirsə, nə üçün dünyada böyük əksəriyyət ondan istifadə edir?
«Maidə» surəsinin 100-cü ayəsində Allah-təala buyurur: «Ya peyğəmbər, de ki, murdar şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla pak bir ola bilməz».
Bəşər tarixi boyu mübahisəsiz qəbul olunan məsələlərdən biri də, kəmiyyət və keyfiyyət anlayışlarının bir-birindən asılı olmamasıdır. Bununla belə, cahil insanlar öz batil fikirini sübuta yetirmək üçün çoxluğu dəlil gətirir. Bu nadan dəstənin fikirincə, əgər çoxluq spirtli içki içərsə, demək spirtli içkilər pis deyil və sən də içə bilərsən; əgər əksəriyyət faizlə pul götürüb, faizlə pul verirsə, demək sələm pis deyil və sən də sələmçi ola bilərsən və s. Hansı ki, çoxluğun rəyinə tabe olub, həqiqətdən yan keçmək münafiqlərə məxsus sifətdir.
Kor-koranə çoxluğa tabeçilik, batilə haqq donu geyindirir və həqiqət unudulur. Bəşəriyyətin bədbəxtçiliklərinin əsas səbəblərindən biri də, məhz bu düşüncə tərzidir. «Ənam» surəsinin 116-cı ayəsində oxuyuruq: «Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar».


Harut və Marut kİmdİr?


Cavab: Babil məmləkətində olmuş bu iki mələk haqqında saysız-hesabsız əfsanələr uydurulmuşdur. Hətta təfsirçilərdən də bəziləri, uyğun gəlməyən fikirlər söyləmişlər. Onlar Harut və Marutun yerə enməsi səbəbi barədə belə deyirlər: «Allah onları yerə endirdi bilsinlər ki, onlar da insanların yerinə olsaydılar, günaha yol verərdilər. Onlar da yerə endikdən sonra böyük günahlara başladılar»...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter